Məhkəmə qərarları › İş №2(010)-3606/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3606/2023

07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3606/2023 07.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X5nun 09.**.*932-ci ildə (daha sonra ərizə ilə dəqiqləşdirərək 07.*0.*932-ci ildə) Bakı şəhərində doğulması və doğum akt qeydinin bərpa edilməsi, ata qrafasında Əli Əhliman oğlu, ana qrafasında isə Səlmə Rəbi qızı kimi göstərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5, anası X3r. X5 07.*0.*932-ci il tarixdə Bakı şəhərində doğulmuş, *4.02.*990-cı ildə ağciyər xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. Atasına məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Şəhadətnamənin bərpa edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən bununla bağlı imtina edilmişdir. Hazırda yaşadığı evin vərəsəlik qaydasında qəbul edilməsi üçün atasına aid doğum haqqında şəhadətnamənin bərpa olunması zərurəti yaranmışdır. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, hazırda yaşadığı ev nənəsi Səlmə Rəbi qızının adınadır. Anası qayınanasının vərəsəsi olmadığı üçün həmin evi miras qoyanın nəvəsi kimi özü qəbul etməlidir. Lakin atasının doğum haqqında şəhadətnaməsi itdiyindən o, vərəsəliklə bağlı hüquqlarını həyata keçirə bilmir. Belə ki, nənəsindən qalmış miras evə dair vərəsəlik şəhadətnaməsi almaq üçün “ASAN xidmət” mərkəzinə yaxınlaşmış, onunla miras qoyan arasında qohumluq əlaqəsinin olmasını təsdiq edən atasına aid doğum haqqında şəhadətnamə tələb edilmişdir. Həmin sənəd itdiyi üçün o, məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhəri Orconikidze (Suraxanı) VVAQ şöbəsi tərəfindən 02.*2.*982-ci il tarixdə verilmiş, İX-JQ seriyalı, 254897 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 (X5, anası X4) xx.xx.*982-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.*2.*982-ci tarixdə *748 nömrə ilə qeyd edilmişdir.

6. Bakı şəhəri Suraxanı rayonu VVADQ Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, *58*9* nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X8 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 592 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mailova soyadı verilmişdir

7. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ seriyalı 09789* saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səlmə Rəbi qızı *4.0*.200*-ci il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.06.200*-ci il tarixdə 469 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-263/2004 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi X2 xahişi təmin edilmiş, Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 26-da yaşamış, *905-ci ildə anadan olmuş Əli Əhliman oğlu ölmüş elan edilmişdir.

9. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 0*.04.2004-cü il tarixli, AZ-İ seriyalı, 08046* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əli Əhliman oğlu xx.xx.2004-cü ildə 99 yaşında Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 0*.04.2004-cü il tarixdə 26* nömrə ilə qeyd edilmişdir. *0. Bakı şəhəri Orconikidze rayon VVAQ şöbəsi tərəfindən 0*.**.*979-cu il tarixdə verilmiş, İİ-JQ seriyalı, 320220 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X*4 (doğum tarixi: 07.*0.*932, doğum yeri: Bakı şəhəri) və X4 (doğum tarixi: *3.06.*940, doğum yeri: Bakı şəhəri) arasında 0*.**.*979-cu il tarixdə nikah bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4*7 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir **. Bakı şəhəri Orconikidze rayon Kirov qəsəbə soveti tərəfindən 30.03.*990-cı il tarixdə verilmiş, İİİ-JQ seriyalı, 463848 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X*4 *4.02.*990-cı ildə 57 yaşında Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 30.03.*990-cı il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. *2. X9 məxsus, 04.**.*966-cı il tarixdə doldurulmuş əmək kitabçasının surətindən görünür ki, doğum ili kimi *932-ci il qeyd edilmişdir. *3. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli arayışdan görünür ki, Səlmə Rəbi qızı ölənə qədər ünvan 1 ünvanında yaşamış, ailə tərkibi ibarət olmuşdur: əri Əli Əhliman oğlu (ölüb); X*4 (*932; ölüb *990); oğlu X*9 (*934; ölüb *968); qızı X*7 (*939); X*5 (*94*; ölüb *997). *4. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 07.*2.2004-cü il tarixdə verilmiş, FM seriyalı, 03*987 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Səlmə Rəbi qızının xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 03 saylı reyestr kitabında 450 səhifədə 30 nömrə ilə qeyd edilmişdir. *5. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-*6-5/7-835-2023/75 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması haqqında təlimat”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində arxivdə saxlanıldığından və bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verildiyindən *932-ci il təvəllüdlü atasının doğumy haqqında arayışın verilməsi mümkün olmamışdır. *6. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 2*.07.2023-cü il tarixli, 3-48-DA/3-0*397/2023 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən *932-ci ilə dair Bakı şəhər Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X7 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır.

İşin faktiki halları.

*7. X*4 və X4 0*.**.*979-cu ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.*982-ci il təvəllüdlü Həsənova (Mailova) Saidə İbrahim qızı (ərizəçi) doğulmuşdur. *8. X*4 *4.02.*990-cı il tarixdə ölmüş, ölümü vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan tərəfindən qeydə alınmışdır. Lakin arxiv fondunda onun doğumu haqqında heç bir məlumat aşkarlanmamışdır.

Tətbiq edilən hüquq.

*9. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *62. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası. *62.*. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. *62.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi. 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

2*. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”.

İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası. *3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. *4. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. *6. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. *6-*. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.

22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi.

23. Ərizəçinin xahişindən görünür ki, o, *4.02.*990-cı ildə ölmüş X5nun 07.*0.*932-ci ildə Bakı şəhərində atası Əli Əhliman oğlu, anası Səlmə Rəbi qızı olmaqla doğumunun qeyd edilmə faktının müəyyən edilməsini xahiş edir.

24. İş materiallarından görünür ki, ərizəçinin X5 və ərizəçinin anası X4 arasında 0*.**.*979-cu ildə nikahın bağlanması haqqında şəhadətnamədə X7 doğum tarixi kimi 07.*0.*932-ci il, doğum yeri kimi Bakı şəhəri göstərilmişdir. Həmçinin mərhum X9 məxsus əmək kitabçası da məhkəməyə təqdim edilmiş, kitabçada doğum tarixinin *932-ci il olduğu qeyd edilmişdir. Bundan əlavə, mərhumun ölüm haqqında şəhadətnaməsində *4.02.*990cı ildə 57 yaşında (07.*0.*932-ci ildə doğulduğundan hələ 58 yaşı tamam olmamışdı) öldüyü göstərilmişdir.

25. Göründüyü kimi, iş materialları əsasında ərizəçinin mərhum X5nun 07.*0.*932-ci ildə Bakı şəhərində doğumunun qeydə alındığı nəticəsinə gəlmək mümkündür. Eləcə də iş materiallarında olan sənədlərdən mərhum X7 atasının adının Əli Əhliman oğlu, anasının adının isə Səlmə Rəbi qızı olduğu görünür. Lakin mərhum X7 doğumunu təsdiq edən sənəd nə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın arxivində, nə də Azərbaycan Respublikasının Dövlət Arxivində aşkarlanmamışdır.

26. Bu vəziyyətdə Ərizəçi mərhum atası İbrahim Həsənovun doğum aktının qeydə alınması faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iş materialları əsasında məhkəmə mərhum X7 07.*0.*932-ci ildə atası Əli Əhliman oğlu, anası Səlmə Rəbi qızı olmaqla Bakı şəhərində doğumunun qeydə alındığı nəticəsinə gəlmişdir. Odur ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum X5nun 07.*0.*932-ci il tarixdə Bakı şəhərində (ata Əli Əhliman oğlu, ana Səlmə Rəbi qızı) doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir.

28. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi mərhum X5nun 07.*0.*932-ci il tarixdə Bakı şəhərində (ata Əli Əhliman oğlu, ana Səlmə Rəbi qızı) doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar