Məhkəmə qərarları › İş №2(010)-397/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-397/2022

02.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-397/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı4 Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, Ağayev Etı̇ ran İlham oğlunun, Hüseynova Ramı̇ də İlham qızının, İddiaçı4 cavabdeh Baki şəhərı̇ 37 sayli Dövlət Notarı̇ at Kontoruna və X7 qarşı buraxılmış müddətin bərpa olunması və miras payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, Ağayev Etı̇ ran İlham oğlunun, Hüseynova Ramı̇ də İlham qızının, İddiaçı4 cavabdeh Baki şəhərı̇ 37 sayli Dövlət Notarı̇ at Kontoruna qarşı iddia əizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin 1/6 hissəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müddətin bərpa edilməsi və X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 2-ci Bül-Bülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin 1/6 hissəsinə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X31 03.11.2020-ci il tarixdə ölmüşdür. Nənəlari öldükdən sonra Bakı şəhəri 10 saylı Notariat ofisinə ünvan 1 ünvanında yerləşən yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə müraciət olunmuş və verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında çıxarış əldə edilmişdir. Bildirilir ki, onlar ünvan 1 ünvanında yerləşən yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün 2003-cü ildə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət edildiyini nənələri rəhmətə getdikdən sonra Bakı şəhəri 10 saylı Notariat Ofisində vərəsəlik işi açıldığı zaman öyrənmişlər. Həmin vaxta qədər ünvan 1 ünvanında yerləşən yaşayış evinin tam mülkiyyət payı ilə nənələrinə məxsus olduğunu zənn edirdilər. Rəhmətlik atalarının 2003cü ildə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət edildiyi barədə məlumatı olmamış və həmin Notariat Kontoruna çağırılmamışdır. Yalnız nənələri öldükdən sonra Bakı şəhəri 10 saylı Notariat Ofisində vərəsəlik işi açıldığı vaxt 2003-cü ildə Bakı şəhəri 37 saylı Notariat kontorunda da vərəsəlik işinin açıldığı onlara məlum olmuşdur. Bundan sonra onlar mərhum atalarına çatası paya onun vərəsəsi olmaqları və həmin paya dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət etmişlər. Lakin notarius tərəfindən onlara qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina olunmuş, müddətin bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Göründüyü kimi rəhmətlik ataları X22 və rəhmətlik bibiləri X14 miras paylarını almadıqlarına görə 2/6 hissədə miras payı açıq qalmış, yəni həmin hissə mərhum babaları X3 adında qalmışdır. Çünki həmin 2/6 pay rəhmətlik atam X22 və rəhmətlik bibiləri X14 üçün saxlanılmışdır. Belə ki, onlardan başqa digər vərəsələr miras paylarını almışlar. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, ərizədə qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 da iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin Bakı İstintaq təcridxanasında saxlanılan İddiaçı1 işə onun iştirakı olmadan baxılmasına etiraz etməmiş, cavabdehlər 37 Dövlət notariat kontorunun nümayəndəsi və X15 isə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələbləri baxımından işə məhkəmə iclasında iştirak etməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iş üzrə ədalətli məhkəmə aktının qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 və X9 arasında 10.12.1980-ci il tarixdə nikah bağlanmışdır. - AZ-İ № 349281 nömrəli ölüm haqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X23 23.09.2009-cu ildə vəfat etmişdir. - AZ-İİ № 118444 nömrəli ölüm haqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X31 03.11.2020-ci ildə vəfat etmişdir. - İş materiallarında olan AR DƏDRX tərəfindən verilən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə X20 3/24 hissədə açıq qalan pay, X10 1/6 hissədə, X11 1/6 hissədə, X2 2/6 hissədə, X5 1/6 hissədə və İddiaçı1 1/24 hissədə pay hüququ müəyyən edilmişdir. -İş materiallarında olan 06.11.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvavnında yerləşən fərdi yaşayış evinə X11 1/7 hissədə, X20 1/7 hissədə, X4 1/7 hissədə, X10 1/7 hissədə, X5 1/7 hissədə və X2 adına 2/7 hissədə pay açıq qalmışdır. - Bakı şəhərı̇ 37 saylı Dövlət Notarı̇ at Kontoru tərəfindən Ağayev Etı̇ ran İlham oğluna, Hüseynova Ramı̇ də İlham qızına və İddiaçı4 ünvanlanmış məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən onlara pay olaraq çatması nəzərdə tutulan hissəyə (1/7) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı mirası rəsmi qaydada qəbul etmək üçün qanunvericilikdə müəyyən olunmuş 6 aylıq müddət keçdiyindən şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(010)-4701/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər X16, X17, X18, X21, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “miras əmlakın onun mülkiyyəti hesab edilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxslər (cavabdehlər) İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiaçı X8 qarşı “miras əmlakın onların mülkiyyətinə verilməsi” tələbinə dair iddiaları təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evi X6 məxsus olmuş və o 11.08.1996-cı il tarixdə vəfat etmişdir. Miras açıldıqdan sonra birinci dərəcəli vərəsələrdən X31, X12, X24, X15 və X25 2003-cü ilin sentyabr ayında ərizə ilə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət etmiş və notariat kontorunda vərəsəlik işi açılaraq onların hər birinə miras əmlaka dair 1/7 hissədə pay verilmişdir. Həmin dövrədək, vərəsələrdən X19 29 sentyabr 2002ci ildə, X26 isə 05 mart 2003-cü ildə vəfat etmişlər. Digər vərəsələrdən X22 və X14 vərəsəliyə cağrılmamışlar və mirası faktiki qəbul etməmişlər. Tərəflərin izahatından müəyyən olunmuşdur ki, vərəsə X22 1993-cü ildən həmin evdən ailəsi ilə birgə köçüb getmiş və atasının vəfatından sonra mübahisəli fərdi yaşayış evində yaşamamış, mirası nə faktiki, nə də notariat orqanına rəsmi qaydada müraciət edərək qəbul etməmişdir. MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçılar mərhum X13 birinci dərəcəli qohumlarıdırlar. Tləbin əsaslandırması ondan ibarətdir ki, mərhum İ.Ağayeva atasından miras payı qalmış, lakin o, 2003-cü ildə vərəsəlik açılarkən məlumatsız olduğuna görə payını qəbul etməmişdir. 2020-ci ildə nənələrinin ölümündən sonra bu hal aşkarlanmış, hazırda mərhum ataları mərhum babalarının birinci növbəli vərəsəsi olduğuna görə atalarına aid miras payı onlara verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.2.-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan respublikası konstitusiya məhkəməsi plenumunun 24 fevral 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Hazırkı işdə mübahisəli miras əmlak üzrə 2003-cü ildə vərəsəlik işi açılmış, o zaman mərhum İlham Ağayev vərəsə kimi müraciət etməmiş, beləliklə də qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür və vərəsəlik işi açılandan xeyli sonra, yəni 2019-cu ildə vəfat etmişdir. Maddi hüquq normasının məzmunundan və Konstitusiya Məhkəməsinin Plenum qərarında əks olunan şərhdən göründüyü kimi, vərəsənin irsi transmissiya qaydasında miras payı almaq hüququ, onun miras qoyanının miras açıldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədən ölməsi halında yaranır. Qanunverici irsi transmissiya üzrə hüququn yaranması müddətini mirasın qəbulu müddəti ilə məhdudlaşdırmışdır. Hazırkı işdə bu hal mövcud deyildir. Ona görə də, məhkəmə iddianı əsaslı saymır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1, Ağayev Etı̇ ran İlham oğlunun, Hüseynova Ramı̇ də İlham qızının, İddiaçı4 cavabdeh Baki şəhərı̇ 37 saylı Dövlət Notarı̇ at Kontoruna və X7 qarşı buraxılmış müddətin bərpa olunması və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar