Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4021/2022 20.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X*3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum yoldaşı X3 08.02.*972-ci il tarixdə vəfat etmiş atası Ağaəmi İbrahim oğlundan qalmış mirası – ünvan 6 saylı evi qəbul etməsi, onun isə *9.04.20*9-cu il tarixdə vəfat etmiş mərhum yoldaşı X2 qalmış mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “X* atası X3* 08.02.*972-ci il tarixdə, yoldaşım isə *9.04.20*9-cu il tarixdə vəfat etmişdir. ünvan 4 saylı ev AR SSR Kommunal Təsərrüfat Nazirliyinin *962-ci il tarixdə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasporta əsasən qaynatama məxsus olmuşdur və onun ölümündən sonra həmin əmlak miras qalmışdır. Onun altı övladı olmuşdur: Maraqlı şəxs*, Maraqlı şəxs2, X9, yoldaşım X7, X*0 və X*6. Onun övladlarından dördü, mənim yoldaşım da daxil olmaqla vəfat etmişdir. X9 2*.02.*984-cü ildə vəfat etmiş, heç bir vərəsəsi olmamışdır. X*0 04.04.20*0-cu il tarixdə qaraciyər çatışmazlığı səbəbindən vəfat etmiş, onun yoldaşı Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 vərəsələridir. Qaynatamın digər vərəsəsi X*6 isə 20.*0.20*6-cı ildə ürəyin xroniki işemik xəstəliyi səbəbindən vəfat etmiş, onun vərəsələri isə iki övladı Maraqlı şəxs6 və Maraqlı şəxs5 olmuşlar. Əmlakın digər vərəsələri ilə aramızda heç bir əmlak mübahisəsi yoxdur. Qaynatamın vəfatından sonra X*5 və onun qardaşı Maraqlı şəxs* faktiki olaraq mirası qəbul etmiş, miras əmlakında yaşamış, onun saxlanması üçün zəruri olan hərəkətləri etmiş, miras əmlakına faktiki olaraq sahiblik etdiyini və idarə etdiyini hər kəsə şəksiz qaydada nümayiş etdirmişdir. Mirasın qəbulu üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etsəm də 2*.07.2022-ci il tarixdə notariat əməliyyatının aparılmasından imtina edilmiş, yoldaşımın atası X*7 qalmış mirası yoldaşımın qəbul etmə faktının, yoldaşımdan qalan mirası isə mənim qəbul etmə faktımın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyim izah edilmişdir. Buna görə də məcbur qalaraq məhkəməyə müraciət edirəm. Məlumat üçün bildirirəm ki, yoldaşım miras qalan əmlak – ünvan 1 ünvanında anadan olmuş, yaşamış, həmin ünvana gəlin köçmüşəm, uşaqlarım həmin evdə doğulub-böyümüşlər. Yoldaşım vəfat edənədək həmin ünvanda yaşayaraq miras əmlakını faktiki olaraq qəbul etmiş, eyni zamanda qaynım Maraqlı şəxs* da faktiki olaraq həmin ünvanda yaşamışdır. Qeyd etdiyim halları qonşular da təsdiq edə bilərlər. Eyni zamanda bildirirəm ki, iddia ərizəsinə əlavə etdiyim Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, */66 saylı arayışı da qeyd etdiyim halı sübut edir”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2*.07.2022-ci il tarixli, *437 saylı məktubdan görünür ki, Ərizəçi 08.02.*972-ci il tarixdə vəfat etmiş X2* adına onun müraciəti əsasında V-358/2022 saylı vərəsəlik işi açıldığı və 08.02.*972-ci il tarixdə vəfat etmiş ərinin atası X*7 *9.04.20*9-cu il tarixdə vəfat etmiş əri X3 mirası qəbul etmə faktı, *9.04.20*9-cu il tarixdə vəfat etmiş əri X2 onun mirası qəbul etmə faktı müəyyən edilmədiyinidən mirasın qəbul edilməsi faktı ilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
6. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, */66 saylı arayışdan görünür ki, *8.*2.*966-cı il təvəllüdlü X7 həqiqətən doğulduğu tarixdən vəfatına (*9.04.20*9) kimi ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamışdır.
7. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, */66 saylı arayışdan görünür ki, Ərizəçi nikah şəhadətnaməsinə əsasən *9.**.*994-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatsız yaşamış, 07.05.20*2-ci il tarixdən bu günə kimi daimi qeydiyyatdadır və yaşayır.
8. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən 26.*0.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 2*7074 nömrəli ölüm haqqında şəhadətnamənin (təkrar) notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3* 08.02.*972-ci il tarixdə ürək qandamar çatışmazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında *2.02.*972-ci il tarixdə 68 nömrə ilə qeyd edilmişdir.
9. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 24.04.20*9-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 0*8*07 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 *9.04.20*9-cu il tarixdə digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.04.20*9-cu il tarixdə 888 nömrə ilə qeyd edilmişdir. *0. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 27.*0.20*6-cı il tarixdə verilmiş AZ- İ seriyalı, 8422** nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X*6 20.*0.20*6-cı il tarixdə ürəyin xroniki işemik xəstəliyi səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 27.*0.20*6-cı il tarixdə *767 nömrə ilə qeyd edilmişdir. **. Bakı şəhəri Orconikidze (Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən 29.*2.*966-cı il tarixdə verilmiş AZ seriyalı, **5924* nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 *8.*2.*966-cı il tarixdə Bakı şəhəri, Orconikidze (Suraxanı) rayonunda doğulmuş, atası X3* olmuşdur. *2. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 06.07.20*0-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 384236 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X*0 04.04.20*0-cu il tarixdə qaraciyər çatışmazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.07.20*0-cu il tarixdə 605 nömrə ilə qeyd edilmişdir. *3. Bakı şəhəri Orconokidze (Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən 05.04.*984-cü il tarixdə verilmiş İİ- JQ seriyalı, 384999 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 2*.02.*984-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05.04.*984-cü il tarixdə 70/20* nömrə ilə qeyd edilmişdir. *4. Bakı şəhəri Suraxanı rayon VVAQ Şöbəsi tərəfindən *9.**.*994-cü il tarixdə verilmiş Vİ-JQ seriyalı, 442685 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 və X** arasında *9.**.*994-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 538 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir. *5. Bakı şəhəri Orconokidze rayonu Zəhmətkeş deputatları soveti tərəfindən 2*.02.*958-ci il tarixdə verilmiş icraiyyə komitəsinin qərarından çıxarışın fotosurətinin notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, vətəndaş X25 Əmircan qəsəbəsi, Mərkəzi küçə, aşağı dalan, sahə № 76 ünvanında ayrılmış torpaq sahəsi geri alınaraq (*8.**.*955-ci il tarixli protokol, № 80) ona yuxarıda göstərilən ünvanda 23x20=460 m2 ölçüsü olan 96 saylı sahənin verilməsi qərara alınmışdır. *6. 09.04.*957-ci il tarixli müqavilənin fotosurətinin notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, Orconokidze rayon Zəhmətkeş deputatları soveti icraiyyə komitəsi kommunal təsərrüfat şöbəsinin müdiri, Orconokidze rayon Zəhmətkeş deputatları soveti icraiyyə komitəsi tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərən X8 şəxsində Orconokidze rayon Zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin *8.**.*955ci il tarixli qərarına uyğun olaraq Mərkəzi aşağı küçəsində fasadla 23 metr, arxa mərz üzrə 23 metr, sağ mərz üzrə 20 metr, sol mərz üzrə 20 metr, ümumi sahəsi 446 m2 olan 76 nömrəli torpaq sahəsi müddətsiz istifadə etmək hüququ ilə bu qərara əlavə olunan planda təfərrüatı ilə göstərilən 25 m2 sahəsi olan 2 otaqlı, birmərtəbəli evin *2.02.*948-ci il tarixli, *53-2 saylı təsdiq olunmuş layihəyə tam uyğun olaraq həyət tikililəri ilə birlikdə tikilməsi üçün tikinti aparan X26 verilir. *7. Əmircan qəsəbə soveti icraiyyə komitəsi tərəfindən verilmiş 03.*2.*970-ci il tarixli, **38 nömrəli arayışın notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, Orcokidze qəsəbə Zəhmətkeş deputatları soveti icraiyyə komitəsi tərəfindən verilir ondan ötrü ki, Ağaəmi İbrahim oğlu tərəfindən *958-ci ildə tikilmiş, Neftçi küçəsi, ev 49 ünvanında yerləşən ev şəxsi mülkiyyət hüququ əsasında Ağaəmi İbrahim oğluna məxsusdur. *8. Orconikidze rayon X20 İcraiyyə komitəsinin iclasının * nömrəli protokulundan *7.09.*965-ci il tarixli çıxarışın notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, kommunal təsərrüfatın Orconikidze rayon fərdi sektorunun yaşayış evlərinin əsaslı təmiri üçün ssuda ayrılması haqqında təklifi təsdiq olunmuşdur. Ssuda rayon icraiyyə komitəsinin limiti hesabına aşağıdakı işlərin yerinə yetirilməsi üçün adları aşağıda qeyd edilmiş vətəndaşlara 300 rubl miqdarında verilsin: astar taxtapuşun dəyişdirilməsi, tirlərin dəyişdirilməsi, pəncərə və qapı yerlərinin təmiri, otağa yağlı boya vurulması. X3* – ev ünvanı: Əmircan qəsəbəsi, Neftçilər küçəsi 49 – iş yeri: “Orco-neft” NEİ neft və su vurma sexi – Azkombankın maliyyə mənbəyi – 300. *9. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid pasportun notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, X6 məxsus Neftçi küçəsi, ev 49 ünvanında yerləşən tikilinin mərtəbələr üzrə planı götürülmüş və tərtib edilmişdir.
20. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş bildiriş xəbərdarlıqdan görünür ki, Suraxanı rayonu, Əmircan kəndi, Neftçi küçəsi, ev 49, mənzil * üzrə abonent Ərizəçi işıq sərfiyyatı üçün ödəməli olduğu məbləğ *4.22 manat müəyyən edilmişdir. 2*. “Azəriqaz” İB tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş bildiriş xəbərdarlıqdan görünür ki, Əmircan-Neftçi küçəsi, ev 0, mənzil 49 ünvanı üzrə abonent Ərizəçi yekun borcu 22.80 manat təşkil edir.
22. “Azəriqaz” İB tərəfindən 24.**.2022-ci il tarixdə tərtib edilmiş bildiriş xəbərdarlıqdan görünür ki, Əmircan-Neftçi küçəsi, ev 0, mənzil 49 ünvanı üzrə abonent Ərizəçi yekun borcu *9 manat təşkil edir.
23. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş hesab fakturadan görünür ki, ünvan 3 ünvanı üzrə abonent Ərizəçi yekun ödəməli olduğu məbləğ -0.72 manat təşkil edir.
24. "xxxx" ASC tərəfindən 23.**.2022-ci il tarixdə tərtib edilmiş hesab fakturadan görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 49/F üzrə abonent Ərizəçi yekun ödəməli olduğu məbləğ 4.*8 manat təşkil edir.
Şahid ifadələri.
25. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 bildirmişdir ki, təxminən otuz ildir ki, Gülarə xanımla üzbəüz qonşudurlar. Gülarə xanım Ağaəminin gəlini olmuşdur. Onun ərinin adı Telman olmuş, gəlin köçdüyü *983-cü ildən Telmanı qonşu kimi tanımışdır. Lakin Telman bir ildən çox olar ki, rəhmətə getmiş, elə həmin evdə dünyasını dəyişmişdir.
26. Məhkəmə iclasında şahid kimi dindirilmiş X*4 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Otuz ildir ki, bir-birlərini tanıyırlar. O özü təxminən qırx ildir ki, həmin ərazidə yaşayır. Gülarə xanım Ağaəminin gəlini, Telmanın isə yoldaşı olmuşdur. Telman təxminən üç ildir ki, rəhmətə getmişdir. Onlarla qapı qonşudurlar. Telman uşaqlıqdan həmin evdə yaşamış, yoldaşı Gülarə xanım da gəlin köçdüyü vaxtdan həmişə o evdə yaşamışdır. Onların iki qızı doğulmuş, biri ailə qurmuş, digəri isə ərizəçi ilə birlikdə yaşayır.
İşin faktiki halları.
27. ünvan 4 ünvanında yerləşən ev Bakı şəhəri Orconokidze rayonu Zəhmətkeş deputatları sovetinin 2*.02.*958-ci il tarixli qərarı əsasında X3* tərəfindən tikilmişdir. X3* 08.02.*972-ci il tarixdə ölmüşdür. Onun uşaqları Maraqlı şəxs*, Maraqlı şəxs2, X9, X7, X*0 və X*6 olmuşdur. Bu şəxslərdən X9 2*.02.*984-cü il tarixdə, X*0 04.04.20*0-cu il tarixdə, X*6 20.*0.20*6-cı il tarixdə, X7 isə *9.04.20*9-cu il tarixdə ölmüşdür.
28. Ərizəçi *9.04.20*9-cu il tarixdə ölmüş X7 ilə *9.**.*994-cü il tarixdə nikaha daxil olmuşdur. Ərizəçi iddia edir ki, mərhum Telman İbrahimovla ailə qurduğu *994-cü ildən qayınatası X26 məxsus ünvan 4 ünvanında yerləşən evdə yaşamışlar. Mərhum əri Telman İbrahimov atası X2* ölümündən sonra ondan qalmış miras əmlakı – həmin evi faktiki olaraq qəbul etmiş, ölənə qədər orada yaşamışdır. Eyni zamanda, Ərizəçi özü də əri Telman İbrahimovun 20*9-cu ildə ölümünə qədər onunla birlikdə həmin ünvanda yaşamış, ərinin ölümündən sonra da həmin ünvanda yaşamağa davam edərək, ərindən qalmış miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən o, mərhum əri Telman İbrahimovun atası X*8mış mirası qəbul etməsi, özünün isə mərhum ərindən miras qalmış əmlakı qəbul etməsi faktının müəyyən edilməsi ilə bağlı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə **33. Vərəsəlik anlayışı. **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə **34. Vərəsələr. **34.*. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə **45. Mirasın açılması. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə **5*. Miras əmlak. **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə *243. Mirasın qəbul edilməsi. *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
30. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.
*0. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. *0.*. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. *0.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. 3*. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”.
99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin mövqeyi.
33. Məhkəməyə təqdim edilmiş materiallarından görünür ki, ünvan 4 ünvanında yerləşən ev müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında mərhum X3* tərəfindən tikilmiş və həmin şəxsə məxsus olmuşdur. Eyni zamanda, iş materiallarından görünür ki, Ərizəçi mərhum əri X7 atası X2* ölümündən sonra atasından miras qalmış həmin evə sahiblik etməyə və əmlakı idarə etməyə başlamaqla mirası qəbul etmişdir. Öz növbəsində Ərizəçi da əri Telman İbrahimovun 20*9-cu ildə ölümündən sonra miras qalmış evə sahiblik etməyə və əmlakı idarə etməyə başlamaqla mirası qəbul etmişdir.
34. Belə ki, iş materiallarından görünür ki, mərhum X7 doğulduğu tarixdən ölümünə qədər həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Öz növbəsində Ərizəçi da həmin ünvanda qeydiyyatdadır və hazırda yaşayır. Bundan başqa, iş materiallarında olan kommunal xidmətlərə dair borc barədə bildirişlərdən görünür ki, sözügedən ünvanda qaz, işıq və su xidmətləri üzrə abonent Ərizəçidır. Eyni zamanda, iş materiallarında ifadəsi dinlənilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Neftçi küçəsində qeydiyyatda olan şahidlərin hər ikisi evin sahibi X2* ölümündən sonra miras əmlaka onun oğlu Telman İbrahimovun faktiki sahiblik etməsi, Telman İbrahimovun ölümündən sonra isə onun arvadı Ərizəçi əmlaka faktiki sahiblik etməsi ilə bağlı qeyd edilənləri təsdiqləmişlər.
35. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin mərhum əri X3 atası X*7 miras qalmış əmlakı qəbul etməsi, Ərizəçi isə əri X2 miras qalmış əmlakı qəbul edilməsi faktı müəyyən edilməlidir.
36. Nəzərə alınmalıdır ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 20*4-cü il *8 iyul tarixli Qərarı).
37. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar əsasında məhkəmə müvafiq miras əmlakın əvvəlcə ərizəçinin mərhum əri, daha sonra ərizəçinin özü tərəfindən faktiki qəbul edildiyi nəticəsinə gəlir.
38. Son olaraq, məhkəmə Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarına istinadla onu da qeyd edir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
39. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X5 miras qalmış ünvan 6 ünvanında yerləşən evin (miras əmlakın) X7 tərəfindən qəbul edilməsi faktı və mərhum X2 miras qalmış ünvan 6 ünvanında yerləşən evin (miras əmlakın) Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.
40. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. X5 miras qalmış ünvan 6 ünvanında yerləşən evin (miras əmlakın) X7 tərəfindən qəbul edilməsi faktı və mərhum X2 miras qalmış ünvan 6 ünvanında yerləşən evin (miras əmlakın) Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva