Məhkəmə qərarları › İş №2(010)-3741/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3741/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3741/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə-rək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 16 A saylı evin 36 saylı mənzilindən istifadə hüququna həmin mənzildən pasport qeydiyyatından çıxarılması əsası ilə xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçı nümayəndəsi və vəkili Vəkil «iddia tələbinin həcminin azaldılmasına» dair ərizə təqdim edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 16 A saylı evin 36 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev 16 A saylı evin 36 saylı mənzili tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh iddiaçının doğma qızıdır və X7 ilə rəsmi nikahda olmaqla Suraxanı rayonu, İİİ Mədən ərazisində sənədsiz evdə yaşayırlar. Cavabdehin iddiaçının mülkiyyətindəki qeyd olunan mənzili ilə heç bir hüquqi bağlantısı yoxdur, orada paport qeydiyyatında olsa da, həmin ünvanda yaşamır və nəticə etibarı ilə cavabdehin iddiaçının mənzilində pasport qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin iddiaçının mənzilində formal da olsa pasport qeydiyyatı iddiaçının həmin mənzillə bağlı mülkiyyət, istənilən sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Cavabdeh ona məxsus mənzildə formal olaraq qeydiyyatda olsa da. orada yaşmır, habelə onunla heç bir münasibəti yoxdur. Lakin, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin ******* nömrəli arayışından görünür ki, cavabdeh hazıradək iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışdır. Cavabdeh nikah qurduqdan sonra heç vaxt iddiaçının mənzilində yaşamayıb və nəticə etibarı ilə cavabdehin iddiaçının evində qeydiyyatda qalması formal xarakter daşıyır, həmçinin əsassız olaraq iddiaçının həmin mənzil ilə bağlı hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə iclasında Cavabdeh iddianı tam qəbul edərək, izahatında göstərdi ki, o, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 16 A saylı evin 36 saylı mənzilindən qeydiyyadan çıxmağa razıdır, çünki X7 ailə rəsmi nikaha daxil laraq daimi yaşamaq üçün Suraxanı rayonu, 3-cü Mədən küçəsindəki heç bir hüquqverici sənədi olmayan ünvana köçmüşdür. Odur ki, iddiaçının iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 16A mənzil 36 mülkiyyət hüququ üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə dövlət reyestrində 2190 nömrəli reyestr kitabının 203642 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə Cavabdeh arasında nikah xx.xx.2003- cü il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Asan 5 ximəti mərkəzinin xx.xx.2020-ci il tarixlə yaşayş yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 16 A saylı evin 36 saylı mənzilindən İddiaçı, X2, X6, Hüseynov Çərkəz abbas oğlu, X5 və X4 pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş X1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, İddiaçı ona qarşı mənzildən istifadə hüququna xitam verilməsi və paspor qeydiyyatından çıxarılmasına dair iddianı tam həcmdə qəbul edir və iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 16 A saylı evin 36 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə cavabdeh X4 İddiaçı qızıdır. Cavabdeh X4 xx.xx.2003-cü il tarixdə X7 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və daimi yaşamaş üçün Suraxanı rayonu, 3-cü Mədən küçəsindəki nömrəsiz evə köçmüşdür. Həmin evin heç bir hüquqverici sənədi yoxdur. Cavabdeh X4 həmin vaxtdan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 16 A saylı evin 36 saylı mənzildə faktiki olaraq yaşamır. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. Eyni zamanda məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X4 da mübahisəli mənzildə yaşamır. Cavabdeh X4 məhkəmə iclasında iddia tələbini tam qəbul etdliyini və iş üzrə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdeh X4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 16 A saylı evin 36 saylı mənzilindən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 16 A saylı evin 36 saylı mənzilindən istifadə hüququna xitam verilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 16 A saylı evin 36 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar