Məhkəmə qərarları › İş №2(010)-3978/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3978/2023

28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3978/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Әrizəçi Әrizəçi iştirakı ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi) “mirasın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzrlü sayılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi Әrizəçi Әrizəçi mərhum dayısı X4 miras qalmış Azərbaycan Respublikasının Әmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndində nəzərdə tutulan 3 aylıq əmək haqqının az 3 misli məbləğində pulun ərizəçiyə miras kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması. İddia tələbinin dəlilləri Әrizəçi Әrizəçi mərhum dayısı (anasının qardaşı) X8 xx.xx.2022-ci ildə vəfat etmişdir. O, vəfat edənə qədər N nömrəli hərbi hissədə N nömrəli istehsalat sexində 6-cı dərəcəli radiomexanik işləmişdir. Azərbaycan Respublikası Әmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin e bəndinə əsasən işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə əmək müqaviləsinə xitam verilir. Həmin Məcəllənin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Belə olan halda ӘM-nin 77ci maddəsinin 7-ci bəndində nəzərdə tutulan və aylıq əmək haqqının ən azı 3 misli ərizəçiyə ödənilməlidir. Belə ki, ərizəçinın qardaşı X10 və bacısı X11 dayısının vərəsələridir, lakin qardaşı X10 və bacısı X11 miras əmlakdan imtina etmələri barədə 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisində imtina etmişlər. Әrizəçinin dayısı ailəli olmamışdır, onun övladları yoxdur, dayısının bacısı olan ərizəçinin anası, habelə dayısının valideynləri – ərizəçinin babası və nənəsi də vəfat etmişlər ki, bu məsələ notarius tərəfindən müəyyən edilmişdir. Onların valideynləri vəfat etdikdən sonra dayısı onların qəyyumu olmuşdur, onları böyütmüş, qayğılarına qalmışdır. Әrizəçi dayısının yeganə varisi kimi vərəsəlik hüququ haqqında şəhadətnamə üçün müraciət etdikdə varislərin dairəsi müəyyənləşdirildi, məlum olanda ki, yeganə varis ərizəçidir, o zaman 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin notarius S.Həbibbəyli bildirdi ki, ərizəçi mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməlidir. Belə ki, ərizəçi tərəfindən mirasın qəbulu müddəti 6 ay buraxılmış, lakin bunun səbəbi dayısının vərəsəsi olan qardaşı X9 Azərbaycanda olmaması, xarici ölkədə olması olmuşdur. Әrizəçiyə miras əmlak haqqında şəhadətnamə verilməsi üçün qardaşının və bacısının razılığı tələb olunurdu, qardaşı Azərbaycana xx.xx.2023-cü ildə gəlmiş və Azərbaycana gəldikdən sonra isə o, mirasdan imtina haqqında xx.xx.2023-cü ildə notariat qaydasında təsdiq edilmiş ərizə vermişdir. Әrizəçi dayısı ilə bir ünvanda - bir evdə yaşamışdır, hazırda da orda qeydiyyatdadır, dayısı xəstə olanda da ona ərizəçi baxmış, qulluq etmişdir. Hazırda dayısı ilə birlikdə yaşadığı evdə yaşayır. Ondan qalmış evə ərizəçi özü baxır və kommunal xərcləri ödəyir, evdəki əşyaları miras əmlak kimi qəbul etmişdir. Uşaq vaxtı valideynlərini itirdiyi üçün dayısının ölümü ərizəçiyə böyük zərbə olmuşdur. Belə ki, ondan başqa ərizəçinin böyüyü yoxdur, cavan, təcrübəsiz olması, hüquqi savadının olmaması, habelə qardaşının Azərbaycanda olmaması mirası qəbul etmək üçün nəzərdə tutulmuş müddəti 6 ay buraxmasına səbəb olmuşdur. Gecikdirilmiş müddətin uzadılması üçün ərizəçi cavabdehə müraciət etsə də, müddətin uzadılmasından imtina olunmuşdur. Hesab edir ki, dayısından miras qalan əmlaka - onun 3 aylıq əmək haqqı məbləğində müavinətinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün nəzərdə tutulmuş müddət yuxarıda qeyd etdiyi əsaslara istinad edilməklə üzrü hesab edilməli və uzadılmalıdır. İzahatlar Məhkəmə iclasında dindirilən ərizəçi Әrizəçi ərizəsini müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iclasa gəlməyən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.1951-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1951-ci ildə Krım Respublikası Kuybşev rayonu, Qolubinski kəndində anadan olmuş və valideynləri X12 ilə X2. xx.xx.1953-cü ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 6.Xİ.1953-cü ildə RSPSR Krım vilayəti Kuybişev rayonu, Qolubinski kəndində anadan olmuş, valideynləri X12 və X2. xx.xx.1986-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Әrizəçi xx.xx.1986-cı ildə Bakı şəhərinin Orcanikidze rayonunda anadan olmuş, valideynləri X13 və X6. xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2022-ci ildə ölmüşdür. 4 saylı Bakı «Asan xidmət» Mərkəzində Notariat Ofisinin 365 saylı xx.xx.2023-cü il tarixli Әrizəçi ünvanladığı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 adına V-l 00/2023 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. AR MM 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Әmək kitabçasından görünür ki, 1953-cü il təvəllüdlü X8 adına radiomexanik vəzifəsi üzrə xx.xx.1976-cı ildə əmək kitabçası tərtib edilmişdir. X8 xx.xx.2016-cı il tarixdə N nömrəli hərbi hissəsinə əmək haqqı ştat cədvəlinə uyğun olaraq N nömrəli İstehsalat sexinə 6-cı dərəcəli radiomexanik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci ildə N nömrəli hərbi hissədən Әmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "e" bəndinə əsasən (işçi vəfat etdikdə) əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. X9 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci ildə ölmüş dayısı X3 irs qalmış (yaşayış evi, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın özünə çatası hissəsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. X7 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci ildə ölmüş dayısı X3 irs qalmış (yaşayış evi, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın özünə çatası hissəsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Әmək Məcəlləsi: 77.7. Әmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Әmək müqaviləsinə bu Məcəllənin 68ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Әrizəçi mərhum X4 bacısının qızıdır. X8 xx.xx.2022-ci ildə ölmüşdür. Hazırki iş üzrə ərizəçi Әrizəçi məhkəməyə müraciət edərək mərhum dayısı X1mış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Әrizəçi ərizəsini onunla əsaslandırır ki, o, ölmüş dayısının vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Әmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndində nəzərdə tutulan müavinətin alınması üçün vərəsə qismində tanınması üçün notariusa müraciət etmiş, lakin o, mirasın qəbulü üçün nəzərdə tutulmuş müddəti ötürdüyü üçün ona şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 adına V-l 00/2023 saylı vərəsəlik işi açılmışdır. Әrizəçiyə bildirilmişdir ki, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyindən AR MM 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Әrizəçiyə mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün ilk növbədə, vərəsəlik hüququnun ümumi müddəaları, qanun üzrə vərəsəlik, mirasın qəbul edilməsi anlayışları ilə bağlı Azərbaycan Respublikasının yuxarıda adı çəkilən qanunvericilik normaları nəzərdən keçirilməlidir. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi müəyyən edilmişdir. Hazırkı işdə mərhum X8 ölümündən əvvəl mülkiyyətində olan əmlakla bağlı heç bir vəsiyyətnamə tərtib etmədiyindən ondan qalmış miras əmlakla bağlı yalnız qanun üzrə vərəsəlik qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə görə ikinci növbədə ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. X8 xx.xx.2022-ci il tarixdə öldüyündən ondan qalmış miras əmlakın açıldığı tarix həmin tarixdir. Belə olan halda Әrizəçi qanunla müəyyən edilmiş mirasın qəbulu müddətini ötürdüyü aşkardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə iclasında izahat verən Әrizəçi özü də qanunla müəyyən edilmiş müddəti ötürdüyünü etiraf etmiş, lakin bu gecikmənin üzrlü səbəblərdən – bərabər pay hüquqlu qardaşı X9 xarici ölkədə olması və Respublikaya gələ bilməməsi və buna görə də mirasın onun tərəfindən qəbul edilməsi üçün qardaşının mirasdan imtina ərizəsini əldə edə bilməməsi səbəbindən notariusa müraciət etməməsi ilə izah etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunur ki, ərizəçinin qardaşı X10 xx.xx.2022-ci il tarixində ölkəni tərk etmiş, xx.xx.2023-cü il ölkəyə geri qayıtmışdır. Elə həmin ay Әrizəçi mirasın qəbulu üçün müvafiq quruma müraciət etmişdir. Qeyd edilməlidir ki, qanunvericiliklə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin məhkəmə tərəfindən uzadılması nəzərdə tutulsa da bu uzatma yalnız məhkəmənin üzrlü saydığı hallarla məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Hazırkı iş üzrə Әrizəçi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürməsinin səbəbi məhkəmə tərəfindən üzrlü səbəb kimi qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi Әrizəçi mərhum dayısı X1mış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü hesab edilməsi ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi Әrizəçi mərhum dayısı X1mış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Әrizəçi Әrizəçi mərhum dayısı X1mış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar