Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3821/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” X3rşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi. 1.Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi xx.xx.1960-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar rayonunda doğulmasına dair akt qeydinin bərpa edilməsini, doğum haqqında şəhadətnamədə ata adının X11 (milliyyəti azərbaycanlı), ana adının X13 (miliiyəti azərbaycanlı) qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar rayonunda anadan olmuşdur. X2, anası X13 olmuşdur. Valideynlərindən hər ikisi azərbaycanlı olmuşlar. Doğum haqqında şəhadətnaməni itirmişdir. Hazırda bibisi qızı əmlakını ona bağışlamaq istəyir, doğum haqqında şəhadətnaməsi olmadığı üçün qohumluqlarını təsdiq edə bilmirlər. Göründüyü kimi qohum tərəfindən əmlakın bağışlanması üçün qohumluğun təsdiq edilməsi, bunun üçün isə doğum haqqında şəhadətnamənin olması vacibdir və yenidən doğum haqqında şəhadətnamənin təkrarını belə əldə etmək Ermənistan Respublikası, Zəngibasar rayonunda anadan olmağı və oranın müvafiq qurumundan doğum haqqında şəhadətnamənin təkrarının alınması qeyri- mümkündür. Bu halları nəzərə alaraq yeganə hüquqi yolu məhkəmə qaydasında doğum haqqında akt qeydinin bərpa edilməsi, valideynlər haqqında məlumatın qeyd edilməsi və doğum tarixinin qeyd edilməsi ilə bağlı müraciətdir. Qanunvericiliyin tələblərinə görə ilk öncə yaşadıqları AR-sı ƏN-yi 4 saylı Bakı “ASAN Xidmət” X7nə doğum haqqında akt qeydinin bərpa edilməsi, valideynlər haqqında məlumatın qeyd edilməsi və doğum tarixinin qeyd edilməsi ilə bağlı müraciət etmiş və nəticədə xx.xx.2025-ci il tarixində müraciətlərindən imtina edilmişdir. Nəticədə o da məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil ərizəyə uyğun izahat verərək bildirmişdir ki, Ərizəçi xx.xx.1960-ci il tarixdə Ermənistan Respublikasında, Zəngibasar rayonunda anadan olmuşdur. Belə ki, ərizəçinin şəxsiyyət vəsiqəsində də onun doğum yeri və tarixi aydın görünür. Ərizəçinin X2 və anası X13 olmuşdur. Doğum haqqında şəhadətnamənin alınması, ərizəçinin bibisi qızının əmlakını ona bağışlamağı zərurəti ilə bağlı lazımdır. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirməsi səbəbindən və onu başqa yolla əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş etmişdir.
4. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid İfadələri
5. Şahid X1 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun dayısı qızıdır. X11 onun dayısı və X13 isə onun dayısının həyat yoldaşıdır. Ərizəçi Ermənistan Respublikasında doğulmuşdur. Onun özü də orada doğulmuşdur. O, öz evini Ərizəçi bağışlamaq istəyir, lakin ərizəçinin doğum haqqında şəhadətnaməsi yoxdur.
6. Şahid X4 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun bibisi qızıdır.O, ərizəçi ilə birlikdə təhsil aldığını bildirmişdir. Ərizəçi Ermənistan Respublikasında doğulmuş, onun atasının adı Heydər və anasının adı Piruzədir. Onlar ailədə iki bacı və üç qardaş olmuş, Ərizəçi iki qardaşı və bir bacısı vəfat etmişdir.
İş materialları.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı Bakı “Asan xidmət” X7 tərəfindən Ərizəçi etibarnamə ilə səlahiyyətli nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 16-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən və akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Həmçinin bildirilir ki, həmin Məcəllənin 162.2-ci maddəsinə və həmin Qərarın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq Ərizəçi doğum haqqında akt qeydinin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunur.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən xx.xx.2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinı ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, X5 və X8 ölümü, X6 və Ərizəçi isə doğumu haqqında akt qeydlərinin kserosurətinin istənilməsi barədə müraciətə baxılmışdır. Sorğu ilə əlaqədar Piruzə Əsədovanın və Heydər Orucovun ölümü, habelə Hüseyn Orucovun doğumu haqqında akt qeydinin kserosurəti təqdim edilir. Həmçinin qeyd edilir ki “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ermənistan Respublikasında doğulmuş Ərizəçi doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. Məlumat üçün bildirilir ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrində saxlanılmır.
9. Ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X13 Ermənistan, Masis rayonunda doğulmuş və xx.xx.2018-ci il tarixdə ölmüşdür.
10. Ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X11 Ermənistan, Masis rayonunda doğulmuş və xx.xx.1989-cu il tarixdə ölmüşdür.
11. Doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X12 Ermənistan, Masis rayonunda xx.xx.1961-ci il tarixində doğulmuşdur. X2 və anası X10r.
İşin faktiki halları.
12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1960-cı il ildə Ermənistan SSR, Zəngibasar rayonunda anadan olmuşdur. X2, anası X13 olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməni itirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı Bakı “Asan xidmət” X9 doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət etsə də, akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrasından imtina olunmuşdur. Doğum haqqında şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Doğum haqqında şəhadətnamə ərizəçiyə bağışlama müqaviləsinin realizə olunması məqsədilə qohumluq faktının təsdiq olunması üçün zəruridir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.
16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1960-cı il ildə Ermənistan SSR, Zəngibasar rayonunda anadan olmuşdur. X2, anası X13 olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməni itirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı Bakı “Asan xidmət” X9 doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət etsə də, akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrasından imtina olunmuşdur. Doğum haqqında şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Doğum haqqında şəhadətnamə ərizəçiyə bağışlama müqaviləsinin realizə olunması məqsədilə qohumluq faktının təsdiq olunması üçün zəruridir.
Məhkəmə xərcləri.
17. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, xx.xx.1960-cı il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilməli və xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR, Zəngibasar rayonu”, doğum tarixi xx.xx.1960-cı il, adı “Afidə”, ata adı “Heydər”, soyadı “Orucova” valideynləri haqqında qeyddə atası qrafasında “X11” milliyəti azərbaycanlı, anası qrafasında “X13” milliyəti azərbaycanlı kimi qeyd edilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilsin. xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR, Zəngibasar rayonu”, doğum tarixi xx.xx.1960-cı il, adı “Afidə”, ata adı “Heydər”, soyadı “Orucova” valideynləri haqqında qeyddə atası qrafasında “X11” milliyəti azərbaycanlı, anası qrafasında “X13” milliyəti azərbaycanlı kimi qeyd edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğum haqqında akt qeydinin bərpa olunması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova