Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3794/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı İddiaçı Cavabdeh qarşı mənzil münasibətləri üzrə sair mübahisələr tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən еtdim: İddiaçı Cavabdeh qarşı mənzil münasibətləri üzrə sair mübahisələr tələbinə dair məhkəməyə müraciət edərək, 25 iyul 2018-ci ildən şəxsi mənzilindən Cavabdeh əşyaları üzündən istifadə edə bilmədiyi üçün 166 anbar xidmətinin qiymətlərinə uyğun olaraq Cavabdeh əşyalarının mənzilindən tutduğu sahənin hər 1 kv.m-i üçün 12 AZN tutularaq iddiaçıya ödənilməsini və Cavabdeh təcili olaraq təhvil almadığı təqdirdə əşyaların tullanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər Kəpəz Rayon Məhkəməsinə göndərilməli olduğu halda Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə Gəncə şəhəri, Kəpəz rayonu faktiki ünvan olaraq isə Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 89 ünvanı olmasına baxmayaraq ərazi aidiyyəti pozulmaqla verilmişdir. Yəni iddiaçı tərəfindən həmin ərizə ilə Kəpəz Rayon Məhkəməsinə müraciət etmək əvəzinə Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respulikası MPM) 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, ərizə borclunun rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə də, Azərbaycan Respublikası MPM-nin müvafiq tələbləri tələbkar tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən, ərizənin qaytarılması haqqında hakim qərardad çıxarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və tələbkara geri qaytarılmalıdır. Bununla yanaşı tələbkara izah olunur ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 268 və 277.1-ci maddələrinə əsaslanaraq qərara аldım: İddiaçı Cavabdeh qarşı mənzil münasibətləri üzrə sair mübahisələr barədə ərizəsinə məhkəmənin icraatında baxılmasından imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçi İddiaçı geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva.
Məhkəmə qərarları › İş №2(010)-3794/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3794/2021
22.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver