Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3886/2022 01.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun - qızlıq soyadı ilə X* xx xxxxxx *966-cı ildə Ermənistan Amasiya rayonunun Göllü kəndində atasının X2, anasının X3 olması göstərilməklə doğum faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək onun əvvəl doğum haqqında şəhadətnaməsinin olduğunu, lakin onu taksidə itirdiyini bildirdi. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, öz izahatından müəyyən edilir ki, onun doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin həmin şəhadətnamə itirilmişdir. Bundan başqa, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*966-cı il tarixdə doğulması faktı həmin sənəddə qeyd edilmişdir. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi xx.xx.*966-cı il tarixdə doğulması faktı onun şəxsiyyət vəsiqəsi ilə məlum olduğundan eyni faktın müəyyən edilməsi xahişinə məhkəmədə yenidən baxılması əsaslı deyildir. Bundan başqa, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 3 №-li Qərarında qeyd edilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Göründüyü kimi, doğum faktının müəyyən edilməsi barədə işlərə yuxarıda qeyd edilən hallarda baxılır. Hazırkı işdə isə belə hallar mövcud deyildir. Çünki, ərizəçinin şəxsiyyətini təsdiq edən sənədi mövcuddur. Bundan başqa, ərizəçi məhkəmədə izahat verərkən ərizəçi onun digər sənədlərinin də olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nın 26*.0.*-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə, bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, müvafiq sənədlərin alınması üçün müvafiq Qeydiyyat orqanına müraciət etməli, imtina ediləcəyi təqdirdə isə həmin orqanin qərarı ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3886/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3886/2022
01.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver