Məhkəmə qərarları › İş №2(010)-3631/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3631/2025

01.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3631/2025 01.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.1957-ci ildə Ermənistan SSR Kalinino rayonunda doğulması ilə bağlı doğum akt qeydinin bərpa edilməsi, ata haqqında məlumat bəndində X5, ana haqqında məlumat bəndində X19, valideynlərinin milliyətinin “azərbaycanlı” kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X7 xx.xx.1957-ci il tarixində Ermənistan SSR Kalinino rayonunda doğulmuşdur. X2, anası X13r. Həyat yoldaşına verilmiş doğum haqqında şəhadətnamə itmişdir. Həyat yoldaşının X7 xx.xx.2025-ci ıl tarixində vəfat etmişdir. Həyat yoldaşının X3 doğulduğu Kalinino rayonu hal-hazırda Ermənistan ərazisində yerləşdiyindən yeni doğum şəhadətnaməsinin alınması qeyri mümkün olduğundan , xx.xx.1957-ci ildə Ermənistan SSR Kalinino rayonunda doğulmağı və doğum aktı qeydinin bərpa edilməsi haqqında Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, Suraxanı Rayon Qeydiyyat Şöbəsi xx.xx.2025-ci il tarixli 3-16-5/7-10-1203/25 saylı cavab məktubunda aşağıdakılar bildirilmişdir: Suraxanı rayon qeydiyyat şöbəsində Sizin əriniz X3 doğum haqqında akt qeydinin bərpa edilərək, doğum haqqında akt qeydinin ata haqqında məlumat bəndində X5, ana haqqında məlumat bəndində X19, valideynlərinin milliyətinin azərbaycanlı qeyd olunmasına dair daxil olmuş ərizəyə baxılmışdır. Müəyyən edilmişdir ki, X7 xx.xx.1957-cü il tarixdə Ermənistan SSR Vorontsovka rayonunda anadan olmuş, doğumu Ermənistanda qeydiyyata alınmışdır. Həmçinin bildiririk ki, barənizdə “ Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırlmış qeydiyyat informasiya sistemi nəzərdən keçirilərkən doğum haqqınfa akt qeydi aşkar edilməmişdir. Miras əmlakın sənədləşdirilməsi zamanı doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Lakin doğum həyat yoldaşı X3 doğumu haqqında şəhadətnaməsi itdiyindən o, qeyd edilən məsələləri həll edə bilmir. Məhz bu səbəbdən həyat yoldaşı X3 xx.xx.1957-ci ildə Ermənistan SSR Kalinino rayonunda doğulması və doğum akt qeydininin bərpa edilməsi, ata haqqında məlumat bəndində X5, ana haqqında məlumat bəndində X19, valideylərinin milliyətinin "azərbaycanlı'' kımı qeyd olunmasına dair qətnamənin qət edilməsi zəruridir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdiyini bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, rəhmətlik dayısına görə gəlmişdir. O, 1957-ci il təvəllüdlü idi. Anası əlildir. X1 rayonu, Dəmirçilər kəndində anadan olmuşdur. Anası da orada anadan olub. Mərhum dayısı 1987-1988-ci illərə qədər orada yaşayıb. Özü də orada anadan olmuşdur. Məhkəmə xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, X7 ilə Ermənistan, Kalinino rayonunda qonşu olmuşlar. Onların evlərinin arasında 1 ev də var idi. X7 1957-ci il təvəllüdlü idi və anası ilə xalası da orada yaşayırdı. Ondan 3 sinif böyük idi. Ora 1988-ci ildə köçmüşdür. İlk öncə Şamaxıya gəlmişdir. Həmin vaxtı mərhum evli idi və 3 uşağı var idi. İş materialları. xx.xx.1988-ci il tarixli, 341645 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 Şahnaz oğlu (ata X14, ana X8) xx.xx.1971-ci il tarixdə Kalinino rayonu, Dəmirçilər kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1974-cü il tarixində 25 nömrə ilə qeyd edilmişdir. xx.xx.1969-cu il tarixli, 051574 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (ata X5, ana X19) 1952-ci il tarixdə Kalinino rayonu, Dəmirçilər kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1957-ci il tarixində 174 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən 4924 seriya nömrəli xx.xx.1993-cü il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinə əsasən X11 1988-ci il tarixdə qaçqın kimi dövlət qeydiyyatına alınmışdır. AZE 07491047 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1957-ci ildə Ermənistan, Kalinino rayonunda doğulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/7-10-1203/25 nömrəli məktuba cavabdan görünür ki, Qayxiyev Yusub xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Vorontsovka rayonunda anadan olmuş, doğumu Ermənistanda qeydiyyata alınmışdır. Həmçinin bildirilmişdir ki, barənizdə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi nəzərdən keçirilərkən doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd olunanlara əsasən Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Ermənistan SSR Kalinino rayonunda bağlanmış xx.xx.1979-cu il tarixdə verilmiş, İ-CЛ seriyalı 409541 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X9 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 1 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qayxiyeva soyadı verilmişdir. Həmçinin qeyd olunan sənəddə X3 xx.xx.1957-ci ildə Ermənistan SSR-i Kalinino rayonunda anadan olması qeyd edilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 446981 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1993-cü il tarixdə ürəyin dayanması xəstəliyi səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında Suraxanı rayon Əmircan qəsəbə icra nümayəndəliyinin akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 87 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 545687 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə kəskin koronar çatmamazlıq xəstəliyi səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 799 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 496063 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə xroniki böyrək xəstəliyi v mərhələ xəstəliyi səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 360 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 166. Doğumun qeydə alınması qaydası 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 166.2-1. Doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür… Maddə 168. Doğum haqqında qeydiyyat 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli 31 oktyabr 2003-cü il tarixli Qərarı. 2.23. Doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeyd olunmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri X3 xx.xx.1957-ci ildə Ermənistan SSR Kalinino rayonunda doğulması ilə bağlı doğum akt qeydinin bərpa edilməsi, ata haqqında məlumat bəndində X5, ana haqqında məlumat bəndində X19, valideynlərinin milliyətinin “azərbaycanlı” kimi göstərilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi əri X7 Ermənistanda doğulduğuna görə və həmin doğum faktını təsdiq edən sənədin məhz Ermənistan SSR tərəfindən verildiyindən və həmin vaxt mövcud şəraitlə bağlı qaçqın düşərkən itirildiyindən bərpa edilməsinin mümkün olmaması müəyyən olunmuşdur. Məhkəmə tərəfindən proses iştirakçılarının izahatları və iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, xx.xx.1957-ci il təvəllüdlü X1 rayonunda anadan olmasına baxmayaraq onun doğumun qeydə alınma faktını, vaxtını və yerini təsdiq edən sənədi-doğum haqqında şəhadətnaməsi qaçqın düşərkən itirildiyindən bərpa edilməsi mümkün olmamışdır. Şahidlərin ifadələrindən və işə əlavə edilmiş sənədlərdən görünür ki, X7 xx.xx.1957-ci il tarixdə Ermənistan ərazisində doğulmuşdur. Həmçinin, onun bacısı da Ermənistan ərazisində doğulmuş və müəyyən müddətə qədər orada yaşamışdırlar. xx.xx.1979-cu il tarixli nikahın bağlanması haqqında 1 nömrəli akt qeydindən də aydın olur ki, X3 doğulduğu yer Ermənistan SSR, Kalinino rayonu, Dəmirçilər kəndidir. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən də görünür ki, X7 xx.xx.1957-ci ildə Ermənistan, Kalinino rayonunda doğulmuşdur. İşə əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi ərinin doğumun qeydə alınma faktının müəyyən edilməsi üçün Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin, ərizənin qeydiyyat şöbəsində təmin olunması mümkün olmadığı bildirilmişdir. Belə olan halda, Ərizəçi ərizə ilə müvafiq olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə hesab edir ki, belə olan halda, doğum faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 xx.xx.1957-ci ildə Ermənistan SSR Kalinino rayonunda doğulması ilə bağlı doğum akt qeydinin bərpa edilməsi, ata haqqında məlumat bəndində X5, ana haqqında məlumat bəndində X19, valideynlərinin milliyətinin “azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Məhkəmə xərcləri. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən məcburi köçkün olduğu üçün dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Bununla da, məhkəmə xərclərini aid etməyə şəxsin olmadığı görünür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X3 xx.xx.1957-ci ildə Ermənistan SSR Kalinino rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Qayxıyev”, adı “Yusub”, ata adı “Ziyəddin”, doğum tarixi “xx.xx.1957-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Kalinino rayonu”, ata qrafasında “X5, milliyyəti azərbaycanlı”, ana qrafasında “X19, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar