Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3899/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 9 saylı evin 32 saylı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi (itirilmiş hesab edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsindəyazılanlara uyğun izahat verərək bildirdi ki,o, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s. 9 saylı evin 32 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ özünə məxsusdur. O, həmin mənzili alqı-satqı və ipoteka müqaviləsi əsasında X2 almışdır. Müqavilənin şərtləri qarşılıqlı olaraq hər iki tərəfdən əməl olunduqdan sonra alqı-satqı müqaviləsinin 2.2.4-cü bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 60 gün müddətinə müqavilə predmetini olan mənzildə qeydiyyatda olan şəxslərlə birlikdə (satdığı mənzildən) qeydiyyatdan çıxması barədə satıcının üzərinə düşən vəzifəsini bu günə kimi icra etməmişdir. Belə ki, cavabdeh həmin mənzildə qeydiyyatdan çıxmamış və onun mənzilimdə qeydiyyatda olması ona əlavə kamunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində maneələr yaradır. Beləliklə, hesab edir ki, məhkəmə tərəfindən cavabdehin xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s. 9 saylı evin, 32 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında CavabdehTofiq oğlu iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, o, həqiqətəndə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 9 saylı evin 32 saylı mənzilində yaşamır və həmin ünvandakı qeydiyyatı formal xarakter daşıyır. O, iddiaçıya məxsus mənzildə yaşamaq hüququnun olmamasını etiraf edir və heç bir tələbi yoxdur. Odur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 9 saylı evin 32 saylı mənzildən qeydiyyatdan çıxmağa etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 064/13 saylı xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 9 saylı evin 32 saylı mənzili xx.xx.2013-cü ildə satıcı İddiaçı tərəfindən63.000 manata alıcı X1 və“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin Alqı-satqı müqaviləsi Bakı şəhəri5 saylı dövlət notariat kontorunda bağlanmış və 15-26439 reyestr nömrəsi ilə Reyestrdə qeyd edilmişdir. Həmin Müqavilənin 2.2.2-ci bəndindən görünür ki, satıcı alıcı-ipoteka qoyana üçüncü şəxslərin hüquqularından azad mənzili verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2.4-cü bəndindən görünür ki, satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan RX seriyalı ******* №-li Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 9 saylı evin 32 saylı mənziliİddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1812 nömrəli reyestr kitabının 166796 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 9 saylı evin 32 saylı mənzilində İddiaçı və CavabdehTofiq oğlu qeydiyyatdadırlar. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 9 saylı evin 32 saylı mənzilini 064/13 saylı xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı X2 almışdır. Alqı-satqıdan sonra satıcı X4 və onun ailə üzvləri olan həmin mənzilin əvvəlki sakini olan CavabdehTofiqoğlu həmin mənzili boşaldaraq alıcıya təhvil verib getmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüş və o, həmin vaxtdan satdığı mənzildə yaşamır. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə CavabdehTofiq oğlu mülkiyyətçinin ailə üzvü deyildir və CavabdehTofiq oğlunun mənzilin mülkiyyətçisi ilə mübahisəli mənzilə istifadə hüquqlarını müəyyən edən müqavilə mövcud deyildir. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, CavabdehTofiq oğlunun İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 9 saylı evin 32 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq həmin evdə yaşaması və ya onun iddiaçı ilə mənzildən istifadə hüququnun yaranması barədə müqavilə bağlaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair məhkəmə qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə cavabdehlərin mübahisəli ünvana istifadə hüququ yaranmamışdır. Göstərilən halların məcmusunu və yuxarıda sadalanan qanunvericilik normasını rəhbər tutmaqla məhkəmə hesab edir ki, CavabdehTofiq oğlunun mübahisəli mənzilə dair istifadə hüquqlarıəmələ gəlməmişdir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehə münasibətdə iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, həmin cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 9 saylı evin 32 saylı mənzilinəistifadə hüququ itirilmiş hesab olunmalıdır. Həmçinin iddia üzrə cavabdehin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüquqlarının olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 9 saylı evin 32 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 9 saylı evin 32 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3899/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3899/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver