Məhkəmə qərarları › İş №2(010)-3701/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3701/2023

11.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3701/2023 11.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Ərizəçiin maraqlı şəxs Bakı şəhəri *0 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi”nə dair ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri *0 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən atası X* mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Aşurbəyovlar küçəsi, ev * ünvanında yerləşən 25 saylı mənzilin */2 hissəsi barəsində mirasın qəbul edilmə müddətinin uzadılması və həmin miras əmlakla bağlı onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Bakı şəhəri *0 saylı notariat ofisi tərəfindən verilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Belə ki, ərizə Ərizəçiin nümayəndəsi Ələskərova Lada adından imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş etibarnamənin notariat qaydasında təsdiq edilməmiş surətindən görünür ki, Ərizəçi etibarnamədə göstərilən səlahiyyətləri Ələskərova Ladaya etibar etmişdir. Lakin etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyətinin etibar edilməsi xüsusi göstərilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Ələskərova Ladanın Ərizəçi adından bu ərizəni imzalayaraq məhkəməyə müraciət etmək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *49. İddia ərizəsinin forması və məzmunu. *49.*. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə *50. İddia ərizəsinə əlavə edilən sənədlər. *50.*. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: *50.*.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla). Maddə *5*. İddia ərizəsinin mümkünlüyü. *5*.*. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə *52. İddia ərizəsinin qaytarılması. *52.*. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: *52.*.*. iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; *52.*.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda. *52.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. *52.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. *52.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *49-*52-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: Ərizəçiin maraqlı şəxs Bakı şəhəri *0 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi”nə dair ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İzah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar