Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-38/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ünvan 1 mənzil 59 ünvanında yerləşən ona məxsus yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-3824/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə (Sədrlik edən: İmanova Gülsarə Kərimovna) Cavabdeh ünvan 1 59 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət olunmuşdur. Qiyabi qətnamədən narazı qalan Cavabdehxx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-6230/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmənin 2(010)-3824/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün təzələnmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iş üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə (duğunluq) ürək çatışmazlığı ilə müşahidə olunan əsas ürəyin zədələnməsi xəstələyi səbəbi ilə vəfat etdiyinə dair Ölüm haqqında şəhadətnaməni təqdim etmiş və İddiaçı hüquqi varisi müəyyən edilənə qədər iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-6230/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi müəyyən edilənədək icraat dayandırılmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx xxxx 2018-ci il tarixli 2(010)-3824/2018 saylı qətnaməsinin icrasında geri dönüş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-6230/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 2493 nömrəli 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisindən daxil olmuş arayışdan müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli № ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov küçəsi, 95 saylı evin 59 saylı mənzilin hüququ sahibi X1r. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli olüm haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadları ilə Cavabdeh ərizəsi rədd edilmiş, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dairİddiaçı hüquqi varisi müəyyən edilənədək icraat dayandırılmışdır. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat İdarəsindən daxil olmuş 05/7390-11 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı adına vərəsəlik işinin açılmadığı müəyyən olunmuşdur. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə icraat təzələnmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı ölməsi ilə əlaqədar olaraq İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7.-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.5.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Məhkəmə hesab edir ki, iddiaçı vəfat etdiyindən və cavabdehin mübahisəli mənzilə olan istifadə hüququ ilə bağlı tələb hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə İddiaçı ölümü ilə əlaqədar olaraq mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-38/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-38/2020
04.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver