Məhkəmə qərarları › İş №2(010)-374/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-374/2022

11.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-374/2022 11.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin məhkəmənin inzibati binasında 11 yanvar 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29.22 kv.metr olan 41 nömrəli mənzilə dair istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29.22 kv.metr olan 41 nömrəli mənzil 28.01,2006-cı il tarixindən etibarən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ÖM 256834 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə qohumdur. Onlar ona məxsus mənzilə bir neçə il öncə qeydiyyata düşmüşdür. Bildirir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sözügedən mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq, uzun müddətdir ki, burada yaşamırlar. Cavabdehlərin onun xüsusi mülkiyyəti olan mənzildə pasport qeydiyyatı yalnız formal xarakter daşıyır. Cavabdehlərin hələ də ona məxsus ünvanda qeydiyyatda qalmaları onun mülkiyyətçi kimi hüquqlarını pozur, iddiaçıya əlavə kommunal xərclərin ödənilməsində çətinlik yaradır və o, əlavə xərclər çəkməli olur. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29.22 kv.metr olan 41 nömrəli mənzilə dair istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 tərəfindən həm yazılı, həm şifahi izahatına əsasən, qonşusu İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29.22 kv.metr olan 41 nömrəli mənzildə yaşayır, o isə 1-ci mərtəbədə mənzil 38 ünvanında yaşayır. Svetlana ilə çox yaxın olduğunu, cavabdeh qismində cəlb edilmiş şəxs Cavabdeh3 heç vaxt görmədiyini və orada yaşamadığını, gəlini Könülün isə Ukraynadada doğulduğunu, oranın vətəndaşı olduğunu və orada yaşadığını, müvəqqəti olaraq bura gəldiyini və burada qeydiyyata düşdüyünü, 2 ildən artıq müddətdə buradan getdiyini, bura qayıdanda isə bu evdə yaşamadığını və əri ilə kirayədə qaldığını bildirmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsə də, o məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 256834 saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 29,22 kv.metr olan 41 nömrəli mənzil İddiaçı adına 28.01.2006-cı il tarixdə 30/357 sayla qeydiyyata alınmışdır. Asan 6 tərəfindən verilmiş 01.10.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən, İddiaçı 05 iyun 2005-ci ildən ünvan 3 ünvanında qeydiyyatdadır. Eyni zamanda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da qeydiyyatdadır. Cavabdeh1 tərəfindən Donetsk vilayəti Pokrov rayon notariat dairəsinə verilmiş 02.12.2021-ci il tarixli ərizəyə əsasən, İddiaçı məxsus olan olan və Azərbaycan Respublikası, Bakı şəhəri, Hövsan qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzil üzrə qeydiyyatdan adının kompensasiya haqqı ödənilmədən məhkəmə vasitəsilə çıxarılması üçün razılıq verir. Cavabdeh2 tərəfindən 35 saylı notariat ofisinə verilmiş 22.06.2018-ci il tarixli ərizəyə əsasən, İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 256834 saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 29,22 kv.metr olan 41 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin mənzildən uzun müddətdir ki, köçüb getmişdir. Köçüb gedərkən, bütün əşyalarını özü ilə aparmış, iddiaçının mənzilində hər hansı əşyası qalmamışdır. Cavabdehin uzun müddət ona məxsus mənzildə yaşamamasına baxmayaraq, həmin evdə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Cavabdehə görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçının izahatı ilə və iş materiallarından görünür ki, cavabdehin mənzildə yaşamaması açıq-aydın şəkildə müəyyən edilir. Lakin, mübahisənin həlli, yəni cavabdehin həmin mənzildən olan istifadə hüquqlarının itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Bu baxımdan məhkəmə sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh1 Donetsk vilayəti Pokrovs rayon notariat dairəsinə verilmiş 02.12.2021-ci il tarixli ərizəsinə əsasən, İddiaçı məxsus olan və Azərbaycan Respublikası, Bakı şəhəri, Hövsan qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzil üzrə qeydiyyatdan adının kompensasiya haqqı ödənilmədən məhkəmə vasitəsilə çıxarılması üçün razılıq vermiş, eyni zamanda Cavabdeh2 tərəfindən 35 saylı notariat ofisinə verilmiş 22.06.2018-ci il tarixli ərizəsinə əsasən, İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. X1 həmin mənzildə yaşamır, ona məxsus hər hansı əmlak mənzildə mövcud deyildir. Bundan əlavə onun uzun müddət ərzində mənzilə geri qayıtması üzrə hər hansı cəhdinin olmaması, iddiaçıya mübahisəli həmin evə qayıtmaq istəyinin olmaması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Beləliklə də məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev 17, saylı 41 İddiaçı istifadəsindədir, cavabdehlər mübahisəli evdə formal olaraq qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23- 6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə formal olaraq qeydiyyatında qalmaları mənzilin mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmə hesab edir ki, İddiaçı Vldaimirovnanın mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçı X4 mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, cavabdehlər iddiaçının mənzilində yaşamasalarda mənzildə onların pasport qeydiyyatı hazırki dövrə kimi formal olaraq saxlanılmışdır. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. İşin faktiki hallarından aydın olur ki, cavabdehlər iddiaçının mənzilində uzun müddət yaşamadığından onlar mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmış və bu hal özü-özlüyündə onların bu yaşayış sahəsindən istifadə hüquqlarının olmaması barədə qənaətə gəlməyə imkan verir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququ onun mülkiyyətində olması ilə yarandığından və bu hüquq bağışlanma müqaviləsi ilə digər mülkiyyətçinin mülkiyyətinə verilməsi ilə də xitam verildiyindən, artıq mövcud olmayan hüququn məhkəmə qaydasında təsdiq edilməsi zərurəti aradan qalxmış olur. Başqa sözlə mövcud olmayan istifadə hüququ məhkəmə qaydasında təsdiq edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev 17, 41 saylı mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev 17, 41 saylı mənzilə istifadə hüququna xitam verilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev 17, 41 saylı mənzilə olan qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar