Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-37/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı ASC-nın nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması üçün ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh məxsus olan 1 ədəd Çinar markalı köhnə soyuducu, 1 ədəd Samsung markalı işlənmiş paltaryuyan, 1 ədəd işlənmiş Elentra markalı dörd gözlü qaz sobası, 1 ədəd Dnepr markalı işlənmiş soyuducu, 1 ədəd işlənmiş elektro markalı paltar tikən maşın, 1 ədəd işlənmiş televizor, 1 ədəd “LG” maraklı işlənmiş televizor, 1 ədəd Star markalı işlənmiş televizor və 4 ədəd işlənmiş balaca xalçanın sahibsiz elan edilərək İddiaçı ASCnin mülkiyyətinə verilməsi, əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi AZ MMC şirkətinə 6480 (altı min dörd yüz səksən) AZN məğləğində edilmiş aylıq ödənişlərin və həmin əşyalar sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək saxlanılması üçün ediləcək ödənişlərin və 100 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması. İddia tələbinin dəlilləri Mehdiyev Mübariz Yadigar oğlu 01 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı adı İddiaçı ASC) illik 26 faizlə 12 ay müddətinə 35.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s, 141 saylı evdə yerləşən 3 otaqlı, 66.7 kv.m ümumi və 38.3 kv.m yaşayış sahədən ibarət 63 saylı mənzil 01 iyun 2007-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. X10 Yadigar oğlu kredit müqaviləsi üzrə borc öhdəlyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Bank tərəfindən borcun tutulması və tutmanın Cavabdeh mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2-246/2008 saylı 13 mart 2008-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbi təmin edilərək, 01 iyun 2007-ci il tarixdə "xxxx" X3 1 saylı filialı ilə cavabdeh Mehdiyev Mübariz Yadigar oğlu arasında bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, Kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh qızma məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s., 141 saylı evdə yerləşən sənəd üzrə yaşayış sahəsi 38.3 m2 olan 3 otaqdan ibarət olan 63 saylı mənzilində yaşayanların hüquqlarına xitam verilməklə evdən çıxarılması, Mehdiyev Mübariz Yadigar oğlunun "xxxx" İKB-nin 1 saylı Filialı qarşısında xx.xx.2007-ci il tarxili kredit müqaviləsindən irəli gələn 34694.67 ABŞ dolları əsas borc, 2154.30 ABŞ dolları məbləğinin və xx.xx.2007-ci il tarixdən etibarən olları faiz borcu, 584.91 ABŞ dolları dəbbə pıılu, cəmi 37433.88 ABŞ dolları və 3200 manat nümayəndəyə ödənilməli məbləğin həcmində borc məbləğinin və xx.xx.2007-ci il tarixdən etibarən öhdəlik tam icra olunanadək hər bir təqvim günü üçün 52.04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş 19 manat 80 qəpik dövlət rüsumunun ödənilməsi kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s., 141 saylı evdə yerləşən sənəd üzrə yaşayış sahəs 38.3 m2 olan 3 otaqdan ibarət olan 63 saylı mənzilinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3717/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi qismən dəyişdirilərək, 3200 manat: nümayəndəyə ödənilən məbləğ dəyişdirilərək 1000 manat məbləğində müəyyən edilmiş, kredit müqaviləsinin təminatı kimi 01 iyun 2007-ci il tarxidə ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, “AB” y/s.,141 saylı evdə yerləşən sənəd üzrə yaşayış sahəsi 38.3 m2 olan 3 otaqdan ibarət olan 63 saylı mənzilin yaşayanların hüquqlarına xitam verilməklə evdən çıxarılmaları, M.Mehdiyevin kredit müqaviləsindən irəli gələn 34694.67 ABŞ dolları əsas borc, 2154.30 ABŞ dolları faiz borcu, 584.91 ABŞ dolları dəbbə pulu, cəmi 37433.88 ABŞ dollarının və xx.xx.2007-ci il tarixdən etibarən öhdəlik tam icra olunanadək hər bir təqvim günü üçün 52.04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş 19 manat 80 qəpik dövlət rüsumunun, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsaitə yönədlilməsi qət edilmişdir. Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(103)-3717/2009 saylı qətnaməsi ilə tələb yönəldilmişdir. xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Yelo Bank” ASC (əvvəlki adı "xxxx" İKB ASC olan) ünvan 1 ünvanında yerləşən 63 saylı mənzili əldə etmişdir. Əmlaka dair İddiaçı ASC-nin (əvvəlki adı "xxxx" İKB ASC olan) mülkiyyət hüquqları 26 iyul 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixdə Suraxanı rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 2(103)-3717/2009 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilin boşaldılaraq banka təhvil verilməsi zamanı həmin mənzildə Ş.Abışovaya məxsus olan əşyaların bir qismi onun tərəfindən təhvil alınmadığndan müvvəqəti saxlanılması üçün Banka təhvil verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 1 ünvanında yerləşən 63 saylı mənzildə olan Ş.Abışovaya məxsus 1 ədəd Çinar markalı köhnə soyuducu, 1 ədəd Samsung markalı işlənmiş paltaryuyan, 1 ədəd işlənmiş Elentra markalı dörd gözlü qaz sobası, 1 ədəd Dnepr markalı işlənmiş soyuducu, 1 ədəd işlənmiş elektro markalı paltar tikən maşın, 1 ədəd işlənmiş televizor, 1 ədəd “LG” maraklı işlənmiş televizor, 1 ədəd Star maraklı işlənmiş televizor və 4 ədəd işlənmiş balaca xalça İddiaçı ASC tərəfindən təhvil alınmışdır. Həmin mənzildə olan digər əşyalar isə Cavabdehnm qızı X5 tərəfindən təhvil alınmışdır. Bundan sonra Cavabdeh qeyd edilən əşyalar müvvəqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə təhvil verilmişdir. İddiaçı ASC ilə Yük Taksisi.AZ MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların anbarda saxlanılması müqaviləsinə əsasən Ş.Abışovaya məxsus olan əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə aylıq ödənişlər edilir. Bundan sonra həmin əşyaları təhvil alması barədə Bank tərəfindən Ş.Abışovaya bir neçə dəfə yazılı və şifahi müraciət olunmasına baxmayaraq, Cavabdeh əşyaları təhvil götürməyərək, qəbul etməkdən imtina etmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq əşyaları təhvil almamış və bunun nəticəsində Bank əşyaların saxlanılması üçün xidməti haqqı ödəyərək əlavə xərcə düşmüşdür. Ş.Abışova əşyaları götürməyərək onlardan imtina edir. Odur ki, Ş.Abışovaya məxsus 1 ədəd Çinar markalı köhnə soyuducu, 1 ədəd Samsung markalı işlənmiş paltaryuyan, 1 ədəd işlənmiş Elentra markalı dörd gözlü qaz sobası, 1 ədəd Dnepr markalı işlənmiş soyuducu, 1 ədəd işlənmiş elektro markalı paltar tikən maşın, 1 ədəd markalı işlənmiş televizor, 1 ədəd “LG” maraklı işlənmiş televizor, 1 ədəd Star maraklı işlənmiş televizor və 4 ədəd işlənmiş balaca xalça sahibsiz elan edilərək, həmin əşaylara dair sərəncam verilməsi üçün İddiaçı ASC-nin mülkiyyətinə verilməsi zərurəti yaranmışdır. Bundan başqa qeyd edilən əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə hal-hazıradək məğləğində edilmiş aylıq ödənişlər və həmin əşyalar sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alandək çəkiləcək xərclər və ödənişlər Ş.Abışovadan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı ASC-nın nümayəndəsi X12 iddia tələbini müdafiə edərək, izahatında iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən Cavabdeh bildirdi ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, ona məxsus mənzil boşaldılarkən onun məlumatı olmamışdır. O, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sona qədər də bunun üçün mübarizə aparacaq. O, bu günədək əşyalarından imtina etməmişdir. Qızı evdə olarkən icra məmurları gəlib onu evdən çıxarmışlar, o da qısa zamanda yalnız xırda əşyalarını özü ilə götürə bilmişdir. Digər əşyalarının taleyindən xəbəri olmamışdır. Bu səbəblə məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. İş materialları RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s., ev 141 mənzil 63 "xxxx" İKB ASC-nin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 21762 nömrəli vərəqində qeydiyyata alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 2-246/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" X3 1 saylı filialı cavabdehlər Mehdiyev Mübariz Yadigar oğlu və Cavabdeh qarşı müqaviləyə vaxtından əvvəl xitam verilməsi borcun ipoteka predmeti və digər əmlak hesabına təmin edilməsi ilə cavabdehlərin və qeyrilərinin mübahisəli evdən çıxarılmasına dair iddiası təmin edilərək, xx.xx.2007-ci il tarixdə "xxxx" İK Bankının 1 saylı filialı ilə cavabdeh X4 arasında Kredit müqaviləsinə vaxtından əvvəl xitam verilmiş, Kredit rnüqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» y/s., 141 saylı evdə yerləşən sənəd üzrə yaşayış sahəsi 38,3 m2 olan 3 otaqdan ibarət ,olan 63 saylı mənzildən yaşayanların hüquqlarına xitam verilməklə evdən çıxarılmaları, Mehdiyev Mübariz Yadigar oğlunun "xxxx" İKB-nin 1 saylı Filialı qarşısında xx.xx.2007-ci il tarixli kredit müqaviləsindən irəli gələn 34.694,67 ABŞ dolları əsas borc, 2.154,30 ABŞ dolları faiz borcu, 584,91 ABŞ dolları dəbbə pulu, cəmi 37.433,88 ABŞ dolları və 3200 manat nümayəndəyə ödənilməli məbləğin həcmində borc məbləğinin və xx.xx.2007-ci il tarixdən etibarən öhdəlik, tam icra olunanadək hər bir təqvim günü üçün 52,04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş 19 manat 80 qəpik dövlət rüsumunun ödənilməsi kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» y/s., 141 saylı evdə yerləşən sənəd üzrə yaşayış sahəsi 38,3 m2 ibarət olan 63 saylı mənzilə yönəldilməsi və həmin əmlak açıq hərracdan satılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)-3717/2009 saylı icra vərəqəsindən görünür ki, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi 3200 manat nümayəndəyə ödənilən məbləğ dəyişdirilərək 1000 manat məbləğində müəyyən edilmiş, kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixdə ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» y/s. 141 saylı evdə yerləşən, sahəsi 38,3 kv. metr olan 3 otaqlı 63 saylı mənzilin yaşayanların hüquqlarına xitam verilməklə evdən çıxarımaları, M.Mehdiyevin kredit müqaviləsindən irəli gələn 34.694.67 ABŞ dolları əsas borcunun, 2.154,30 ABŞ dolları faiz borcunun, 584,91 ABŞ dolları dəbbə pulunun, cəmi 37.433,88 ABŞ dollarının və xx.xx.2007-ci il tarixdən etibarən öhdəlik tam icra anadək hər bir təqvim günü üçün 52,04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş 19 manat 80 qəpik dövlət qüsumunun, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsaitə yönəldilməlidir. xx.xx.2022-ci il tarixli 38/22 saylı malların anbarda saxlama müqaviləsindən görünür ki, “Tapşıran” adlandırılacaq İddiaçı ASC X2 ilə «Saxlayıcı» adlandırılacaq "xxxx" MMC X1 arasında bağlanmış müqaviləyə əsasən Saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıranın ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər bu Müqavilə üzrə saxlanca verilmiş malları «Saxlayıcı»nın Abşeron ray., Xirdalan şəh., Bakı-Quba maqistral-12A avtomobil satış salonu, 5000 kv.m. ünvanında yerləşən saxlanc anbarında saxlamaq barədə razılığa gəlirlər. Anbarda 1 m2 sahə—>( İm x İm x 1.65 m) olaraq nəzərə alınır. Hündürlüyü 1.65 metrdən çox olan malların qalıq hissəsi əlavə m2 kimi hesablanır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdehin özünə məxsus əşyaların mənzilin boşaldılması zamanı İddiaçı ASC-nə müvəqqəti saxlanılması üçün verilmiş əşyaların təhvil alınması xahiş olunmuş və əks halda qanunvericiliyin tələbinə əsasən cavabdehə məxsus olan əşyaların sahibsiz elan edilməsi və həmni əşyaların müvəqqəti saxlanılması üçün bank tərəfindən Yük Taksisi.AZ MMC-yə ödənilmiş pul məbləğinin tutulması ilə bağlı tərəflərindən məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-3694/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər Suraxanı rayon İcra Şöbəsinə, "xxxx" MMC, Yelo Bank ASC-yə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-947/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-3694/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2024-cü il tarixli 2(102)- 567/2024 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-947/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ödəniş tapşırıqlarından görünür ki, “ İddiaçı ASC-ti tərəfindən Yük Taksisi.AZ MMCnin Paşa Bankdakı hesabına xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2022-ci il tarixdə 434.00 manat; xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2023-cü il tarixdə 1404.00 manat; xx.xx.2023-cü il tarixdə 1680 manat; xx.xx.2023-cü il tarixdə 429.12 manat; xx.xx.2023-cü ildə 2492.00 manat; xx.xx.2023-cü il tarixdə 2432.00 manat; xx.xx.2023-cü il tarixdə 2924.00 manat; xx.xx.2023-cü il tarixdə 2594.00 manat; xx.xx.2023-cü il taixdə 2432.00 manat; xx.xx.2024-cü il tarixdə 437.76 manat; xx.xx.2024cü il tarixdə 2432.00 manat; xx.xx.2024-cü il tarixdə 2432.00 manat; xx.xx.2024-cü il tarixdə 2432.00 manat məbləğində pul ödənişləri etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 184.2. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. 185.1. Mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. 185.3. Atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 52.2. Saxlayıcı borclunun özü və ya onun ailə üzvü (borclu hüquqi şəxs olduqda onun işçisi) deyildirsə, əmlakın saxlanması üçün ona müvafiq haqq verilir. Bundan əlavə, saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər, həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla, ona ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, Mehdiyev Mübariz Yadigar oğlu 01 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı adı İddiaçı ASC) illik 26 faizlə 12 ay müddətinə 35.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s, 141 saylı evdə yerləşən 3 otaqlı, 66.7 kv.m ümumi və 38.3 kv.m yaşayış sahədən ibarət 63 saylı mənzil 01 iyun 2007-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. X10 Yadigar oğlu kredit müqaviləsi üzrə borc öhdəlyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Bank tərəfindən borcun tutulması və tutmanın Cavabdeh mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2-246/2008 saylı 13 mart 2008-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbi təmin edilərək, 01 iyun 2007-ci il tarixdə "xxxx" X3 1 saylı filialı ilə cavabdeh Mehdiyev Mübariz Yadigar oğlu arasında bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, Kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh qızma məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s., 141 saylı evdə yerləşən sənəd üzrə yaşayış sahəsi 38.3 m2 olan 3 otaqdan ibarət olan 63 saylı mənzilində yaşayanların hüquqlarına xitam verilməklə evdən çıxarılması, Mehdiyev Mübariz Yadigar oğlunun "xxxx" İKB-nin 1 saylı Filialı qarşısında xx.xx.2007-ci il tarxili kredit müqaviləsindən irəli gələn 34694.67 ABŞ dolları əsas borc, 2154.30 ABŞ dolları məbləğinin və xx.xx.2007-ci il tarixdən etibarən olları faiz borcu, 584.91 ABŞ dolları dəbbə pıılu, cəmi 37433.88 ABŞ dolları və 3200 manat nümayəndəyə ödənilməli məbləğin həcmində borc məbləğinin və xx.xx.2007-ci il tarixdən etibarən öhdəlik tam icra olunanadək hər bir təqvim günü üçün 52.04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş 19 manat 80 qəpik dövlət rüsumunun ödənilməsi kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s., 141 saylı evdə yerləşən sənəd üzrə yaşayış sahəs 38.3 m2 olan 3 otaqdan ibarət olan 63 saylı mənzilinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3717/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi qismən dəyişdirilərək, 3200 manat nümayəndəyə ödənilən məbləğ dəyişdirilərək 1000 manat məbləğində müəyyən edilmiş, kredit müqaviləsinin təminatı kimi 01 iyun 2007-ci il tarxidə ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, “AB” y/s.,141 saylı evdə yerləşən sənəd üzrə yaşayış sahəsi 38.3 m2 olan 3 otaqdan ibarət olan 63 saylı mənzilin yaşayanların hüquqlarına xitam verilməklə evdən çıxarılmaları, M.Mehdiyevin kredit müqaviləsindən irəli gələn 34694.67 ABŞ dolları əsas borc, 2154.30 ABŞ dolları faiz borcu, 584.91 ABŞ dolları dəbbə pulu, cəmi 37433.88 ABŞ dollarının və xx.xx.2007-ci il tarixdən etibarən öhdəlik tam icra olunanadək hər bir təqvim günü üçün 52.04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş 19 manat 80 qəpik dövlət rüsumunun, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsaitə yönədlilməsi qət edilmişdir. Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(103)-3717/2009 saylı qətnaməsi ilə tələb yönəldilmişdir. xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Yelo Bank” ASC (əvvəlki adı "xxxx" İKB ASC olan) ünvan 1 ünvanında yerləşən 63 saylı mənzili əldə etmişdir. Əmlaka dair İddiaçı ASC-nin (əvvəlki adı "xxxx" İKB ASC olan) mülkiyyət hüquqları 26 iyul 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixdə Suraxanı rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 2(103)-3717/2009 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilin boşaldılaraq banka təhvil verilməsi zamanı həmin mənzildə Ş.Abışovaya məxsus olan əşyaların bir qismi onun tərəfindən təhvil alınmadığndan müvvəqəti saxlanılması üçün Banka təhvil verilmişdir. Həmin mənzildə olan digər əşyalar isə Cavabdehnm qızı X5 tərəfindən təhvil alınmışdır. İddiaçı iddia edir ki, Cavabdeh məxsus qeyd edilən əşyalar müvvəqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə təhvil verilmişdir. İddiaçı ASC ilə Yük Taksisi.AZ MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların anbarda saxlanılması müqaviləsinə əsasən Ş.Abışovaya məxsus olan əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə aylıq ödənişlər edilir. Bundan sonra həmin əşyaları təhvil alması barədə Bank tərəfindən Ş.Abışovaya bir neçə dəfə yazılı və şifahi müraciət olunmasına baxmayaraq, Cavabdeh əşyaları təhvil götürməyərək, qəbul etməkdən imtina etmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq əşyaları təhvil almamış və bunun nəticəsində Bank əşyaların saxlanılması üçün xidməti haqqı ödəyərək əlavə xərcə düşmüşdür. Ş.Abışova əşyaları götürməyərək onlardan imtina edir. Odur ki, Ş.Abışovaya məxsus 1 ədəd Çinar markalı köhnə soyuducu, 1 ədəd Samsung markalı işlənmiş paltaryuyan, 1 ədəd işlənmiş Elentra markalı dörd gözlü qaz sobası, 1 ədəd Dnepr markalı işlənmiş soyuducu, 1 ədəd işlənmiş elektro markalı paltar tikən maşın, 1 ədəd markalı işlənmiş televizor, 1 ədəd “LG” maraklı işlənmiş televizor, 1 ədəd Star maraklı işlənmiş televizor və 4 ədəd işlənmiş balaca xalça sahibsiz elan edilərək, həmin əşaylara dair sərəncam verilməsi üçün İddiaçı ASC-nin mülkiyyətinə verilməsi zərurəti yaranmışdır. Bundan başqa qeyd edilən əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə hal-hazıradək məğləğində edilmiş aylıq ödənişlər və həmin əşyalar sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alandək çəkiləcək xərclər və ödənişlər Ş.Abışovadan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh bildirir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, ona məxsus mənzil boşaldılarkən onun məlumatı olmamışdır. O, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sona qədər də bunun üçün mübarizə aparacaq. O, bu günədək əşyalarından imtina etməmişdir. Qızı evdə olarkən icra məmurları gəlib onu evdən çıxarmışlar, o da qısa zamanda yalnız xırda əşyalarını özü ilə götürə bilmişdir. Digər əşyalarının taleyindən xəbəri olmamışdır. Bu səbəblə məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə işdə olan sübutları, tərəflərin izahatlarını və iddia tələbinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə iddia tələbinə 2 hissədə qiymət verilməsini zəruri hesab edərək, bildirir ki, iddia tələbinin ilkin hissəsi cavabdehə məxsus olduğu və ipoteka ilə yüklü edilmiş əmlak iddiaçıya təhvil verilərkən həmin evdə olmuş əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi ilə bağlıdır. İddia tələbinin həmin hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı təşkilat iddia tələbində qeyd edir ki, xx.xx.2022-ci il tarixli aktla iddia tələbində sahibsiz hesab edilməsi qeyd edilən əşyalar saxlanılması üçün iddiaçı təşkilata təhvil verilmişdir. Lakin həmin akta nəzər yetirdikdə aydın olur ki, sadalanan əşyalar iddiaçının nümayəndəsi Sərxan Zərbiyevə təhvil verilmiş, təhvil verilmənin səbəbi həmin aktda müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia tələbində sadalanan əşyalar daşınar əşya olmaqla digər əşyalarla birlikdə cavabdehin ailə üzvü olan qızına təhvil verilə bilərdi. Məhkəmə hesab edir ki, saxlanma şərtləri müəyyən edilmədən, hansı haqq müqabilində saxlanması razılaşdırılmadan həmin əşyaların iddiaçının nümayəndəsinə təhvil verilməsi və bu müddətədək həmin əşyaların iddiaçı tərəfindən saxlanılması onların sahibsiz elan edilməsi üçün əsas ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbini əsaslandırdığı Azərbaycan Respunlikasının Mülki Məcəlləsinin 184.2-cü maddəsinin tələbinə əsasən, əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Həmin maddənin dispozisiyasında daşınar əşyaların sahibsiz elan edilməsi üçün iki şərt nəzərdə tutulmuşdur. Birincisi daşınar əşyanın mülkiyyətçisinin olmaması, ikincisi isə keçmiş mükiyyətçinin mülkiyyətindən imtina etməsi. Göründüyü kimi hazırkı iş üzrə sahibsiz elan edilməsi istənilən daşınar əşyaların mülkiyyətçisi məlum olmaqla Cavabdehdır. Eyni zamanda Cavabdeh bildirir ki, o, əşyalarından heç vaxt imtina etməmişdir. İddiaçı təşkilat onun xəbəri olmadan icra məmurlarının iştirakı ilə onun evini boşaltmışdır. O, hazırda iddia tələbində göstərilən daşınar əşyalardan imtina etmək bir yana, hətta evini belə itirməmək üçün hərracın yekunları barədə protokolun etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etmiş və evinin əldən çıxmaması üçün mübarizə aparmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi cavabdeh mübahisəli mənzillə bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və son instansiya məhkəməsinə qədər iddia tələbində israrını göstərmişdir. Belə olan halda artıq ona məxsus iddia ərizəsində sadalanan əşyaların mülkiyyətçinin əşyadan imtina etməsi əsası ilə sahibsiz elan edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin 2-ci hissəsi olan sahibsiz elan edilməsi xahiş edilən əşyaların saxlanılması üçün ödənilən və bundan sonra ödəniləcək məbləğlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qeyd edir ki, həmin hissədə də iddia tələbi tamamilə əsassızdır. Belə ki, əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində həmin əşyaların saxlanılması üçün icra məmuru tərəfindən onlara təhvil verildiyini qeyd etsə də, müvafiq aktda əşyaların iddiaçıya hansı məqsədlə təhvil verilməsi barədə heç bir qeyd aparılmamış, bununla bağlı hər hansı bir sənəd tərtib edilməmişdir. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 38/22 nömrəli İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış malların anbarda saxlanılması barədə müqaviləyə və onun əsasında aparılmış ödənişlərə - qaimələrə münasibətdə də məhkəmə qeyd edir ki, əvvəla qeyd edilən müqavilə iddia ərizəsində göstərilən əmlakların iddiaçıya təhvil verilməsindən əvvəl, yəni 01.3.2022-ci il tarixdə bağlanmışdır və həmin müqavilənin şərtlərindən "xxxx" MMC tərəfindən məhz iddia ərizəsində sadalananan cavabdehə məxsus əmlakların saxlanılması barədə razılaşmanın olub-olmaması müəyyən olunmur. Qeyd edilən müqavilə ümumi müqavilə olmaqla, iki təşkilat arasında zəruri olduqda malların saxlanılması üçün ümumi şərtləri razılaşdırır. Lakin həmin müqavilə ilə sırf cavabdehə məxsus əşyaların saxlanılması üçün iddiaçı təşkilat tərəfindən həmin anbarda saxlanılması barədə və ödəniş qaimələrin də məhz həmin əşyaların saxlanılması ilə bağlı olduğunu təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sahibsiz hesab edilməsini istədiyi və saxlanılması üçün xərc çəkdiyini bildirdiyi əşyaların saxlanılması üçün ödədiyini bildirdiyi məbləğlər hər ay fərqli olmuşdur ki, bu da iddia ərizəsində göstərilən halları şübhə altına alır. Həmçinin iddiaçının ilkin iddia tələbində göstərilən məbləğlə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilən məbləğlər arasında da kəskin fərqlər vardır ki, bu da iddia tələbinin əsaslılığını şübhə altına alır. Belə ki, iddiaçı ilkin olaraq 6 aylıq müddət üçün 1354.64 manat məbləğində icarə haqqının ödənildiyini bildirir ki, bu zaman da deponun ortalama kirayə haqqı hər aya 225.77 manat məbləğində təşkil etmiş olur. Lakin sonradan iddiaçı 2024-cü ilin may ayında yeni iddia tələbində 6480 manat məbləğində çəkilmiş xərc tələb edir ki. bu da əşyaların götürüldüyü vaxtdan sonra 23 ay təşkil edir və aylıq icarə haqqı 281 manat müəyyən olunur. Göründüyü kimi eyni depo üçün fərqli dövrlərə görə fərqli ödənişlərin aparılması, eyni zamanda iddiaçının təqdim etdiyi qaimələrdə də həmin ödənişlərin hər dəfə fərqli məbləğdə olması iddiaçının iddia tələbini şübhə altına alır. Mülki prosessual qanunvericiliyin əsas tələbi ondan ibarətdir ki, hər bir tərəf öz tələbinin və etirazının əsasını təşkil edən halları sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı təşkilat əmlakları təhvil aldıqdan sonra nə həmin əmlakların saxlanca yerləşdirilməsini, nə də onların saxlanılması üçün hansısa qaydada xərc çəkdiyini məhkəmədə sübut edə bilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi saxlama şirkəti ilə bağlanılmış müqavilə və ödəniş tapşırıqlarında cavabdehə məxsus əşyaların saxlanılması, onların saxlanılması üçün iddiaçı tərəfindən pul ödənilməsi barədə hər hansı bir qeyd aparılmamışdır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı təşkilatın cavabdehə məxsus sırf iddia ərizəsində sadalanan daşınar əşyaları niyə təhvil alması, digər əşyaları cavabdehin qızına təhvil verməsi də məhkəməyə aydın deyildir. Əgər evin boşaldılması prosesində cavabdehin qızı iştirak edirdisə və prosessual tərəf kimi tanınmışdırsa evdə olan əşyalar evdən çıxarılmalı və cavabdehin qızına təhvil verilməli idi. Artıq həmin əşyaların sonrakı taleyi iddiaçı üçün maraqlı olmamalı idi. Bundan başqa, iddiaçı tərəf hazırki mülki iş üzrə icraatın əvvəlində cavabdehin əşyalarının saxlanılması ilə bağlı xərclərin ödənilməsi tələbini qəbul etməməsini bəyan etməsinə baxmayaraq iddiaçının icra məmuru ilə əşyaların saxlanılmasına dair razılaşmanı niyə pozmaması və buna dair heç bir məsuliyyəti olmadan hansı səbəblərdən uzun müddət bu qədər xərc çəkərək əşyaları özündə saxlamağa davam etməsini əsaslandıra bilməmişdir. Eləcə də, məhkəmə qeyd edir ki, şəxsdən sahibsiz hesab edilərək ona verilməsini istədiyi əşyalara görə sözügedən məbləğlərdə vəsait tələb edilməsi də ağlabatan mülahizəyə uyğun deyil. Məhkəmənin gəldiyi nəticə İddiaçı ASC-nin Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması üçün ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması üçün ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-37/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-37/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver