Məhkəmə qərarları › İş №2(010)-3725/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3725/2023

21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3725/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Әrizəçi Әrizəçi (Maraqlı şəxs) “itirilmiş icraatın bərpa olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Әrizəçi Әrizəçi «itirilmiş icraatın bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixinə təxirə salınmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclası ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan keçirilərək məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 11:00-a təxirə salınmışdır. xx.xx.2023-cü il tarixlə məhkəmə hazırlıq iclası ərizəçinin nümayəndəsi və vəkili Z.Həşmovanın və Maraqlı şəxs iştirakı ilə keçirilərək, məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 12:00-a təxirə salınmışdır. İş üzrə ərizəçi Әrizəçi və Maraqlı şəxs üzrlü səbəb göstərmədən xx.xx.2023-cü il tarixdə, saat 12:00-də keçirilən məhkəmə hazırlıq iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi Әrizəçi (Maraqlı şəxs) “itirilmiş icraatın bərpa olunması” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, əizəçi tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Әrizəçi Әrizəçi (Maraqlı şəxs) “itirilmiş icraatın bərpa olunması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat pul ərizəçi Әrizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar