Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3996/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi olmaqla doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 15.09.2001-ci ildə anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, o, 1999-cu ildə X4 ilə qeyri-rəsmi nikah münasibətinə daxil olmuş və onların birgə yaşayış dövründə 15.09.2001-ci ildə X7 doğulmuşdur. Onlar uzun müddət bir yerdə yaşamışlar. Lakin qızı doğulan zaman ev şəraitində doğulduğundan uzun müddət övladının “Doğum haqqında” şəhadətnaməsini ala bilməmişlər. Belə ki, qızı X5 “Doğum haqqında” şəhadətnaməsini və şəxsiyyət vəsiqəsinin alınması üçün Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinə və Suraxanı Rayon Polis İdarəsinə müraciət etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Qızının 20 yaşı olmasına baxmayaraq, lakin bu vaxta kimi onun ilkin vətəndaşlıq sənədlərinin təmin edilməsi mümkün olmamışdır. X2 doğum faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə 1993-cü ildən qonşudur. Ərizəçi 2001-ci ildə bir qızı doğulmuşdur. Həmin dövrdə Ərizəçi heyvan saxlamış və Reyhan qızını həmin heyvanların saxlanıldığı tövlədə dünyaya gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, 1993-cü ildən Hövsan qəsəbəsində yaşayır. Ərizəçi ilə qonşudurlar. Ərizəçi işlədiyi və yaşadığı fermada 2001-ci ildə bir qızı dünyaya gəlmişdir. Özü 1993-1994-cü ildən Hövsanda fermada yaşayır. O, eşitmişdir ki, Ərizəçi fermada bir qızı doğulmuşdur. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilən: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə doğulmuşdur. - Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 10.06.2021-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, sonuncunun 15.09.2001-ci il tarixdə evdə doğulmuş qızının doğumunun qeydə alınması ilə bağlı 09.06.2021-ci il tarixli müracətinə baxılmışdır. “X1” Sisteminə 10.06.2021-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən 15.09.2001-ci il tarixdə doğulmuş qızının barəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün müvafiq sənədlər təqdim edilməlidir. Həmin sənədləri təqdim etmədiyindən ərizənin Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən icra olunması mümkün deyildir. Hüquqi əhəmiyyətli olan faktı müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini məsləhət görülmüşdür. - X3 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, 15.09.2001-ci ildə doğulmuş X5 bioloji atasıdır. X5 “Doğum haqqında” şəhadətnaməsinin verilməsində, “Doğum haqqında” şəhadətnaməsində ata qrafasında onun ad və soyadının qeyd edilməsini və digər sənədlərinin veilməsində və sənədləşməsində köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Hazırkı işdə tərəflərin izahatlarından və işin hallarından məlum olur ki, X7 barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ümumiyyətlə aparılmamışdır. Ona görə də, məhkəmə hazırkı iş üzrə hüquqi nəticəyə gələrkən Mülki-Prosessual Məcəllənin 307.2.3cü maddəsinə yox, 307.2.11-ci maddəsinə istinad edir. MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü maddələrinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nigah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydaların 2.6-cı maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Odur ki, ərizə təmin edilməli, X5 15 sentyabr 2001-ci ildə Bakı şəhərində Ərizəçi doğulması faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 15 sentyabr 2001-ci ildə Bakı şəhərində Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3996/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3996/2021
30.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver