Məhkəmə qərarları › İş №2(010)-3624/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3624/2020

15.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3624/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki,o, ünvan 2 mənzil 110 ünvanında yerləşən mənzili, Bakı şəhəri 34 saylı notariat kontorunda xx.xx.2006-cı il tarixində verilmiş 11/7351 saylı arayışa əsasən əri X1 bağışlanma yolu ilə əldə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən həmin mənzil onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh mənzili əri X4, Bakı şəhəri 24 saylı notariat kontorunda xx.xx.2002-ci il tarixində 4Ə/8-951 nömrəli reyesrtlə verilmiş qeydiyyata əsasən satmışdır. Mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 30/29231 qeydiyyat nömrəli çıxarışa əsasən əri X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Sonradan məlum olmuşdur ki, mənzilin keçmiş mülkiyyətçisi, Cavabdeh qeydiyyatdan çıxmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehiniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2002-ci il tarixli 172803 saylı müqavilədən görünür ki, CavabdehBakı şəhəri, Y.Günəşli qəsəbəsi, “D” y/sah., ev 21 mənzil 110-nu X4 47.040000 manata satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, X5 Bakı şəhəri, Y.Günəşli qəsəbəsi, “D” y/sah., ev 21 mənzil 110-nu İddiaçı bağışlamışdır. İş materiallarında olan ÖM seriyalı 439858 saylı xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “D” y/sah., ev 21 mənzil 110-nu MəmmədovRasimSahib oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Y.Günəşli qəsəbəsi, “D” y/sah., ev 21 mənzil 110 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 18308 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Asan 2 tərəfindən xx.xx.2019-cu il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışından görünür ki, Bakı şəhəri, Y.Günəşli qəsəbəsi, “D” y/sah., ev 21 mənzil 110 –da İddiaçıvə Cavabdeh qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli forma № 2 arayışından müəyyən olunur ki, Bakı şəhəri, Y.Günəşli qəsəbəsi, “D” y/sah., ev 21 mənzil 110-da iki nəfər İddiaçıvə Cavabdehpasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş 173 saylı MTK-nın xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçıBakı şəhəri, Y.Günəşli qəsəbəsi, “D” y/sah., ev 21 mənzil 110da qeydiyyatdadır. Cavabdehbu ünvanda qeydiyyatdadır, bu ünvanda yaşamır. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2002-ci il tarixli 172803 saylı müqaviləyə əsasən Bakı şəhəri, Y.Günəşli qəsəbəsi, “D” y/sah., ev 21 mənzil 110-nu X4 ********* manata satmışdır. xx.xx.2003-cü ildə Bakı şəhəri, Y.Günəşli qəsəbəsi, “D” y/sah., ev 21 mənzil 110-nu X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirmişdir. X5 xx.xx.2006-cı il tarixdə müqavilə əsasında özünə məxsus olan ünvan 1-nu İddiaçı bağışlamışdır. Mənzilin alqı-satqısından sonra həmin mənzilin əvvəlki sakini olan Cavabdeh həmin mənzili boşaldaraq alıcıya təhvil verib getmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüş və onlar həmin vaxtdan satdığı mənzildə yaşamır. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1-dan yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onun həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1-dan istifadə hüquqları itirilmiş hesab edilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehin ünvan 1-dan qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar