Məhkəmə qərarları › İş №2(010)-3884/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-3884/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3884/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 (iyirmi min) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh ilə yazılı şəkildə razılaşma olmuşdur. Belə ki, həmin razılaşmaya görə Cavabdeh ona məxsus 10.000 (on min) manat dəyərində olan daş qəliblərini və 10.000 (on min) manat dəyərində qəliblərdə istifadə olunmaq üçün materialları götürmüşdür. Daha sonra həmin razılaşmada qeyd olunur ki, Cavabdeh şəxsən özünün istəyilə 20.000 ümumilikdə (iyirmi min) manat dəyərində olan qəlib və materialları 48 (qırx səkkiz) ay müddətində hər ay 1000 (min) manat ödəməklə arendaya götürür. Bu müddət (48 ay) bitdikdən sonra qəliblər və ona aid materiallar onun şəxsi əmlakı hesab olunacaqdır. Şəxs bu razılaşmanı təsdiqləmək üçün öz şəxsiyyət vəsiqəsinin kopyasını əlavə etmiş və fərdi sahibkar kimi öz möhürü ilə təsdiqləmişdir. Razılaşmanın sonunda isə qeyd olunur ki, əgər hər hansı gecikmə və başqa xoşagəlməz hal baş verərsə şəxs hüquq mühafizə orqanları qarşısında öhdəlik daşıyır. Həmin razılaşmada həmçinin şahidlərin adı və imzaları da göstərilmişdir. Lakin həmin vaxtdan 1 il 1 həftə keçməsinə və bununla bağlı şəxsi pretenziya qaydasında xəbərdar edilməsinə baxmayaraq ona heç bir ödəniş edilməmişdir. Nəticə etibarilə, Cavabdeh 20.000 (iyirmi min) manat tutularaq ona ödənilməsi zərurəti vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək hazırkı işin qiyabi icraatda baxılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və qiyabi formada təmin edilməlidir. Belə ki: iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli sadə yazılı razılaşmadan görünür ki, Cavabdeh İddiaçı məxsus ümumilikdə 20.000 manat dəyərində olan -10.000 (on min) manat dəyərində olan daş qəliblərini və 10.000 (on min) manat dəyərində qəliblərdə istifadə olunmaq üçün materialları hər ay 1000 (min) manat ödəməklə 48 ay müddətində arendaya götürmüşdür. Bu müddət (48 ay) bitdikdən sonra qəliblər və ona aid materiallar onun şəxsi əmlakı hesab olunacaqdır. -İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 20.000 manat borc məbləğini 3 iş günü ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh sadə yazılı razılıq ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. İşə əlavə edilmiş sadə yazılı razılaşmaya əsasən cavabdeh iddiaçıdan 20.000 manat dəyərində əşyaları götürmüş, lakin həmin əşyaların dəyərini qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Mülki-Prosessual Məcəllənin 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onlrarın dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 244-cü maddəsinin tələbinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 150 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeḣ Sabı̇ r oğlundan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Nərı̇ man oğluna ödənilsin. İş üzrə ödənilmiş 150 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar