Məhkəmə qərarları › İş №2(010)-3944/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3944/2021

26.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3944/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçılar X1 və İddiaçı2 vəkili və nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, Süleymanova Səbı̇ nə Səxavətovnanın Cavabdeh1 Nı̇ kolayevna, Cavabdeh2 və Lapşı̇ n Vladı̇ slav Aleksandrovı̇ çə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və Süleymanova Səbı̇ nə Səxavətovna cavabdehlər Cavabdeh1 Nı̇ kolayevna, Cavabdeh2 və Lapşı̇ n Vladı̇ slav Aleksandrovı̇ çə qarşı mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “ V “ yaşayış sahəsi, 21 saylı evin 14 saylı mənzilində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3m yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1, Süleymanova Səbı̇ nə Səxavətovnanın Cavabdeh1 Nı̇ kolayevna, Cavabdeh2 və Lapşı̇ n Vladı̇ slav Aleksandrovı̇ çə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi üzrə icraata Lapşı̇ n Vladı̇ slav Aleksandrovı̇ çə münasibətdə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarının 2-ci bəndindən müəyyən olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi, iddiaçının tələbi ərizə inzibati orqan ilə bağlı olduğundan, iddiaçı həmin orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.1–ci maddələrinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə- iş üzrə icraata xitam verilir. Eyni zamanda məhkəmə qeyd etməyi lazım bilir ki, İddiaçı1 və İddiaçı2 Lapşı̇ n Vladı̇ slav Aleksandrovı̇ çi qeydiyyatdan çıxarılması üçün Suraxanı rayon Polis İdarəsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: iddiaçılar İddiaçı1, Süleymanova Səbı̇ nə Səxavətovnanın Cavabdeh1 Nı̇ kolayevna, Cavabdeh2 və Lapşı̇ n Vladı̇ slav Aleksandrovı̇ çə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi üzrə icraata Lapşı̇ n Vladı̇ slav Aleksandrovı̇ çə münasibətdə icraata xitam verilsin. İddiaçı1 və Süleymanova Səbı̇ nə Səxavətovnaya qeydiyyatdan çıxarılma tələbi ilə Suraxanı rayon Polis İdarəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar