Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3773/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü qızı X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, 91 saylı evin onun tam mülkiyyətində olan 11 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 91 saylı evin 11 saylı mənzili onun tam mülkiyyətindədir və hal-hazırda orada yaşayır. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanmda Daşınmaz Əmlakm Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakm Dövlət Reyestrində xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyatdan keçmişdir. Cavabdeh onun qızıdır və onun tam mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqla onun hüquqlarını pozur. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs, M.Fətəliyev küçəsində yerləşən 15 saylı evin 98 saylı mənzili xx.xx.2016-cı il tarixdə satmış və həmin mənzil satıldıqdan sonra əldə olunan pul vəsaiti hesabına qızına ev almış və cavabdeh hal-hazırda onun aldığı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 23 saylı evin tam mülkiyyətində olan 10 saylı mənzilində öz ailəsi ilə birlikdə yaşayır. Hazırda da ünvan 2 qızının mülkiyyətindədir. Cavabdeh onun mənzilində qeydiyyatda olsa da heç bir zaman orada yaşamamışdır. Dəfələrlə cavabdehdən onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmasını tələb etmiş, lakin cavabdeh hər dəfə söz versə də sözünə əməl etməmişdir. Cavabdeh sözünə əməl etmədiyi üçün 2019-cu ilin noyabr ayında onun mənzilinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında Suraxanı Rayon Məhkəməsində iddia qaldırmışdır. Qızı ona ərizəni geri götürəcəyi təqdirdə könüllü surətdə mənzildən qeydiyyatdan çıxacağını bildirmiş, o isə inanıb ərizə yazaraq, məhkəmədən işin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh hal-hazırda azyaşlı uşağı ilə onun mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Cavabdeh onun tam mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamaqla onun həmin mənzilə faktiki sahiblik, əmlakından istifadə etmək və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Cavabdehin faktiki yaşayış yeri olsa da onun tam mülkiyyətində olan mənzildə qeydiyyatda qalması səbəbindən mənzilin kommunal xərcləri onun tərəfindən ödənilir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, izahatları dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 mənzil 11 ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. ASAN 4 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü qızı X1 ilə birlikdə ünvan 1 mənzil 11 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən göndərilmiş X2 (X5 əvəzindən) ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli 214220 №-li müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ona məxsus ünvan 1 mənzil 11 ünvanını İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* №-li “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 mənzil 11 ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 10452 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı 355639 №-li “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2531 nömrəli reyestr kitabının 235685 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə işinin araşdırılmış hallarından məlum oldu ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin mənzildə daimi yaşayış yeri üzrə qeydiyyata alınıb və o, iddiaçının qızıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının x xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Hər iki normanın məzmunundan da göründüyü kimi, istifadə hüququnun yaranması üçün, mülkiyyətçinin ailə üzvlərinin mülkiyyətçiyə məxsus mənzilə köçməsi və həmin mənzildə yaşaması tələb olunur. Qanunvericilik bunu mülkiyyətçi ilə onun mənzilə köçürdüyü ailə üzvləri arasında sıx birgə təsərrüfat əlaqələrinin yaranması, habelə mülkiyyətçinin onlar qarşısında ailə münasibətlərindən irəli gələn maddi dəstək-himayə etmə vəzifəsinin olması ilə əlaqələndirir. Məhz buna görədir ki, digər mülkiyyətçinin ailə üzvü olmayan şəxslərin mülkiyyətçiyə məxsus mənzildən istifadə hüququnun yaranması üçün nisbətən mürəkkəb prosedur nəzərdə tutur və yuxarıda qeyd edilən yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ailə münasibətlərinə xitam verilməsi halında, mənzildən istifadə hüququnun da itməsini müəyyən edir. Hazırkı işdə iddiaçı qızının ümumiyyətlə həmin mənzilə köçmədiyini bildirir. Lakin, bununla bağlı hər hansı sübut təqdim edilmədiyindən, məhkəmə yuxarıdakı normalara istinad etməklə cavabdehin istifadə hüququnun yaranmadığı qənaətinə gələ bilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, cavabdehin mübahisəli mənzilə köçməsi və bununla da, həmin mənzildən istifadə hüququnun yarandığı ehtimal edilir. Buna baxmayaraq, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin mülkiyyətində başqa yaşayış evi var. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarı ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Qeyd edildiyi kimi, cavabdehin başqa yaşayış yerini mülkiyyət hüququ ilə əldə etməklə, həmin evdə yaşaması onun mübahisəli evdən istifadə ehtiyacının aradan qalxmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Belə ki, Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətində başqa əmlak olduğu halda, şəxsin istifadə hüququnun saxlanılması imkanından sui-istifadə etməsi mülkiyyəçinin hüququnun lüzumsuz məhdudlaşdırılması hesab oluna bilər ki, bu da həm milli qanunvericilik, həm də Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq normalarla qorunan mülkiyyət hüququna müdaxilə sayıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh azyaşlı övladı xx.xx.2009-cu il təvəllüdlü qızı X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, 91 saylı evin 11 saylı mənzilindən yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3773/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3773/2020
28.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver