Məhkəmə qərarları › İş №2(010)-3796/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3796/2022

15.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3796/2022 15.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Xəlı̇ lov Çoban Alxan oğlunun, Cavabdehlər Əhmədova Çı̇ çək Məhəmməd qızının, Nəbı̇ li Nahı̇ d Tofı̇ q oğlunun, İbı̇ şov Tofı̇ q Nəbı̇ oğlunun, Allahverdı̇ yev Röyal Ramı̇ z oğlunun, Allahverdı̇ yev Ramı̇ z Savalan oğlunun, Cavabdeh10 iştirakları ilə İddiaçı Xəlı̇ lov Çoban Alxan oğlunun cavabdehlər Lələyeva Səbı̇ nə Bünyad qızı, Əhmədova Çı̇ çək Məhəmməd qızı, Aslanova Sevı̇ nc Cəlı̇ l qızı, İbı̇ şli Eltun Tofı̇ q oğlu, Nəbı̇ li Nahı̇ d Tofı̇ q oğlu, İbı̇ şov Tofı̇ q Nəbı̇ oğlu, Nəzərova Esmı̇ ra Bayram qızı, Allahverdı̇ yev Röyal Ramı̇ z oğlu, Allahverdı̇ yev Ramı̇ z Savalan oğlu və Cavabdeh10 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Xəlı̇ lov Çoban Alxan oğlu cavabdehlər Lələyeva Səbı̇ nə Bünyad qızı, Əhmədova Çı̇ çək Məhəmməd qızı, Aslanova Sevı̇ nc Cəlı̇ l qızı, İbı̇ şli Eltun Tofı̇ q oğlu, Nəbı̇ li Nahı̇ d Tofı̇ q oğlu, İbı̇ şov Tofı̇ q Nəbı̇ oğlu, Nəzərova Esmı̇ ra Bayram qızı, Allahverdı̇ yev Röyal Ramı̇ z oğlu, Allahverdı̇ yev Ramı̇ z Savalan oğlu və Cavabdeh10 Hacibaba oğluna qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Lələyeva Səbı̇ nə Bünyad qızı, Əhmədova Çı̇ çək Məhəmməd qızı, Aslanova Sevı̇ nc Cəlı̇ l qızı, İbı̇ şli Eltun Tofı̇ q oğlu, Nəbı̇ li Nahı̇ d Tofı̇ q oğlu, İbı̇ şov Tofı̇ q Nəbı̇ oğlu, Nəzərova Esmı̇ ra Bayram qızı, Allahverdı̇ yev Röyal Ramı̇ z oğlu, Allahverdı̇ yev Ramı̇ z Savalan oğlu və Cavabdeh10 Hacibaba oğlunun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmasını, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini və Lələyeva Səbı̇ nə Bünyad qızı, Əhmədova Çı̇ çək Məhəmməd qızı, Aslanova Sevı̇ nc Cəlı̇ l qızı, İbı̇ şli Eltun Tofı̇ q oğlu, Nəbı̇ li Nahı̇ d Tofı̇ q oğlu, İbı̇ şov Tofı̇ q Nəbı̇ oğlu, Nəzərova Esmı̇ ra Bayram qızı, Allahverdı̇ yev Röyal Ramı̇ z oğlu, Allahverdı̇ yev Ramı̇ z Savalan oğlu və Cavabdeh10 Hacibaba oğlunun müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün tədbirlər görülməsi AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3796/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata “Lələyeva Səbı̇ nə Bünyad qızı, Əhmədova Çı̇ çək Məhəmməd qızı, Aslanova Sevı̇ nc Cəlı̇ l qızı, İbı̇ şli Eltun Tofı̇ q oğlu, Nəbı̇ li Nahı̇ d Tofı̇ q oğlu, İbı̇ şov Tofı̇ q Nəbı̇ oğlu, Nəzərova Esmı̇ ra Bayram qızı, Allahverdı̇ yev Röyal Ramı̇ z oğlu, Allahverdı̇ yev Ramı̇ z Savalan oğlu və Cavabdeh10 Hacibaba oğlunun müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün tədbirlər görülməsi AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə həvalə edilməsi” hissəsində xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində 20 aprel 2011-ci ildə qeydiyyata alınmışdır. Məcburki köçkün olan cavabdehləri isə 2003-cü ildən qeyri-qanuni olaraq həmin qeyri-yaşayış sahəsində məskunlaşmışlar. Cavabdehlərə dəfələrlə xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxmalarını tələb etsə də, lakin sonuncular tələbə məhəl qoymamış, hal-hazıradək də sözügedən yerdə yaşamağa davam etməklə onun mülkiyyət hüququnu pozurlar. Hazırda o, mülkiyyətində olan həmin sahədən istifadə edə, ona sahiblik edə və ya həmin sahəyə sərəncam verə bilmir. Məhkəmə iclasında iddiaçı Xəlı̇ lov Çoban Alxan oğlu iddia tələbi ilə uyğun izahat təqdim edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Əhmədova Çı̇ çək Məhəmməd qızının, Nəbı̇ li Nahı̇ d Tofı̇ q oğlunun, İbı̇ şov Tofı̇ q Nəbı̇ oğlunun, Allahverdı̇ yev Röyal Ramı̇ z oğlunun, Allahverdı̇ yev Ramı̇ z Savalan oğlunun, Cavabdeh10 iddia tələbi ilə razı olmadıqlarını bildirdilər. Cavabdehlər Lələyeva Səbı̇ nə Bünyad qızı, Aslanova Sevı̇ nc Cəlı̇ l qızı, İbı̇ şli Eltun Tofı̇ q oğlu və Nəzərova Esmı̇ ra Bayram qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: -Qeydiyyat tarixi xx.xx.2011-ci il, Qeydiyyat nömrəsi **********, Seriya MA AR DƏDRX-nin Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı Əlixan oğlunun xüsusi mülkiyyətindədir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Əlixan oğluna məxsusdur. Qeyd olunan qeyri-yaşayış sahəsində cavabdehlər müharibə sonrası müxtəlif dövrlərdə məskunlaşmışlar. İddiaçı tələbində iddianın obyektini təşkil edən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna istinad edərək cavabdehlərin həmin ərazidən çıxmalı olduqlarını bildirir. Cavabdehlər iddia tələbinə etirazlarını onunla əsaslandırırlar ki, məskunlaşdıqları bütün bu illər ərzində onlar həmin əraziyə uyğunlaşmış, hətta bəzi tikililər tikmişlər. İddiaçı həmin ərazini alanda onların orada məskunlaşdıqlarını bilirdi, ümumiyyətlə iddiaçının həmin ərazini alması mübahisəlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı) Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. ( Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli Plenum Qərarından) Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən edilən halı odur ki, iddianın obyekti olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Bu hala münasibətdə cavabdehlərin həmin ərazidə qalmalarını şərtləndirən hər hansı bir hüquqi əsas mövcud deyildir. Belə ki, cavabdehlər həmin ərazidə heç bir qanuni əsas olmadan məskunlaşmışlar və onların həmin əraziyə istifadə və ya sahiblik (məhdud əşya hüququ) hüquqları müəyyən edilmir. Məhkəmə iddia tələbinə münasibətdə cavabdehlərin etirazlarını əsaslı saymır. Çünki, cavabdehlərin mübahisəli ərazidə uzun müddət məskunlaşmaları özü – özlüyündə onlara həmin əraziyə münasibətdə hər hansı hüquq yaratmır. İddiaçının həmin ərazini alarkən cavabdehlərin orada məskunlaşdıqlarını bildiyi ilə bağlı etiraza gəldikdə isə məhkəmə qeyd edir ki, bu hal da iddia tələbinin əleyhinə tutarlı dəlil kimi qiymətləndirilə bilməz. Çünki, ididaçının cavabdehlərin həmin ərazidə qalmalarına qanunda müəyyən edilmiş formada razılıq verməsinə dair hər hansı sübut mövcud deyildir. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Lələyeva Səbı̇ nə Bünyad qızı, Əhmədova Çı̇ çək Məhəmməd qızı, Aslanova Sevı̇ nc Cəlı̇ l qızı, İbı̇ şli Eltun Tofı̇ q oğlu, Nəbı̇ li Nahı̇ d Tofı̇ q oğlu, İbı̇ şov Tofı̇ q Nəbı̇ oğlu, Allahverdiyeva Esmı̇ ra Bayram qızı, Allahverdı̇ yev Röyal Ramı̇ z oğlu, Allahverdı̇ yev Ramı̇ z Savalan oğlu və Lələyev X1 MA 0192043№ li, xx.xx.2011-ci il tarixli Çıxarış əsasında iddiaçı Xəlı̇ lov Çoban Alxan oğlunun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və Seriya MA 0192043№ li, xx.xx.2011-ci il tarixli Çıxarış əsasında iddiaçı Xəlı̇ lov Çoban Alxan oğlunun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı Xəlı̇ lov Çoban Alxan oğluna təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Lələyeva Səbı̇ nə Bünyad qızı, Əhmədova Çı̇ çək Məhəmməd qızı, Aslanova Sevı̇ nc Cəlı̇ l qızı, İbı̇ şli Eltun Tofı̇ q oğlu, Nəbı̇ li Nahı̇ d Tofı̇ q oğlu, İbı̇ şov Tofı̇ q Nəbı̇ oğlu, Allahverdiyeva Esmı̇ ra Bayram qızı, Allahverdı̇ yev Röyal Ramı̇ z oğlu, Allahverdı̇ yev Ramı̇ z Savalan oğlu və Lələyev X1 MA 0192043№ li, xx.xx.2011-ci il tarixli Çıxarış əsasında iddiaçı Xəlı̇ lov Çoban Alxan oğlunun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsınlar. Seriya MA 0192043№ li, xx.xx.2011-ci il tarixli Çıxarış əsasında iddiaçı Xəlı̇ lov Çoban Alxan oğlunun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi boşaldılaraq iddiaçı Xəlı̇ lov Çoban Alxan oğluna təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar