Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-396/2021 27.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı Nəsrulla oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərək xüsusi paylı mülkiyyətində olan və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Balahüseyn Mirqəzəb küçəsi, ev 4 ünvanında yerləşən mənzilə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən İddiaçı ərizə ilə məhkəməyə müraciət edib iddia tələbinin həcmini azaldaraq cavabdeh Rüstəmzadə (Əsgərov) İbrahim Seyidağa oğlunun ona məxsus olan ünvan 1 ünvannıda yerləşən mənzildə istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Balahüseyn Mirqəzəb küçəsi ev 14 ünvanında yerləşən mənzil xüsusi paylı mülkiyyət hüququ ilə ona məxsusdur. Adıçəkilən mənzili xx.xx.2012-ci il tarixində Cavabdeh2 almışdır. Alqı-satqı prosesi 14 saylı notariat kontorunda həyata keçirilmişdir. Müqavilə bağlanarkən cavabdeh müqavilənin tələblərinə əsasən üçüncü şəxslərin hüquqlarından azad mənzili vermək və xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmaq öhdəliyini üzərinə götürmüşdür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəməyə məlum olan ünvan üzrə məlumat verilmiş, lakin cavabdeh məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli AN-l seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, satıcı Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Balahüseyn Mirqəzəb oğlu küçəsində istifadədə olan 0.0104 ha torpaq sahəsində yerləşən,ümumi sahəsi 79.4 kv/m olan 4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 2/3 hissə payını alıcı İddiaçı mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Balahüseyn Mirqəzəb oğlu küçəsi ev 4 2/3 hissədə mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilən X3 tərəfindən notariat orqanına verilmiş yazılı ərizədən görünür ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Balahüseyn Mirqəzəb oğlu küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin atası Cavabdeh2 məxsus 2/3 hissəsinin satılmasına razılıq vermişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı cavabdehin atası arasında sözügedən mənzillə bağlı alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh notarial qaydada ərizə ilə həmin evin atasına məxsus hissəsinə olan istifadə hüququndan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”-nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, eləcə də tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddia tələbi təmin edilməli, cavabdehin iddiaçıya məxsus daşınmaz əmlaka istifadə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı xüsusi paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən cavabdeh X1 istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-396/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-396/2021
27.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver