Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3865/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızı X4 ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 2 mənzili 54 ünvanında yerləşən sahəsi 30,05 kv.m olan 2 otaqdan ibarət xidməti mənzil xx xxxx 1984-cü il tarixli, 000390 №-li order əsasında atası Cavabdeh Bakı Kanalizasiya İdarəsində çilingər-mexanik vəzifəsində işlədiyinə görə verilmişdir. Mülkiyyətində olan mənzildə hazırda o, anası X3, aravadı X5, oğlu X11, qızı X12 və kiçik qızı X13 ilə birlikdə yaşayırlar. O, xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş ögey bacısı X6 heç vaxt görməmiş və tanımır. 2008-ci ildə o, atası Cavabdeh tərəfindən formal olaraq onların yaşadıqları ünvana qeydiyyatda salmışdır. Cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqularımı tam həyata keçirə bilmir. Bunun nəticəsində mənzil və kommunal xidmətlərin haqqını artıq məbləğdə ödəməyə məcbur olur. Cavabdeh faktiki olaraq başqa ünvan 3 ünvanında yaşayır. Hesab edir ki, cavabdehin qızı X9 2008-ci ildən faktiki olaraq qeydiyyatda olduğu yer üzrə yaşamadığından, X4 mənzildən istifadə hüququna xitam verilməlidir. Belə ki, X9 xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş, atası Cavabdeh isə ünvan 2 mənzili 54 ünvanında 1997-ci ilədək yaşamışdır. 2019-cu il tarixdə atası onlara qarşı Suraxanı Rayon Məhkəməsində yaşadığımız mənzilə köçürülmə tələbinə dair iddia qaldırmışdır. Tərəfindən onun iddiasına qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qarşılıqlı iddia verilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)- 288/2019 saylı qətnaməsi ilə Cavabdeh mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddiaçılar X2 və İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddiamız təmin edilmişdir. Beləliklə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küşəsindəki 23 nömrəli evin 54 nömrəli mənzilnə istifadə hüququ itirilmiş hesab edilmişdir. Bundan sonra atası Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi apelyasiya şikayətini əsassız hesab edərək xx xxxxxxxx 2019-cu il tarixli 2(103)- 11685/2019 saylı qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-288/2019 saylı qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Cavabdeh qızı X4 ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzildə 2008-ci ildən faktiki olaraq qeydiyyatda olduğu yer üzrə yaşamadığı haqda qonşuların və Suraxanı rayon MKTB-nin iştirakı ilə akt tərtib edilmişdir. Ögey bacısı 2008-ci ildə doğulmasına baxmayaraq, iş materiallarında olan “Forma-2” arayışından görünür ki, o, 2018-ci ildə mübahisəli evə qeydiyyata düşüb. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclası zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırkı işin materiallarından göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 23 saylı evin, 54 saylı mənzili uzun illər Bakı Kanalizasiya İdarəsində çilingər-mexanik işlədiyinə görə Suraxanı rayon XDS İK-nin xx.xx.1984-cü il tarixli qərarı ilə 000390 N-li orderə əsasən ona verilmişdir. Mənzil hazırda Suraxanı rayon İcra Hakimiyyətinin balansındadır. Həmin mənzilin kirayəçisi o olmuş, bu gün də kirayəçi odur. Mənzil verilərkən orderdə onun və keçmiş arvadı X1 adı yazılmış, o, həmin mənzildə 1984-cü ildən 1997-ci ilə qədər keçmiş arvadı Qərənfil Abdurahmanova, həmçinin İddiaçı ilə birgə yaşamışdır. 1997-ci ildə o, arvadı ilə boşandıqdan sonra Qərənfil Abdurahmanova və İddiaçı onu həmin mənzildə yaşamağa buraxmamış və o, başqa mənzildə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Daha sonra xəstə anasına baxmaq üçün onunla birgə yaşayaraq yeni ailə qurmaq məcburiyyətində qalmış, həmin nikahdan bir qız övladı xx.xx.2008-ci il təvəllüdlü X8 doğulmuş, həmin uşaq da mübahisəli mənzildə qeydiyyatdadır. O, həmin mənzildə yaşamaq istəsə də, Qərənfil Abdurahmanova və İddiaçı 1997-ci ildən ona həmin mənzildə yaşamağa imkan vermirlər. O və qızı xx.xx.2008ci il təvəllüdlü Günay Abdurahmanovanın başqa yerdə daimi yaşayış yeri yoxdur, kirayədə yaşayırlar. Göründüyü iddia tələbi tamamilə əsassız və qanunsuzdur və rədd eilməlidir. Hətta iş materiallarında da göründüyü kimi əgər iddia tələbi əsaslı olsaydı da belə tərəflər arasında münasibətlər 2008-ci ildən yaranmış və bu ötən 12 il ərzində iddiaçı tərəfindən iddia qaldırılmamışdır. Ona görə də, hesab edir ki, iddiaçı tərəf həm də məhkəmədə iddia qaldırmaq müddətini ötürmüşdür. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il Qərarına əsasən mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi hazırki iş üzrə mənzildən istifadə hüququna xitam verilməsi tələb olunan şəxs həmin yaşayış sahəsində faktiki yaşamadığından və istifadə hüququ olmayan şəxs olduğundan həmin şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli, inzibati orqan tərəfindən imtina edildikdə isə mülkiyyətçi bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(010)-3865/2020 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, cavabdehin qeydiyyatına onun inzibati orqana müraciəti əsasında xitam verilməli, inzibati orqan tərəfindən imtina edildikdə isə o, bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3865/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3865/2020
10.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver