Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3771/2020 22.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçılar İddiaçı1 və X1, iddiaçıların vəkili Vəkil, cavabdeh X2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və X1 cavabdeh X3 və digərinə qarşı “torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və X5 cavabdeh X3 və digərinə qarşı “torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evin tərəflərin istifadəsində olan və həmin evləri bir-birindən ayıran arakəsmədən bölməklə istifadə qaydasının müəyyən edilməsi, habelə tərəflər arasında inşa ediləcək arakəsmə divarın iddiaçıların maddi vəsaiti hesabına hörülməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı iddiaçılar İddiaçı1 və X5 barışıq sazişinin şərtləri ilə tanış və razı olduğunu, buna görə də məhkəmədən barışıq sazişini təsdiqlənməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclası zamanı iddiaçıların vəkili Vəkil barışıq sazişinin şərtləri ilə tərəflərin tanış və razı olduğunu, buna görə də məhkəmədən barışıq sazişini təsdiqlənməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclası zamanı cavabdeh X6 barışıq sazişini təqdim edərək tərəflər arasında barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barışıq sazişindən görünür ki, aşağıda adları qeyd edilən sonradan “İddiaçılar” adlandırılacaq ünvan 2 ünvanda yaşayanlar - İddiaçı1 və X5 və sonradan “Cavabdehlər” adlandırılacaq ünvan 2 ünvanda yaşayanlar - X6 və X7 arasında aşağıdakı məzmunda barışıq razılaşması haqqında müqavilə bağlandı: 1. “İddiaçılar” və “Cavabdehlər” arasında ünvan 1 ünvanda yerləşən tərəflərin istifadəsində olan torpaq sahələri və həmin torpaq sahələrində inşa edilmiş fərdi yaşayış evinin tərəflərin istifadəsində olan, habelə həmin evləri bir-birindən ayıran arakəsmədən bölməklə istifadə qaydası müəyyən edilsin. 2. “İddiaçılar” və “Cavabdehlər”in istifadəsində olan torpaq sahələri və fərdi yaşayış evlərini bir-birindən ayıran arakəsmədən “İddiaçılar” öz maddi vəsaitləri hesabına divarın hörülməsi barədə üzərlərinə öhdəlik götürürlər. 3. “İddiaçılar” və “Cavabdehlər”in birgə istifadəsində olan kanalizasiya xəttinin “Cavabdehlər”in ayrıca istifadəsi üçün, sonuncunun evinin giriş pilləkənin qarşısından, ana xətdən ayıraraq, onun istifadəsində olan evin zirzəmisindən keçməklə kanalizasiya xəttinin çəkilməsi və həmin xəttin ümumi kanalizasiya xəttinə birləşdirilməsini “İddiaçılar” öz maddi vəsaitləri hesabına icra etməyi barədə üzərinə öhdəlik götürürlər. 4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881ci maddəsinin məzmunu və bu müqavilənin hüquqi nəticələri məhkəmə tərəfindən tərəflərə izah edildi. Tərəflər bu şərtlərlə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri tərəflərə məlumdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasənişin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və X5 ilə cavabdehlər X6 və X4rasında xx xxxxxxx 2020-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. “İddiaçılar” və “Cavabdehlər” arasında ünvan 1 ünvanda yerləşən tərəflərin istifadəsində olan torpaq sahələri və həmin torpaq sahələrində inşa edilmiş fərdi yaşayış evinin tərəflərin istifadəsində olan, habelə həmin evləri bir-birindən ayıran arakəsmədən bölməklə istifadə qaydası müəyyən edilsin.
2. “İddiaçılar” və “Cavabdehlər”in istifadəsində olan torpaq sahələri və fərdi yaşayış evlərini bir-birindən ayıran arakəsmədən “İddiaçılar” öz maddi vəsaitləri hesabına divarın hörülməsi barədə üzərlərinə öhdəlik götürürlər.
3. “İddiaçılar” və “Cavabdehlər”in birgə istifadəsində olan kanalizasiya xəttinin “Cavabdehlər”in ayrıca istifadəsi üçün, sonuncunun evinin giriş pilləkənin qarşısından, ana xətdən ayıraraq, onun istifadəsində olan evin zirzəmisindən keçməklə kanalizasiya xəttinin çəkilməsi və həmin xəttin ümumi kanalizasiya xəttinə birləşdirilməsini “İddiaçılar” öz maddi vəsaitləri hesabına icra etməyi barədə üzərinə öhdəlik götürürlər.
4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881-ci maddəsinin məzmunu və bu müqavilənin hüquqi nəticələri məhkəmə tərəfindən tərəflərə izah edildi. İddiaçılar İddiaçı1 və X1 cavabdeh X3 və digərinə qarşı “torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair 2(010)-3771/2020 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Təranə Mahmudova