Məhkəmə qərarları › İş №2(010)-3960/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3960/2025

25.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3960/2025 25.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X* iclas kаtibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi və Cavabdeh9na qarşı alğı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilərək ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi və Cavabdeh9na qarşı alğı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilərək ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair məhkəməyə müraciət edərək, ünvan ünvanında yerləşən 0.072* ha torpaq sahəsinə dair “Yelkən” b/y tərəfindən Cavabdeh2 adına verilmiş üzvlük kitabçasının, xx.xx.2000-ci il tarixli, 02 nömrəli protokoldan çıxarışın, bağ sahəsinin yerləşmə planının, ləğv edilmiş DTXK tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün, eləcə də Cavabdeh2 həmin bağ sahəsinin həyat yoldaşı Cavabdeh3 adına qeydiyyata alınmasına dair etiraz olmadığı barədə notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında 04.*0.2008-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmış çıxarışın, həmin çıxarış əsasında Cavabdeh3 ilə Cavabdeh6 arasında Bakı şəhəri 35 saylı notariat kontorunda 04.**.2008-ci il tarixdə təsdiq edilmiş 4-Ə-3-3*9 reyestr nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinin, Cavabdeh6 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDXR-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş *6.*2.20*5-ci il tarixli çıxarışın, həmin çıxarış əsasında Cavabdeh6 ilə Cavabdeh7 arasında 300 kv.metr torpaq sahəsinə dair Bakı şəhəri 35 saylı notariat kontorunda bağlanmış 2*.06.2024-cü il tarixli, 4Ə-227 reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsinin, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh7 adına verilmiş çıxarışın, 0.043* ha torpaq sahəsinə dair Cavabdeh6 adına verilmiş çıxarışın və həmin çıxarış əsasında 35 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh6 ilə Cavabdeh5 arasında *8.0*.2025-ci il tarixli, 4Ə-2* reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh5 adına verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, sözügedən torpaq sahəsindən cavabdehlər Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 çıxarılması, onlar tərəfindən aparılmış tikinti işləri sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmaqla boşaldılaraq iddiaçıya təhvil verilməsi və torpaq sahəsindən istifadəyə dair cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin geri qaytarılması barədə vəsatət İddiaçının nümayəndəsi (vəkili) Vəkil* “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı və onun nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh7 nümayəndəsi (vəkili) Vəkil3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə **4. Dövlət rüsumunun qaytarılması **4.*. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: **4.*.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə *70. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması. *70.*. Bu Məcəllənin 254, 255, 26*.0.*—26*.0.3 və 26*.0.6—26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. *70.3. Bu Məcəllənin *70.*-ci və *70.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3* mart 20**-ci il tarixli qərarı Bənd 2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.* - 259.0.*0, 259.0.*2 və 259.0.*3-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin *70-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə diqqətə çatdırır ki, mülki mühakimə icraatı haqqında qanunvericilikdə iddia ərizəsinin geri qaytarılması barədə ərizə verilməklə işi yekun məhkəmə aktı qəbul edilmədən sonlandırmaq hüququ birbaşa iddiaçıya aid edilmiş və bu hüququn 3 mərhələdə tətbiqi imkanı nəzərdə tutulmuşdur: *) iddia ərizəsinin icraata qəbulu haqqında qərardadın qəbul edilməsinədək (AR MPM *52.*.9); 2) işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək (AR MPM *70.*) və 3) məhkəmə baxışı zamanı (AR MPM 259.0.**). Lakin, o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Baxılan iş üzrə isə iddiaçı tərəfindən vicdanlılığın pozulması faktı aşkar edilmir. O da nəzərə alınmalıdır ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3* mart 20**-ci il tarixli qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.* - 259.0.*0, 259.0.*2 və 259.0.*3-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin *70-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd edilən hüquqi mövqelərdən aydın olur ki, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddia ərizəsini geri götürmək iddiaçının prosessual qanunvericiliklə müəyyən edilmiş hüququdur və bu hüququn realizəsi zamanı cavabdehin tərəfin buna dair razılığı tələb edilmir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələbinə əsasən ödənilmiş *00 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, *708498608 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *70.*-*70.3, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi və Cavabdeh9na qarşı alğı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilərək ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, *708498608 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar