Məhkəmə qərarları › İş №2(010)-390/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-390/2023

10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-390/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) “faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin *5.06.*975-ci ilin avqust ayı tarixindən *0.*2.2004-cü il tarixə kimi Bakı Baş Tikinti İdarəsinin nəzdində olan "SU-*6” tikinti idarəsində qaynaqçı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Ərizəçi *975-ci ilin avqust ayında Texniki Peşə Məktəbində qaynaqçı peşəsi üzrə təhsil almağa başlamışdır. *976-cı ilin may ayında təhsilini bitirib, **.05.*976-cı il tarixdən 3*.05.*978-ci il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmət keçmiş, SSRİ MN-nin 28.03.*978-ci il tarixli, 92 saylı əmri ilə ehtiyata buraxılmışdır. *979-cu il tarixində 54 nömrəli Bakı Texniki Peşə Məktəbinin "Sənaye quraşdırma" ixtisasına qəbul olunmuş, *980-ci ildə A seriyalı 669**9 saylı diplom almaqla oranı bitirmişdir. *5.06.*978-ci il tarixdən Bakı Baş Tikinti İdarəsinin nəzdində olan "SU-*6" Tikinti İdarəsində qaynaqçı peşəsi üzrə işə qəbul olunmuş və *0.*2.2004-cü ilə qədər həmin idarədə qaynaqçı işləmişdir. Orada onunla bərabər Eminov İlham, Hacıyev Akif və Fərzullayev Ədalət işləyiblər. 2006-cı ildə Moskva şəhərində bazarda çalışarkən saxlanc yerilərində baş tutmuş yanğın nəticəsində onun əmək kitabçası və hərbi bileti yanaraq məhv olmuşdur. Əmək pensiyası almaq yaşına çatanda o, müvafiq quruma müraciət etmiş, ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" AR Qanununun 3*.2-*-ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üçün 2006-cı ilin * yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışı əsasında təsdiqləndiyi halda sığortaolunana əmək pensiyası təyin edilir. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət etmiş, xx.xx.2022-ci il tarixli, BA-00520-2022 saylı cavab məktubunda ona bildirilmişdir ki, "BBTİ *6 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə də onun *5.06.*978-ci il tarixdən *0.*2.2004-cü il tarixinədək Bakı Baş Tikinti İdarəsinin nəzdində olan "SU-*6" tikinti idarəsindəki iş stajını tədiq edən sənədləri olmadığına görə əmək pensiyası ala bilmir. Bundan başqa, o, Azərbaycanın Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə *990-cı ildən *993-cü ilə kimi iştirak etmişdir. *5.06.*975-ci il tarixdən *0.*2.2004-cü il tarixə kimi Bakı Baş Tikinti İdarəsinin nəzdində olan “SU-*6” tikinti idarəsində qaynaqçı işləməsinin başqa yolla müəyyən edilməsinin mümkünsüzlüyünü nəzərə alıb, hesab edir ki, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən maraqlı şəxsin nümayəndəsi X7 izahatında göstərdi ki, ərizəçinin ərizəsi təmin olunmamalıdır. Belə ki, ərizəçi 08.*0.*956-cı il təvəllüdlü Ərizəçi **.05.*976-cı il tarixdən 3*.05.*978-ci il tarixədək SSRİ SQ-da həqiqi hərbi xidmət keçdiyini və SSRİ MN-nin 28.03.*978-ci il tarixli 92 nömrəli əmri ilə ehtiyata buraxıldığını, daha sonra *979-cu il tarixdə 54 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Sənaye və Quraşdırma” ixtisasına qəbul olduğunu, *980-ci ildə A riyalı 669**9 nömrəli diplomla oranı bitirdiyini bildirmişdir. Bundan başqa, Ərizəçi *5.06.*978-ci il tarixdən *0.*2.2004-cü il tarixədək isə Bakı Baş Tikinti İdarəsinin nəzdində olan “SU-*6” tikinti idarəsində qaynaqçı vəzifəsində işlədiyini qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərə əsasən, Ərizəçi yuxarıda qeyd edilən tarixlərdə hərbi xidmət keçdiyi, sonra təhsil aldığı görünür. İşin faktiki hallarına əsasən ərizəçi yaşa görə əmək pensiyasının təyin olunması üçün maraqlı şəxs Fonda müraciət etmiş, lakin işləməsinə dair sənədlər olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan sonra Ərizəçi *5.06.*975-ci il tarixdən *0.*2.2004-cü il tarixədək Bakı Baş Tikinti İdarəsinin nəzdində olan “SU-*6” tikinti idarəsində işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.**.*992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin *7-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin *6-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Ərizəçinin şahidləri qismində iştirak edən X8, X6 və X3 əmək kitabçasındakı qeydlərə baxılmışdır. Şahid İ.Eminovun 23.07.*980-ci il tarixdən 27.*0.*999-cu il tarixədək, şahid Ş.Hacıyev oğlunun 09.07.*98*-ci il tarixdən *4.0*.2002-ci il tarixədək, digər şahid S.Qacıyevin 04.08.*982-ci il tarixdən 28.0*,2002-ci il tarixədək Bakı Baş Tikinti İdarəsinin nəzdində olan “SU-*6” tikinti idarəsində işlədiyi göstərilmişdir. İşləmə tarixlərindən də göründüyü kimi, şahidlərin heç biri ərizəçinin işlədiyini iddia etdiyi bütün dövrlərdə onunla birlikdə işləməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərə əsasən, Ərizəçi **.05.*976-cı il tarixdən 3*.05.*978ci il tarixədək hərbi xidmətdə olmuş, *979-*980-ci illərdə təhsil almışdır. Bununla da, Ərizəçi *5.06.*978-ci il tarixdən *980-ci il daxil olmaqla hərbi xidmət keçməsi, təhsil aması, eləcə də işləməsi mümkünsüzdür. Eyni zamanda. Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin *7-ci bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Ərizəçi *5.06.*975-ci il tarixdən *0.*2.2004-cü il tarixədək (29 il 05 ay *0 gün) olan dövrdə işləməsi faktını təsdiq etdirmək istəyir. Lakin bu qanunvericilikdə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı müddətinin (25 ilin) yarısından, yəni *2 il 06 ay müddətindən çoxdur. Müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin *8.08.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən *979-cu il tarixində 54 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Sənayedə quraşdırma” ixtisasına qəbul olmuş və *980-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış A № 669**9 nömrəli diplom Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, * saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş 25.0*.2022ci il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, BBTİ *6 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, *957-ci il təvəllüdlü Ərizəçi ondan ötrü ki, o həqiqətən **,05.*976-cı il tarixdən 3*,05.*978-ci tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmət keçmişdir. SSRİ MN-nin 28.03.*978-ci il tarixli 92 saylı əmri ilə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 25.*0.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən 0*.09.*975-ci il tarixində *8 nömrəli Bakı Peşə Məktəbinin “Bənna” ixtisasına qəbul olmuş və *9.04.*976-cı il tarixində həmin ixtisası əyani formada bitirmişdir. N saylı hərbi hissənin komandirinin 20.*0.*993-cü il tarixli arayışından görünür ki, *957-ci il təvəllüdlü Ərizəçi N saylı hərbi hissənin tərkibində mart *990-cı ildən *993-cü ilin oktyabr ayına qədər könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının **.04.2022-ci il tarixli ərizəçiyə ünvanladığı “yaşa görə əmək pensiyası haqqında” məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20*7-ci il iyulun *-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun *.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-*.*-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 20*8-ci ilin * iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın *-dək sığorta stajı 25 il hesablanır. X2 Sisteminin Pensiya altsisteminə əsasən sığorta stajınız olmadığı və fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa lövünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.*-ci yarımbəndinə əsasən 2006-cı il 'anvarın *dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması içün iş stajı əmək kitabçası üzrə X* Pensiya ıltsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində ənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli nünaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri aşqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş lərarına əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndlərin tələblərinə uyğun olaraq bildiririk ki, ümumi iş stajınızı ssdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 3 saylı Bakı “DOST” mərkəzinə jqdim etdikdən sonra Ərizəçi yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci ıaddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq Ərizəçi xx.xx.2022-ci il tarixindən *80 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.*-ci və 73-cü addələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İT-İ seriyalı ******* saylı *5.07.*98*-cü il tarixli əmək kitabçasından görünür ki, 02.*2.*959-cu il təvəllüdlü X9 09.07.*98*-ci ildən *4.0*.2002-ci ilədək BBTİ *6 saylı Tikinti İdarəsində işləmişdir. İT-İ seriyalı ******* saylı 09.08.*982-ci il tarixli əmək kitabçasından görünür ki, 22.07.*963-cü il təvəllüdlü X5 04.08.*982-ci ildən 28.0*.2002-ci ilədək BBTİ *6 saylı Tikinti İdarəsində işləmişdir. İT-İ seriyalı ******* saylı 25.09.*979-cu il tarixli əmək kitabçasından görünür ki, *8.03.*958-ci il təvəllüdlü X*3 23.07.*980-cı ildən 27.*0.*999-ci ilədək BBTİ *6 saylı Tikinti İdarəsində işləmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X*0 ifadəsində göstərdi ki, o, ərizəçi ilə iş yoldaşı olmuşdur. 2002-ci ilə qədər *6 saylı Tikinti İdarəsində işləmişlər. Ərizəçi ondan qabaq işləyib. Ərizəçi qaynaqçı işləyib. Özü işdən çıxanda ərizəçi işləyirdi. Ərizəçi *990-*993-cü illərdə könüllü olaraq döyüşlərdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X5 ifadəsində göstərdi ki, o, *982ci ildən *6 saylı Tikinti İdarəsində işləmişdir. *6 saylı Tikinti İdarəsində 2002-ci ilə qədər işləmişdir. Özü o idarədə işləməyə başlayanda ərizəçi artıq həmin idarədə qaynaqçı kimi işləyirdi, işdən çıxanda isə ərizəçi hələ də orda işləyirdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X*4 ifadəsində göstərdi ki, ərizəçi ilə bir yerdə işləmişdir. O bildirdi ki, özü *980-ci ildə *6 saylı Tikinti İdarəsində çalışmağa başlamış, *999-cu ildə işdən çıxmışdır. Özü o idarədə işləməyə başlayanda ərizəçi artıq həmin idarədə işləyirdi, işdən çıxanda isə ərizəçi hələ də orda işləyirdi. Ərizəçi *990-*993cü illərdə könüllü olaraq döyüşlərdə iştirak etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi *975-2004-cü illərdə BBTİ *6 saylı Tikinti İdarəsində qaynaqçı işlədiyini, lakin, 2006-cı ildə Moskva şəhərində bazarda çalışarkən saxlanc yerilərində baş tutmuş yanğın nəticəsində əmək kitabçasının yandığını bildirərək, məhkəmədən həmin dövrdə orada işləməsi faktının təsdiq edilməsini xahiş etmişdir. O, bu faktı təsdiq etmək üçün Dövlət Arixivinə müraciət etsə də həmin müəssissəsin arxiv sənədləri tapılmamışdır. Lakin, ərizəçinin vəsatəti ilə həmin dövrdə bu müəssisədə işləmiş şahidlər X5, X*3 və X*0 Ərizəçi həqiqətən onlarla birlikdə, eyni müəssəsidə işlədiyini, ərizəçinin qaynaqçı olduğunu bildirmişlər. İlk növbədə, nəzərə alınmalıdır ki, hazırkı halda Ərizəçi əmək kitabçası yandığına görə və işlədiyini iddia etdiyi müəssisənin arxiv sənədləri aşkar edilmədiyinə görə bu fakt yalnız məhkəmə qətnaməsi ilə təsdiq edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının **.*2.20*7-ci il tarixli *7 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın *dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə hesab edir ki, Ərizəçi əmək kitabçası yandığından və arxiv sənədləri olmadığından onun Bakı Baş Tikinti İdarəsinin *6 saylı idarəsində qaynaqçı kimi əmək fəaliyyətini yalnız onunla birlikdə həmin idarədə işləmiş və əmək kitabçasında bu barədə qeyd edilmiş şəxslərin şahid kimi izahatları təsdiq edə bilər. Nəzərə alınmalıdır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *3.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə iclasında izahat verən hər üç şahid BBTİ *6 saylı Tikinti İdarəsində işləmiş və onlardan hər üçü ərizəçinin bu İdarədə qaynaqçı kimi iş fəaliyyəti, onların idarədə işlədiyi dövrdə ərizəçinin də bu idarədə işləməsi barədə bir-biri ilə üst-üstə düşən izahatlar vermiş, ərizədə qeyd edilənləri təsdiq etmişlər. Məhkəmə müəyyən edir ki, şahidlərdən ikisinin orada işləməsi dövrü ərizəçinin qeyd etdiyi dövrlərdən *98*-ci ilin iyul ayından 2002-ci ilin yanvar ayını əhatə etmişdir. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, Ərizəçi Bakı Baş Tikinti İdarəsinin *6 saylı idarəsində həmin illərdə qaynaqçı işləməsi bütün əldə edilməsi mümkün sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 2*7.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qismən təmin edilməli, Ərizəçi 07.*98*-0*.2002-ci illərdə BBTİ *6 saylıTikinti İdarəsində qaynaqçı işləməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi 07.*98*-0*.2002-ci illərdə BBTİ *6 saylı Tikinti İdarəsində qaynaqçı işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar