Məhkəmə qərarları › İş №2(010)-3866/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3866/2024

19.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3866/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat ofisi olmaqla mirasın qəbulu müddətinin uzadılması və vərəsə kimi tanınması tələbinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat ofisi olmaqla mirasın qəbulu müddətinin uzadılması və vərəsə kimi tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mirasın qəbulu müddətinin uzadılması və onun miras qoyan 14 dekabr 2023-cü ildə vəfat etmiş X1 vərəsəsi kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, həmin sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki xüsusi icraat qaydasında təqdim edilmiş ərizədən görünür ki, Ərizəçi mülki prosessual qanunvericilikdə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulan “mirasın qəbulu müddətinin uzadılması” tələbi ilə yanaşı bu ərizədə eyni zamanda “vərəsə kimi tanınma” tələbini də qeyd etmişdir. Halbuki, vərəsə kimi tanınma barədə iddia tələbi iddia icraatı qaydasında baxılmalı olan tələbdir. Aydındır ki, xüsusi icraatda baxılmalı olan tələblə iddia icraatında baxılmalı olan tələbə eyni icraatda baxılması prosessual qanunvericiliyin tələblərinə ziddir. Bir sözlə, mülki prosessual qanunvericiliyin tələbi baxımından hər iki tələbə eyni zamanda hazırkı ərizədə baxılması yolverilməzdir. Xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması və xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır. Başqa sözlə, xüsusi icraat məhkəmənin hüquq haqqında mübahisənin həlli ilə əlaqədar olmayan və hüquqi faktların və ya halların müəyyənləşdirilməsi, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının hərəkətlərinin qanuniliyinin təmin edilməsi ilə bağlı fəaliyyətdir. Bunun əksinə olanraq vərəsə kimi tanınma tələbi isə iddia icraatı qaydasında baxılmalı olan tələbdir və bu tələb hüquq haqqında mübahisə ilə əlaqədar olduğuna görə, xüsusi icraat qaydasında baxıla bilməz. “Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə görə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat ofisi olmaqla mirasın qəbulu müddətinin uzadılması və vərəsə kimi tanınması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar