Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3632/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Әrizəçi Әrizəçi iştirakı ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) «doğum akt qeydinin bərpa edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi X2 xx.xx.1984-cü ildə Ermənistan SSR Kalinino rayonunda doğulmağı ilə bağlı doğum akt qeydinin bərpa edilməsi, ata haqqında məlumat bəndində X5, ana haqqında məlumat bəndində X11, valideylərinin milliyətinin “azərbaycanlı" kimi göstərilməsi. Ərizәnin әsaslandırıldığı hallar Әrizəçi Әrizəçi 01,09.1984-ci il tarixində Ermənistan SSR Kalinino rayonunda doğulmuşdur. X1, anası X7r. xx.xx.2003-cü il tarixində X16 ilə rəsmi nikaha daxil olaraq “Xəlilova” soyadını götürmüşdür. Әrizəçiyə verilmiş doğum haqqında şəhadətnamə itmişdir. Doğulduğu Kalinino rayonu hal-hazırda Ermənistan ərazisində yerləşdiyindən, yeni doğum şəhadətnamənin alınması qeyri mümkün olduğundan , xx.xx.1984-ci ildə Ermənistan SSR Kalinino rayonunda doğulmağı və doğum aktı qeydinin bərpa edilməsi haqqında Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Suraxanı Rayon Qeydiyyat Şöbəsi xx.xx.2025-cü il tarixli 3-16-5/7-10- 1348/25 saylı cavab məktubunda bildirilmişdir ki, “Suraxanı rayon qeydiyyat şöbəsində Sizin doğum haqqında akt qeydinizin bərpa edilərək, doğum haqqında akt qeydinin ata haqqında məlumat bəndində X5, ana haqqında məlumat bəndində X11, valideynlərinizin milliyətinin azərbaycanlı qeyd olunmasına dair daxil olmuş ərizəyə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz xx.xx.1984-cü ıl tarixdə Ermənistan SSR Kalinino rayonunda anadan olmusunuz, doğumunuz Ermənistanda qeydiyyata alınmışdır Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ( qurum) tərəfindən icra edilir.Həmçinin həmin məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd olunanlara əsasən Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməyinizi tövsiyyə edir”. Miras əmlakın sənədləşdirilməsi zamanı miras qoyanla qohumluq əlaqəsinin ( miras qoyanın övladı-qızı olmağı) təsdiqlənməsi məqsədilə doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Lakin doğum haqqında şəhadətnaməsi olmadığından qeyd edilən məsələləri həll edə bilmir. Məhz bu səbəbdən 01,09.1984-ci ildə Ermənistan SSR Kalinino rayonunda doğulmağı və doğum akt qeydininin bərpa edilməsi, ata haqqında məlumat bəndində X5, ana haqqında məlumat bəndində X11, valideylərinin milliyətinin “azərbaycanlı” kimi qeyd olunmasına dair qətnamənin qət edilməsi zəruridir. Tәrәflәrin izahatı Məhkəmə iclasında iştirak edən Әrizəçi ərizəyə uyğun izahat verib ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Şahidlәrin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Әrizəçi qardaşıdır. Ermənistan Respublikasında anadan olmuşdur. 1989-cu ilin sonlarında anadan olmuşdur. Sənədləri Ermənistan Respublikasından gətirmişdilər, lakin sonrdan itdi. Hər birinin doğum haqqında şəhadətnaməsi var. İş materialları Bakı şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X14 ilə X10 arasında nikah xx.xx.1984-cü ildə bağlanmışdır. AZE №07490469 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1956cı ildə Ermənistan SSR Kalinino rayonunda doğulmuşdur. AZE №07491047 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1957-ci ildə Ermənistan SSR Kalinino rayonunda doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş Әrizəçi ünvanlanmış məktubundan görünür ki, Suraxanı rayon qeydiyyat şöbəsində Sizin doğum haqqında akt qeydinizin bərpa edilərək, doğum haqqında akt qeydinin ata haqqında məlumat bəndində X5, ana haqqında məlumat bəndində X11, valideynlərinizin milliyətinin azərbaycanlı qeyd olunmasına dair daxil olmuş ərizəyə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz xx.xx.1984-cü ıl tarixdə Ermənistan SSR Kalinino rayonunda anadan olmusunuz, doğumunuz Ermənistanda qeydiyyata alınmışdır Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ( qurum) tərəfindən icra edilir.Həmçinin həmin məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd olunanlara əsasən Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməyinizi tövsiyyə edilmişdir. AZ İİ № 466063 saylı xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2025-ci ildə vəfat etmişdir. İİİ-SL №410061 saylı xx.xx.1980-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23 aprel 1980-ci ildə Ermənistan SSR Kalinino rayonunda doğulmuş, atası X9, anası X12, milliyyəti isə azərbaycanlıdır. İİİ-SL №367013 saylı xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 12 iyul 1981-ci ildə Ermənistan SSR Kalinino rayonunda doğulmuş, atası X9, anası X12, milliyyəti isə azərbaycanlıdır. Tәtbiq edilәn hüquq Azәrbaycan Respublikasının Ailә Mәcәllәsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası. 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Әrizənin verilməsi. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin xx.xx.2001-ci il tarixli qәrarı ilә tәsdiq edilmiş “Vәtәndaşlıq vәziyyәti aktlarının qeydindә dәyişiklik, bәrpa vә lәğv qaydalarını müәyyәn edәn әsas müddәalar”. İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.
13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.
“Hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsinә dair işlәr üzrә mәhkәmә tәcrübәsinin bәzi mәsәlәlәri haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qәrarı.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Mәhkәmәnin mövqeyi Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Әrizəçi, özünün xx.xx.1984-cü il tarixində Ermənistan Respublikası Kalinino rayonunda (atası- X9, anası- X12 göstərilməklə) doğumunun qeyd edilməsi faktının müəyyən edilməsini istəyir. Belə ki, ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə yararsız vəziyyətə düşmüşdür. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl ərizəçi doğum haqqında şəhadətnaməsini almaq üçün qeydiyyat orqanına müraciət etsə də, müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum faktını təsdiq edən müvafiq qeyd olmadığından, onun müraciətindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında Әrizəçi həqiqətən də atası qrafasında X9, anası qrafasında X12 göstərilməklə xx.xx.1984-cü ildə Ermənistan Respublikası Kalinino rayonunda doğulması barədə qeyd aparılmasına kifayət qədər sübut vardır. Belə ki, ərizəçi qardaşlarına məxsus olan doğum haqqında şəhadətnamələri məhkəmə təqdim etmişdir. Bundan başqa Әrizəçi məxsus şəxsiyyət vəsiqəsi var. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş imtina məktubunda ərizəçinin xx.xx.1984-cü il tarixində Ermənistan Respublikası Kalinino rayonunda doğulmasının müəyyən olunması qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən tələb edilən sənədlərdən biri də onun doğum haqqında şəhadətnaməsidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin doğum aktı qeydə alınmış, lakin sonradan məcburi köçkünlük dövründə bu qeydiyyatı təsdiq edən sənəd yararsız vəziyyətə düşmüşdür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin həmin məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, ərizədə göstərilən hüquqi fakt təsdiq edilməlidir.
Mәhkәmәnin gәldiyi nәticә Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Әrizəçi xx.xx.1984-cü ildə Ermənistan Respublikasının Kalinino rayonunda (ata qrafasında X9, ana qrafasında X12 göstərilməklə) doğumunun qeyd edilməsi faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
Әrizə təmin edilsin. Әrizəçi xx.xx.1984-cü ildə Ermənistan Respublikasının Kalinino rayonunda (ata qrafasında X9, ana qrafasında X12 göstərilməklə) doğumunun qeyd edilməsi faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sәdrlik edәn Rübabә Qafarova