Məhkəmə qərarları › İş №2(010)-3770/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3770/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3770/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı Cavabdeh X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 050 (on iki min əlli manat) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla işəgötürən fiziki şəxs X13 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən o, fiziki şəxs X7 ətirlərin və kosmetika mallarının topdan satışının satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqaviləyə əsasən o, X10 məxsus ətir və kosmetik ləvazimatları satıb pulu ona verməli idi. O, X4 üçün mallar götürmüş, həmin malların bir qismini satıb pulunu X10 vermiş, bəzi malları isə satmaq üçün Cavabdeh vermiş, Cavabdeh ondan aldığı malların pulunu ona təhvil verməmişdir. X5 ilə onun arasında aparılmış qarşılıqlı əməliyyatlar zamanı onun əmək müqaviləsi üzrə 18050 manat məbləğində borcum yığılmış, o, həmin borcun 6000 manat hissəsini ödəmiş, onun 12 050 manat borcu qalmışdır. Həmin qalan borc məbləğini Cavabdeh ona ödəmədiyinə görə o, həmin pul vəsaitini X10 ödəyə bilməmişdir. Bununla əlaqədar X13 mediasiya prosesinin tətbiqi üçün xx.xx.2022-ci il tarixində Bakı şəhər 2 savlı Mediasiya Şurasına yazılı qaydada müraciət etmişdir. İş Mediasiyada olan zaman Cavabdeh ona həmin iş üzrə barışıq əldə edilərsə, o həmin pul vəsaitini hissə-hissə ödəycəyinə söz vermişdir. Mediatorun vasitəçiliyi ilə ilkin mediasiya sessiyası təşkil olunmuş və xx.xx.2022-ci il tarixli, MŞB/2- 00338 saylı Barışıq sazişi imzalanmışdır. Eyni zamanda X14 da xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsinə əsasən həmin barışıq sazişi üzrə öhdəliklərimə zamin durmuşdur. Həmin Barışıq sazişinin şərtlərinə əsasən o, 12 050 manat məbləğin 500 manat həcmində olan hissəsini xx.xx.2022-ci il tarixində, 500 manat həcmində olan hissəsini xx.xx.2022-ci il tarixində və 11050 manat həcmində qalan hissəsini isə 2022-ci ilin may ayı ərzində ödəməyi öhdəsinə götürmüşdür. Əslində isə Cavabdeh bu məbləğləri özü ödəyəcəyini demiş, ona görə də onlar aralarında belə bir saziş bağlamışlar. Lakin Cavabdeh şifahi qaydada öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən X13 barışıq sazişinin məcburi icrasının təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə barışıq sazişi təsdiq edilmişdir. Buna baxmayaraq Cavabdeh hələ də ona ödəməli olan vəsaiti ödəməmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin məzmununa uyğun çıxış edib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək qeyd etdi ki, 12.000 manat tələb olunsa da, mən cəmi 6.000 manat pul ödəməliyəm və həmin 6.000 manat pul vəsaitini borc olaraq deyil, Aleksandra həmin 12.000 manatı qaytarmağa köməklik üçün ödəməliyəm. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə istinad edərək işə üçüncü şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işin hallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Səbail Rayon Məhkəməsinin e-2(009)-1495/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, X13 (nümayəndə Vəkil) ilə İddiaçı arasında mediator X8 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2022-ci il tarixli MŞB/2- 00338 nömrəli barışıq sazişi qeyd olunan şərtlərlə təsdiq edilmişdir: 2.1.1 .ikinci tərəf (İddiaçı) etiraf edir ki. o, əmək vəzifələrim yermə yetirdiyi zaman 12.050 (on iki min əlli) manat məbləğində Birinci tərəfə (X10) maddi zərər vurub və həmin zərərin əvəzini bu Sazişdə təsbit edilən qaydada ödənilməsini öhdəsinə götürür; 2.1.2. ikinci tərəf (İddiaçı) Sazişin 2.1.1-ci maddəsində göstərilən məbləğin 500 (beş yüz) manat məbləğini 2022-ci ilin 30 mart tarixində, 500 (beş yuz) manat məbləğini 2022-ci ilin 30 aprel tarixində və 11050 (on bir min əlli) manat məbləğini 2022-ci ilin may ayında ödəməyi öz öhdəsinə götürür”. Qeyd olunan qətnamə ilə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X13 ilə Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Qafarzadə X11 Almas Ləzgi qızı ilə borclu İddiaçı arasında əmək münasibətlərindən yaranan 12.050 manat məbləğində zərərin ödənilməsinə dair öhdəliyinə əsasən zərərin ödənilməməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. -xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaimə Faktura”dan görünür ki, Cavabdeh İddiaçı 20 adda parfumeriya məhsullarını təhvil almışdır: 1) Body 9 ədəd 10 ml (qiyməti 260 manat olmaqla ümumi məbləğ 2340 manat). 2) Derm 8 ədəd 2ml (qiyməti 150 manat olmaqla ümumi məbləğ 1200 manat). 3) Meso 12 ədəd 3ml (qiyməti 70 manat olmaqla ümumi məbləğ 840 manat). 4) Ahls 12 ədəd 5ml (ümumi məbləğ 480 manat). 5) Els 10 ədəd 5ml (qiyməti 40 manat olmaqla ümumi məbləğ 400 manat). 6) Saas 12 ədəd 5ml (qiyməti 40 manat olmaqla ümumi məbləğ 480 manat). 7) SRS A 7 ədəd 5ml (qiyməti 50 manat olmaqla ümumi məbləğ 350 manat). 8) Whitning 9 ədəd 5ml (qiyməti 50 manat olmaqla ümumi məbləğ 450 manat). 9) Light Eyes 11 ədəd 5ml (qiyməti 50 manat olmaqla ümumi məbləğ 550 manat). 10) Wrinkler 13 ədəd 1ml (qiyməti 70 manat olmaqla ümumi məbləğ 910 manat). 11) Left 13 ədəd 1ml (qiyməti 70 manat olmaqla ümumi məbləğ 910 manat). 12) Meso 14 ədəd 3ml (qiyməti 70 manat olmaqla ümumi məbləğ 980 manat). 13) Repair 7 ədəd 5ml (qiyməti 50 manat olmaqla ümumi məbləğ 350 manat). 14) Ls 6 ədəd 5ml (qiyməti 40 manat olmaqla ümumi məbləğ 240 manat). 15) Bright Eyes 11 ədəd 5ml (qiyməti 50 manat olmaqla ümumi məbləğ 550 manat). 16) Hermosa Hard 3 ədəd 1ml (qiyməti 125 manat olmaqla ümumi məbləğ 375 manat). 17) Hermosa Mild 2 ədəd 1ml (qiyməti 120 manat olmaqla ümumi məbləğ 240 manat). 18) Hermosa Shine 2 ədəd 1ml (qiyməti 180 manat olmaqla ümumi məbləğ 360 manat). İşin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən məhsulların ümumi dəyəri 12005 manatdır. - İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizə formasından görünür ki, Cavabdeh 12.000 maat məbləğində aldığı məhsulları 1 dekabr tarixində qaytarmalı olduğu halda bəzi səbəblərə əsasən qaytara bilmədiyi qeyd edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, X13 ilə İddiaçı arasında işgüzar münasibətlər olmuşdur. Belə ki, İddiaçı X1 kosmetik və ətir məhsullarını götürərək satış təmsilçisi kimi fəaliyyət göstərmişdir. Eyni zamanda, İddiaçılə Cavabdeh arasında da işgüzar münasibətlər formalaşmış və Cavabdeh İddiaçı qaiməfakturada qeyd olunan məhsulları götürərək satışdan əldə olunan pul vəsaitini sonuncuya verməyi öhdəsinə götürmüşdür. İddiaçı tələbində həm qaimə-fakturaya, həm də barəsində qabul edilmiş məhkəmə aktına əsaslanaraq iddianın təmin edilməsini xahiş edir. Cavabdeh tərəf iddiaçı ilə aralarında işgüzar münasibətlərin olduğunu dolayı etiraf etsə də, iddia tələbini qəbul etmir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmə qeyd edir ki, cavabdehin qaiməfakturada göstərilmiş əşyaları iddiaçıdan təhvil alması cavabdehin imza atdığı həmin sənədlə və tərəflərin ifadələri ilə təsdiq olunur. Cavabdeh izahatlarında bu hala etiraz etsə də, etirazını tutarlı dəlillərlə əsaslandırmamış, yalnız formal mülahizələrə əsaslanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Tərəflərin arasındakı münasibətlərə hüquqi qiymət verərkən məhkəmə hesab edir ki, iddiaçı və cavabdehin arasında şifahi tapşırıq müqaviləsi mövcud olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İddiaçı qaimə-fakturada qeyd olunan məhsulları götürərək satmağı və İddiaçı satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh müəyyən pul məbləği verməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh aralarında şifahi sövdələşməyə əməl etməyərək məhsulları götürsə də, satışdan əldə olunan məbləği qaytarmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, X13 ilə İddiaçı arasında bağlanmış və yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişinə əsasən cavabdehin zamin qismində öhdəliyin icra olunmamasına görə məsuliyyəti öz üzərinə götürməsi məhz onun həmin borc məbləği ilə bağlılığına dəlalət edir. Mülki Məcəllənin 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə o nəticəyə gəlir ki, cavabdeh qaimə-faktura ilə iddiaçıdan təhvil aldığı məhsulların dəyərini iddiaçıya qaytarmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində 12.050 manat pul vəsaitinin cavabdehdən tutulmasını tələb etsə də, lakin qaimə-fakturada qeyd olunan və cavabdeh tərəfindən təhvil götürülmüş məhsulların ümumi dəyəri toplandıqda 12.005 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan məbləğdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Konstantı̇ noviçin xeyrinə 12005 (on iki min beş manat ) məbləğində pul tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar