Məhkəmə qərarları › İş №2(010)-3679/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3679/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3679/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ana və uşaqların mənzillə təmin tələbinə dair mülki işə 14 iyul 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı Cavabdeh qarşı ana və uşaqların mənzillə təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş 06.09.2013cü il təvəllüdlü X10 və 07.09.2015-ci il təvəllüdlü X5 və himayəsində uşaqları saxlayan ananın, İddiaçı mənzildən istifadə hüququnun yaranması və təhlükəsiz yaşamaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 20.11.2012-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 2(012)-373/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahdan 06.09.2013-cü il təvəllüdlü X10 və 07.09.2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. Həmin qətnaməyə əsasən hər iki uşaq ananın himayəsində saxlanılması qət edilmişdir. Uşaqların ikisi də oğlan uşağıdır. O, heç yerdə işləmir, valideynlərinin ayırdığı kiçik, şəraitsiz bir otaqda müvəqqəti yaşayır. Alimentdən də başqa qazanc yeri yoxdur. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində Xüsusi Xilasetmə Xidmətində işləyir. Əlavə olaraq onun Bakı şəhəri Babək prospektində "Sultan " çay evinin yanında avtomobil ehtiyat hissələrinin satış mağazası var. Cavabdehin maaşından əlavə kifayət qədər yaxşı gəliri (qazancı) və evləri də var. Odur ki, Cavabdeh birgə nikahdan doğulmuş 06.09.2013-cü il təvəllüdlü X10 və 07.09.2015-ci il təvəllüdlü X5 və himayəsində uşaqları saxlayan ananın, İddiaçı mənzildən istifadə hüququnun yaranması və təhlükəsiz yaşamaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh birgə nikahdan doğulmuş 06.09.2013-cü il təvəllüdlü X10 və 07.09.2015-ci il təvəllüdlü X5 və himayəsində uşaqları saxlayan ananın ünvan 6 (ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi və İddiaçı mənzildən istifadə hüququnun yaranması, təhlükəsiz yaşaması xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onun gəlin getdiyi ev cavabdehin, Anarın atasının evidir, ünvan da ünvan 2 qaz idarəsinin Portalında göstərilir. Lakin sonradan atası və qardaşının köməkliyi və xərcləri hesabına hal-hazırda Anarın yaşadığı, onların köçürülmək istədiyi evin ünvanı isə ünvan 4şamışdırlar. Uşaqlar da bu ünvanda böyüyüb və iki il məktəbə həmin ünvandan gediblər. Odur ki, Cavabdeh birgə nikahdan doğulmuş 06.09.2013-cü il təvəllüdlü X10 və 07.09.2015-ci il təvəllüdlü X5 və himayəsində uşaqları saxlayan ananın ünvan 6 (ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi və İddiaçı mənzildən istifadə hüququnun yaranması, təhlükəsiz yaşaması bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yekun məhkəmə iclasında İddiaçı öz izahatında bildirmişdir ki, 2012-ci ildə bu ailəyə gəlin gəlmişdir, gəlin gəldikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 194/2 saylı evdə 2016-cı ilə qədər yaşamışdır. 2016-cı ildə yeni ev alınmışdır. Birinci ev qaynatasının evidir. 2-ci evi birgə nikah dövründə almışdır. 2016-cı ildə alınan ev üçün də əziyyət cəkmişdir. Həmin evi atası, qaynatası və əri almışdır. ünvan 6 saylı evə 2012-ci ildə gəlin gəldikdən sonra 4 il həmin evdə yaşamışdır. Atası həmin evdə usta kimi işləmiş, təmir işləri görmüşdür. Evdən 2020-ci ilin mart ayından çıxmışdır. Odur ki, 2 uşaqla birlikdə ona mənzillə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh həm yazılı, həmçinin də şifahi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev kuçəsi, 194/2 saylı evin ilkin hüquqmüəyyənedici sənədi atası X6 adındar. Nikah münasibətlərinə daxil olduqdan sonra atasının razılığı əsasında iddiaçı mübahisəli mənzilə köçüb yaşamışdır, həmin evdə əxlaqsız hərəkətlərə yol verdiyindən aralarındakı münasibətlər və nqikahları pozulmuş, iddiaçı evi tərk edərək özünə başqa yaşayış yeri seçmişdir. İddiaçının həmin evdən istifadə hüquq yaranmamışdır və ev birgə nikah dövründə də tikilib ərsəyə gətirilmədiyi sonuncunun hazır evə gəlin gəldiyini nəzərə alaraq onun özünə və uşaqlarına mənzil tələb etməsi əsassızdır. Birgə nikah dövründə də hər hansı bir əmlak əldə etməmiş, Nə cavabdehin, nə də atasının adına iddiaçının qeyd etdiyi kimi 490 saylı evi mövcud deyildir. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 194/2 saylı ev, onların birinci evi olmuş və 1996-cı ildə inşa olunmuşdur. Əvvəl qardaşı ilə birgə yaşamış, daha sonra 2 il digər evdə yaşamışdır. 2-ci ev 1997-ci ildə tikilmişdir. Həmin ev ünvan 5 ünvanındadır. Qaynatası evin tikilməsində iştirak etmişdir. Həmin ev cavabdehin atasına məxsusdur. İddiaçının atasının evindən istifadə hüququ yaranmamış, əgər istifadə hüququ yaranmış olsaydı belə artıq itiriləcəkdi, çünki iddiaçı ilə aralarında olan nikah məhkəmə qətnaməsi ilə 05.02.2021-ci il tarixə artıq pozulmuşdur. İddiaçı ilə nikahları pozulduğundan o, artıq cavabdehin ailə üzvü sayılmır. İddiaçı Bakı şəhər Suraxanı Rayonu Bülbülə qəsəbəsi Samir Əliyev küçsi, ev 194/2istifadə hüququ olmadığından və aralarında nikah rəsmi qaydada pozulduğundan iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X7 izahatında iddianın tamamilə əsassız olduğunu bildirərək, iddiaçının dediyi ev mövcud deyildir. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 194/2 saylı ev 1996-cı ildə tikilmişdir. Digər ev 1998-ci ildə tikilmişdir. 1-ci ev cavabdehin atasının adınadır. 2-ci ev cavabdehin anasının adınadır. 2-ci ev birgə nikah dövründə tikilməmişdir. İddiaçının o evlə bağlı istifadə hüququ yaranmamışdır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını və çıxışlarını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Mülki işin materillarında olan: Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05.02.2021-ci il tarixli qətnaməyə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və azyaşlı uşaqların atanın yanında qalması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 20.11.2012-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1675 №-si ilə qeyd edilmiş nikah pozulması və 06.09.2013-cü il təvəllüdlü Naz yev Həsən Anar oğlu və 07.09.2015-ci il təvəllüdlü X8 boşanmadan sonra İddiaçı (ananın) himayəsində qalması qət edilmişdir. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli AZ-İ seriyalı 374865 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və İddiaçı 16.03.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında 16 mart 2021-ci il tarixdə 81 sayla qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Nağıyev, qadına isə Tağıyeva soyadı verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş və mülki işin materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı raynu Bülbülə Bələdiyyəsi tərəfindən tərtib edilmiş ********* saylı, 19.12.2019-cu il tarixli fərdi yaşayış evinin vergi ödəyicisinin (verdi ödəyicisinin kodu 19011303H576) uçot kitabçasına əsasən 1996-ci ilə tikilmiş Suraxanı rayonu Bülbül qəsəbəsi, S.Əliyev küçəsi, 194/2 saylı ev X2. Cavabdeh tərəfindən təqdim edilmiş və mülki işin materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı raynu Bülbülə Bələdiyyəsi tərəfindən tərtib edilmiş ********* saylı, 19.12.2019-cu il tarixli fərdi yaşayış evinin vergi ödəyicisinin (verdi ödəyicisinin kodu 190113R8ASDN) uçot kitabçasına əsasən 1998-ci ildə tikilmiş, tikinti altı hissəsi 149,86 kv m olan, 334,14 kv m həyətyanı sahəsi olan, Suraxanı rayonu, Bülbül qəsəbəsi, S.Əliyev küçəsi, ev 179D saylı ev X1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə araşdırılması zamanı məhkəməyə təqdim edilmiş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Çakir oğlu arasında 20.11.2012-ci il tarixində Suraxanı rayon qeydiyyat şöbəsində nikah bağlanmışdır. Suraxanı Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli qətnaməyə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və azyaşlı uşaqların atanın yanında qalması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 20.11.2012-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1675 №-si ilə qeyd edilmiş nikah pozulması və 06.09.2013-cü il təvəllüdlü X10 və 07.09.2015-ci il təvəllüdlü X8 boşanmadan sonra İddiaçı (ananın) himayəsində qalması qət edilmişdir. Hər iki tərəfin izahatına, məhkəməyə təqdim edilmiş materiallarına əsasən mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 194/2 saylı ev cavabdehin atası X6 tam mülkiyyətində olmasa da, sahibliyində və istifadəsindədir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı hüquqi münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra, daha doğrusu 20 noyabr 2012-ci il tarixdən sonra yaranmışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08.10.2013cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun 5 uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. İddiaçı ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisi olmuş Şakir Nağıyevin oğlu Cavabdeh arasında olan nikah münasibətlərinə 20 noyabr 2020-ci il tarixdə xitam verilmiş və beləliklə də onunla mənzilin (keçmiş) mülkiyyətçisi arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Cavabdehlə iddiaçı arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan iddiaçının yaşayış sahəsindən istifadə itirilməsi üçün əsasdır; eyni zamanda, İddiaçı maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə iş materiallarından heç bir sübut olmadığından Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Bundan əlavə iddiaçının özünün izahatına əsasən iddiaçı nikah bağlandıqdan sonra ilk vaxtlarda həmin ünvanda yaşasa da, sonradan artıq digər evdə yaşamaq üçün mübahisəli evdən köçmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Beləliklə, yuxarıda qeyd edilən hüquqi normalarını təhlil edərək, məhkəmə hesab edir ki, İddiaçı mübahisəli ünvan 6 ünvanda yerləşən evindən istifadə hüququ yaranmamışdır. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 194/2 saylı evə dair istifadə hüququ yaranmamışdır. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı iddia ərizəsində və iddia tələbinin artırılmasına dair ərizəsində ünvan 6 və ya Bakı şəhəri, Suraxanı rayonu, 3-cü Mədən küçəsi, ev 490 ünvanda yerləşən mənzilə köçürülməsi və İddiaçı mənzildən istifadə hüququnun yaranmasını iddia etsə də, sonuncu yaşayış sahəsi, yəni Bakı şəhəri, Suraxanı rayonu, 3-cü Mədən küçəsi, ev 490 ünvanda yerləşən evin hansı hüquq növü əsasında cavabdehə və ya onun ailə üzvlərinə məxsus olub-olmaması, iddiaçının nikah pozulduqdan əvvəl məhz həmin ünvanda yerləşən evdə yaşaması və yaxud iddiaçı tərəfindən tikilməsi barədə məhkəməyə hər hansı sübutları təqdim etməmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Russiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, noversiya prosedurları çərçivəsində süburlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “ əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 (iyirmi) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh birgə nikahdan doğulmuş 06.09.2013-cü il təvəllüdlü X10 və 07.09.2015-ci il təvəllüdlü X5 və himayəsində uşaqları saxlayan ananın ünvan 6 (ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi və İddiaçı mənzildən istifadə hüququnun yaranması, təhlükəsiz yaşamasına dair iddiası” təmin edilməsin. İş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar