Məhkəmə qərarları › İş №2(010)-3969/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3969/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3969/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 11 saylı evin, 32 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 11 saylı evin, 32 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun bacısıdır. xx xxxx 1971-ci il təvəllüdlüdür. Cavabdeh 1980-ci ildən ruhi xəstəxanalarda uçota götürülüb müalicə olunmuşdur. Lakin 1991-ci ildən onun xəstəliyi ağırlaşmış, o yaxınında olan insanlara hücumlar etməyə başlamışdır. 2006-cı ildə anasına qarşı taxta və digər alətlərlə hücum edərək ölümcül vəziyyətə salmış, ağır xəsarətlər yetirmişdir. Həmin vaxtı mənzilə gələn həkim briqadası onun bu hərkətlərini sənədləşdirərək aparmış və o, 2006-cı ildən 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilmişdir. Xəstəxana onun qəyyumudur. Cavabdehin mənzildə qeydiyyatda qalması səbəbindən iddiaçı cavabdehə görə kommunal xərcləri də ödəmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, bacısı Cavabdeh 2006-cı ildən 1 saylı Psixiatrik Xəstəxanada stasionar müalicə almaqla ona məxsus mənzildə yaşamır. Buna baxmayaraq, evdə formal olaraq qeydiyyatda qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclаsının keçirilməsi vаxtı və yeri bаrədə rəsmi qаydаdа bildiriş göndərilsə də оnun faktiki olduğu yer məlum olmadığından məhkəmə onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını (Respublika Psixiatriya Xəstəxanası) məlumatlandırmış, müvafiq orqanın cavabı məhkəməyə daxil olmuşdur. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddiaçının izahatını dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, mənzil 32 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası “ X3 xx.xx.2020-ci il tarixli 6525 saylı məktubundan görünür ki, 1971-ci il təvəllüdlü Cavabdeh xx.xx.2006-cı il tarixdən yuxarıda göstərilən xəstəxanada müalicədədir. Həmin vaxtdan xəstənin psixi vəziyyəti ilə əlaqədar mütəmadi müalicəsi davam edir. Vaxtaşırı kobud, aqressiv və dalaşqandır. Ağıl zəifliyi əlamətləri üstündür, davranış pozuntuları vardır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 11 saylı evin, 32 saylı mənzil mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh psixi vəziyyəti ilə əlaqədar xx.xx.2006-cı il tarixdən Respublika Psixatriya Xəstəxanasında stasionar müalicə alır. Yəni cavabdeh 2006-cı il tarixdən iddiaçının mülkiyyətində olan mənzildə yaşamır, faktiki olaraq yaşamaq üçün başqa ünvana köçmüşdür. Lakin cavabdeh yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə hesab edir ki, bu hal iddiaçının mülkiyyət hüququnu və yaşayış yeri üzrə qeydiyyat haqqında qanunvericiliyin tələblərini pozur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur». Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən «Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın». «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, Cavabdeh 2006-cı ildən bəri stationar psixi müalicə alır və 14 ildən çoxdur ki, faktiki olaraq bu xəstəxanada yaşayır. Odur ki, həmin xəstəxana artıq onun yaşayır yeridir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2006-ci ildən xəstəxanada stasionar psixi müalicə almaqla orada yaşadığından onun İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 11 saylı evin, 32 saylı mənzilinə olan istifadə hüququ itirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev 11 ünvanında yerləşən 32 saylı mənzildən istifadə hüququ itirilsin. Qətnamə Cavabdeh ünvan 1 ünvanında yerləşən 32 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar