Məhkəmə qərarları › İş №2(010)-3976/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3976/2022

11.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3976/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X*6 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbi. *. Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.*976-cı ildə Ermənistan SSR, Noyanberyan rayonu, Baqrataşen kəndində doğulmağı, atasının X5, anasının X3, milliyəyinin azərbaycanlı olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları.

2. İş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumtlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.*976cı ildə Ermənistan Respublikasının, Noyanberyan rayonu, Baqrataşen kəndində doğulmuş, lakin Azərbaycana gəldikdə doğum haqqında şəhadətnaməsini itirmişdir. Mərhum anasından qalan mirası qəbul etmək üçün notariat orqanına müraciət etdikdə, notariat orqanı qohumluq faktını təsdiq edən doğum haqqında şəhadətnaməni tələb edir. O isə şəhadətnaməni itirdiyi üçün notariat orqanına təqdim edə və mirası qəbul edə bilmir. Qeydiyyat şöbəsinə müraciət etdikdə isə məlumatlar tapılmadığı üçün akt qeydini bərpa edib, yeni şəhadətnamə verilə bilmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında bildirdi ki, Vüqar onun qardaşıdır. Onların ataları X5 *989-cu ildə, anaları X3 isə 2020-ci ildə vəfat etmişdir. Valideynlərinin nikah haqqında şəhadətnamələrində onların adı düzgün göstərilmişdir. Sadəcə olaraq analarının ölüm haqqında şəhadətnaməsində analarının ata adı texniki səhv olaraq “Soyun” kimi qeyd olunmuşdur.

İş materialları.

5. 23 mart *976-cı il tarixdə verilmiş İİ-СЛ seriyalı *3*903 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx *976-cı il tarixdə Ermənistan Respublikası, Noyemberyan rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında *976-cı ilin mart ayının 23-cü günündə qeydiyyat aparılmışdır. X*, anası X2r.

6. ASAN 4 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AA seriyalı ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx *976-cı ildə Ermənistan Respublikası, Noyemberyan rayonunda doğulmuşdur.

7. Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 679-05/25 №-li məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşliq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nı müəyyən edən *4-cü bəndə uyğun olaraq VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilir.

8. Ermənistan Respublikası Noyemberyan rayon Qeydiyyat şöbəsi tərəfindən 25 aprel *977-ci il tarixdə verilmiş İ-СЛ seriyalı 3377*3 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 arasında 2* dekabr *960-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikah haqqında akt qeydləri kitabında *960-cı ilin dekabr ayının 2*-ci günündə 33 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra kişiyə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir.

9. ASAN 4 tərəfindən 24.**.20*6-cı il tarixdə verilmiş AZE seriyalı *7079393 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 22.09.*966-cı ildə Ermənistan Respublikası, Noyemberyan rayonunda doğulmuşdur. *0. *6 oktyabr *969-cu il tarixdə verilmiş İ-ЗЖ seriyalı 02827* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22 sentyabr *966-cı il tarixdə Ermənistan Respublikası, Noyemberyan rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında *966-cı ilin oktyabr ayının *9-cu günündə *46 nömrə ilə qeydiyyat aparılmışdır. X*, anası X2r. **. 25 aprel *977-ci il tarixdə verilmiş İİ-СЛ seriyalı 228906 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 mart *964-cü il tarixdə Ermənistan Respublikası, Noyemberyan rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında *964-cü ilin aprel ayının *6-cı günündə 40 nömrə ilə qeydiyyat aparılmışdır. X*, anası X2r. *2. Bakı şəhəri Sabunçu rayon (əvvəlki Lenin rayonu) Qeydiyyat şöbəsi tərəfindən 26 fevral *990-cı il tarixdə verilmiş İV-ЖГ seriyalı 25248* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 fevral *990-cı ildə ölümşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *990-cı ilin fevral ayının 26-cı günündə *00 nömrə ilə qeydiyyat aparılmışdır. *3. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən *4 iyul 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 094400 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 27 iyun 2020-ci ildə ölümşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin iyul ayının *4-cü günündə 8*8 nömrə ilə qeydiyyat aparılmışdır.

İşin faktiki halları.

*4. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Ərizəçi xx xxxx *976-cı il tarixdə Ermənistan Respublikası, Noyemberyan rayonu, Baqrataşen kəndində doğulmuşdur. X*, anası X2r. Sadəcə olaraq ərizəçi Ermənistan Respublikasından Azərbaycan Respublikasına gələn zaman ona məxsus doğum haqqında şəhadətnaməni itirmiş və həmin qeydlər mövcud olmadığından hazırda qeydlərin bərpası mümkün olmur. Tətbiq edilən hüquq.

*5. Azərbaycan Respublikası Ailə Məcəlləsi.

Maddə *62. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası. *62.*. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. *62.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*7. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarı.

4. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi. *8. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qeyd olunanlarla əsaslandırır. *9. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirilmişdir.

20. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Bu səbəbdən ərizə haqlı olaraq məhkəməyə müraciət etmişdir və ərizəsi əsaslıdır. Beləliklı, Ərizəçi xx xxxx *976-cı ildə Ermənistan Respublikası (Ermənistan SSR), Noyemberyan rayonu, Baqrataşen kəndində doğulması, atasının X5, anasının X3, milliyətinin azərbaycanlı olması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir.

Məhkəmə xərcləri.

2*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx *976-cı ildə Ermənistan Respublikası (Ermənistan SSR), Noyemberyan rayonu, Baqrataşen kəndində doğulması haqqında akt qeydi bərpa edilməli, Ərizəçi doğum haqqında akt qeydiyyatının ata qrafasında X5, ana qrafasında X3, milliyyəti qrafasında azərbaycanlı yazılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 3**-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi xx xxxx *976-cı ildə Ermənistan Respublikası (Ermənistan SSR), Noyemberyan rayonu, Baqrataşen kəndində doğulması haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında akt qeydiyyatının ata qrafasında X5, ana qrafasında X3, milliyyəti qrafasında azərbaycanlı yazılsın. Qətnamə Ərizəçi xx xxxx *976-cı ildə Ermənistan Respublikası (Ermənistan SSR), Noyemberyan rayonu, Baqrataşen kəndində doğulması akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar