Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-368/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Sabunçu rayon 16 saylı Dövlət Notariat Kontorunun kredit müqaviləsinə əsasən 22010 manat məbləğində pul X3 alınıb ona (İddiaçı) verilməsi, kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanda yerləşən mənzili qiymətləndirilərək hərraca çıxarılıb satılıb borc pul ödənilməli idi. Həmin ev hərraca çıxarılaraq satılmalı olduğundan, lakin satılmadığından tələbkar kimi ona təklif olunmuşdur. O da bununla bağlı olaraq təklifi dəyərləndirərək həmin evi qəbul etmişdir. Evin ona aid olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarış almışdır. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-5709/2018 saylı qətnaməsinə əsasən cavabdeh X4 evdən istifadə hüququna xitam verilərək evdən çıxarılması qət edilmişdir. xx.xx.2019-cu il tarixdə adı keçən qətnaməni icra edilməsi üçün Suraxanı Rayon Polis idarəsinə göndərilmiş və xx.xx.2019 -cu il tarixli Suraxanı rayon Polis idarəsi məktubuna əsasən 2(010)-5709/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi icra edildiyini bildirmişdir. Cavabdeh həmin mübahisəli evdə ona ondan başqa heç kimin qeydiyyatda olmadığını bildirmişdir. Lakin sonradan məlum oldu ki, evi ipoteka ilə yüklü ediləndə razılıq versələr də, ev satıldıqdan sonra digər səxslər qeydiyyatdan çıxmamışlar. Sonradan iddiaçı X6 - cavabdeh “xxxx» MMC-yə, “X2 Mərkəzi" MMC-yə (maraqlı şəxslər: İddiaçı və Suraxanı rayon icra Şöbəsi) qarşı “qiymətləndirmə barədə hesabatın və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi’’ tələbinə dair Səbail rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-307/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X4 - cavabdeh “xxxx» MMC-yə, “X2 Mərkəzi" MMC-yə (maraqlı şəxslər: İddiaçı və Suraxanı rayon icra Şöbəsi) qarşı “qiymətləndirmə barədə hesabatın və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi’’ tələbinə dair iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi üzrə «xxxx» MMCnin tərtib etdiyi xx.xx.2018-ci il tarixli 18-151 saylı «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat» və həmin mənzilin satılması məqsədi ilə «X2 Mərkəzi» MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli Y-258 №-li protokol etibarsız hesab edilmiş, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə dair alınmış RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmiş, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 49,4 kv.m-dən ibarət fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması üçün ilkin bazar (satış) qiyməti 93.500 manat məbləğində müəyyən edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat cavabdehlər «xxxx» MMC-dən və «X2 Mərkəzi» MMC-dən müştərək qaydada tutulub iddiaçı X5 verilməsi, xx.xx.2019-cu il tarixli ƏEM/S 22-826/19 saylı ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti cavabdehlər «xxxx» MMC-dən və «X2 Mərkəzi» MMC-dən müştərək qaydada tutulub «X8» MMC-in hesabına ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-741/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(009)- 307/2019 nömrəli qətnaməsi ləğv olunmuş və iddia tələbi rədd olunmuş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borc verən İddiaçı ilə borc alan X6 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, borc verən 22000 manat məbləğində pulu borc verir və borc alan isə xx.xx.2018-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan borc verən İddiaçı borc alan X6 arasında bağlanmış xx.xx.2017-ci tarixli 3M-242 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, borc verən ümumi sahəsi 49.4 kv/m, yaşayış sahəsi 15.4 kv/m, yardımçı sahəsi 34 kv/m olan 1 otaqlı olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evini xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yükliü edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixdə Bakı şəhəri üzrə X1 və Daşınmaz Əmlaklarının Satışı üzrə Hərrac Mərkəzi tərəfindən tərtib olunmuş hərracın nəticələri haqqında yekun protokolun surətindən görünür ki, X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinin 22313 manata İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 43.5-ci və 43.7-ci maddələrinə əsasən alıcı İddiaçı tərəfindən əldə edilməsi və lazımi sənədlərin tərtib edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli Hərracın yekunların üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evini “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” tərəfindən keçirilən açıq hərrac vasitəsilə alıcı İddiaçı tərəfindən alınmışdır. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)-5709/2018 saylı xx.xx.2018-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı mənzildən istifadə hüquqlarını ləğv etməklə çıxarılmasına dair iddiası qismən təmin olunaraq cavabdeh X4 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması qət edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-307/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X4 - cavabdeh “xxxx» MMC-yə, “X2 Mərkəzi" MMC-yə (maraqlı şəxslər: İddiaçı və Suraxanı rayon icra Şöbəsi) qarşı “qiymətləndirmə barədə hesabatın və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi’’ tələbinə dair iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi üzrə «xxxx» MMC-nin tərtib etdiyi xx.xx.2018-ci il tarixli 18-151 saylı «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat» və həmin mənzilin satılması məqsədi ilə «X2 Mərkəzi» MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2018-ci il tarixli Y-258 №-li protokol etibarsız hesab edilmiş, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə dair alınmış RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmiş, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 49,4 kv.m-dən ibarət fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması üçün ilkin bazar (satış) qiyməti 93.500 manat məbləğində müəyyən edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat cavabdehlər «xxxx» MMC-dən və «X2 Mərkəzi» MMCdən müştərək qaydada tutulub iddiaçı X5 verilməsi, xx.xx.2019-cu il tarixli ƏEM/S 22- 826/19 saylı ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti cavabdehlər «xxxx» MMC-dən və «X2 Mərkəzi» MMC-dən müştərək qaydada tutulub «X8» MMC-in hesabına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-741/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(009)-307/2019 nömrəli qətnaməsi ləğv olunmuş və iddia tələbi rədd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 15 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət hüququnun yeni mülkiyyətçiyə keçməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evində yaşamaması və qeydiyyatının formal xarakter daşıması təqdim olunmuş sənədlərlə tam təsdiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-368/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-368/2020
23.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver