Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3709/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, ev 28, mənzil 52 ünvanında yerləşən mənzildən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki,o, ünvan 1 mənzil 52 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə özünə məxsusdur. Həmin evi xx xxx 2011-ci il tarixində Cavabdeh almışdır. Müqavilə bağlanarkən cavabdeh müqavilənin tələbinə əsasən üçüncü şəxslərin hüquqlarından azad mənzili vermək və müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 2 (iki) ay müddətinə ipoteka predmeti olan evdə qeydiyyatda olan şəxslərlə birlikdə (satdığı mənzildən) qeydiyyatdan çıxmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin indiyədək Cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirmir və bundan yayınır. Cavabdehin qeydiyyatının mənim mənzilimə olması formal xarakter daşıyır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarıpı da pozur. O, cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi də cavabdehin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüqüqlarını məhdudlaşdırır. Həmin mənzili özgəninkiləşdirmək istədikdə onlardan razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqındaBakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 28 saylı evin 52 saylı mənzilində qeydiyyatda olan Cavabdeh xəbərdar edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil-Kommunal İstismar Sahəsinə göndərilmiş məhkəmə bildirişləri, cavabdehin həmin ünvanda yaşamaması barədə müvafiq qeyd yazılaraq, ona təqdim edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinəəsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ seryalı ******* saylı xx.xx.20116-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 28 saylı evin 52 saylı mənzilixx.xx.2011-ci ildə satıcı X3 tərəfindən 275.28 manata alıcı İddiaçı satılmış və “xxxxxxxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin Alqı-satqı müqaviləsi Bakı şəhəri46 saylı dövlət notariat kontorunda bağlanmış və 4/Ə-312 reyestr nömrəsi ilə Reyestrdə qeyd edilmişdir. Həmin Müqavilənin 2.2.2-ci bəndindən görünür ki, satıcı alıcı-ipoteka qoyana üçüncü şəxslərin hüquqularından azad mənzili verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2.4-cü bəndindən görünür ki, satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 2 ay müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan MA seriyalı ******* №-li Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 28 saylı evin 52 saylı mənziliİddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 40374 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arayışından görünür ki, İddiaçı və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 28 saylı evin 52 saylı mənzilində qeydiyyatdadırlar. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 28 saylı evin 52 saylı mənzilini AN-İ seryalı ******* saylı xx.xx.20116-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı X2 almışdır. Alqı-satqıdan sonra satıcı X3 və onun ailə üzvləri olan həmin mənzilin əvvəlki sakini olan Cavabdeh həmin mənzili boşaldaraq alıcıya təhvil verib getmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüş və o, həmin vaxtdan satdığı mənzildə yaşamır. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 28 saylı evin 52 saylı mənzilindən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onun həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 28 saylı evin 52 saylı mənzilinə istifadə hüququ itirlmiş hesab edilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 28 saylı evin 52 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3709/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3709/2020
05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver