Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3876/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqcudov İsa Sabir oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 və onların vəkili X12, cavabdehlər Cavabdeh2 Mirmehti oğlu və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 Mirmehti oğluna və Cavabdeh1 qarşı mənzildən çıxarma tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 Mirmehti oğluna və Cavabdeh1 qarşı mənzildən çıxarma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1 və 1986-cı il təvəllüdlü Cavabdeh2 Mirmehti oğlunun iddiaçılara məxsus Bakı şəh, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Əliyev küçəsi, 215 ünvandan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdılar ki, qızları - xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Əliyev küçəsi, 215-də yaşayan Cavabdeh1 Lerik rayonunda anadan olmuş 1986-cı il təvəllüdlü Cavabdeh2 Mirmehti oğlu onun öz vəsaiti hesabına inşa etdiyi evə yerləşdirərək onunla qeyri-rəsmi yaşayır və onların mənzil hüquqlarını kobud surətdə pozur. Cavabdeh1 ilə 1986-cı il təvəllüdlü Cavabdeh2 Mirmehti oğlunun heç bir rəsmi nikahı yoxdur. Cavabdeh2 Mirmehti oğlu iddiaçıları aldadaraq qızı ilə evlənmək istədiyini bildirmiş və bu yolla onların 10.000(on min) manat pulunu mənimsəmişdir, indi isə iddiaçılara məxsus mənzili bölüb satmaq niyyətindədir və iddiaçı onun çirkin niyyətini gec də olsa başa düşmüş. Ona görə də çirkin niyyətlə onların mənzilə soxulmuş Cavabdeh2 Mirmehti oğlu qızı Aidə ilə birlikdə yaşadığı mənzildən çıxarılmalıdır. Onlar iddiaçıların tikdiyi mənzildə 30 ildən artıqdır ki, yaşayır, lakin onların mənzili DƏDRX -də qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daçınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. 1999-cu il tarixədək qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinə görə daçınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin 10 il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və hüququi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir. xx xxxxxx 2003-cü il tarixli 566-İİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişiliklər edilməsi haqqında” Azərvaycan Respublikasının Qanunu ilə Məcəllənin 179.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüququ məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirənnormativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa hüququi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda verdikləri izahatlarında iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 Mirmehti oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Cavabdeh1 yaxından tanımaq üçün 2017-ci ildə qızın anası olan İddiaçı2 ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Əliyev küç, 215 ünvanında görüşmüşdür. O, həyətə daxil olanda İddiaçı2 ona ev göstərmişdir. Evlərdən birinin onlara məxsus olduğunu, digərinin isə Cavabdeh1 məxsus olduğunu demişdir. İddiaçıların yaşadığı fərdi yaşayış evi ilə Cavabdeh1 ilə onun yaşadığı fərdi yaşayış evinin girişi də ayrıdır. Qeyd olunan yaşayış evinin işıq, su və qaz sayğacı da Cavabdeh1 adınadır. Qayınanası İddiaçı2 hər ailə işinə müdaxilə edir, o isə buna razı olmur. İddiaçıların ona maddi dəstək göstərilməsi barədə dəlilləri əsasızdır və onlar tərəfindən ona 10.000 manat pul verilməmişdir. İddiaçılar İddiaçı2 Tanrıverdi qızı və X2 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək İzahatında göstərdi ki, o, 1990-cı ildən Bakı şəhəri Suraxanı rayonu Bül-bülə qəsəbəsi S.Əliyev küç, 215 ünvanında yerləşən və hal-hazırda iddiaçıların yaşadığı mənzildə yaşamış, 2008-ci ildə həmin həyətdə öz şəxsi vəsaiti hesabına fərdi yaşayış evi inşa edırık hazırda da həmin evdə yaşayır və pasport qeydiyyatındadır. İddiaçıların yaşadığı fərdi yaşayış evi ilə onun yaşadığı fərdi yaşayış evinin girişi də ayrıdır. Qeyd olunan yaşayış evinin işıq, su və qaz sayğacı da onun adınadır. Fərdi yaşayış evi özbaşına tikilidir və nəinki iddiaçıların yaşadığı fərdi yaşayış evinin, hətta onun inşa etdiyi fərdi yaşayış evinin hüquqmüəyyən edici sənədi yoxdur. 6 yaşından həmin evə köçmüş və 2003-cü ildən həmin evə qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı2 Tanrıverdi qızı və X3 iddia tələbinin rədd edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, o, 1991- 1992-ci ilin əvvəllərində həmin evdə yaşayır. Elxan həmin evi 1991-ci ildə tikib. Hər iki evi Elxan tikmişdir, qızı evlənəndən sonra köçmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, o, 1983-cü ildən həmin ünvanda yaşayır. Mübahisələndirilən evi Elxan tikib. Öz evinin hüquqmüəyyənedici sənədi vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, həmin evi onun atası tikib. İddiaçıları qonşu kimi tanıyır. Elxan birinci evini öz evini, sonra dər evi tikmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır. İş materiallarına əlavə edilmiş Asan 4 xidmət mərkəzinin xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 215 saylı evdə X16, X6, X7, Abdullayev Elşən Elxan oğlu, X10, İddiaçı1, İddiaçı2, Ömərli Nicat Ramil oğlu pasport qeydiyyatındadırlar. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İHB Bülbülə qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı1 Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 215 saylı evdə xx.xx.2003-cü ildən qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İHB Bülbülə qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı2 Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 215 saylı evdə xx.xx.2003-cü ildən qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasəb daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı2 və İddiaçı1 hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki onlar mübahisəli özbaşına tikililər üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onların qanuni istifadələrinə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 Mirmehti oğluna və Cavabdeh1 qarşı mənzildən çıxarma tələbi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3876/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3876/2020
02.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver