Məhkəmə qərarları › İş №2(010)-4024/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4024/2025

04.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4024/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə (bundan sonra – Cavabdeh MMC) qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh hüquqi şəxsdə xx.xx.2024-cü il tarixdən ingilis dili müəllimi vəzifəsinə qəbul edilməsi barədə əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsi bildirişinin ləğv edilməsi və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılması, qətnamənin icrasının cavabdehə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də ingilis dili müəllimi vəzifəsinə işə qəbul edilmiş və aralarında müddətsiz əmək müqaviləsi bağlanmışdır. O, bir müddət həmin şirkətdə çalışmış, lakin sonradan həmin şirkətdən çıxmaq istəsə də, şirkətin rəhbəri onu işdən azad etməmiş, dəfələrlə aralarında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh əmək müqaviləsini ləğv etməmişdir. Bununla əlaqədar olaraq, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinı müraciət etmiş, xidmətdən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla Cavabdeh MMC ilə əlaqə saxlanılmasının mümkün olmadığı, bu məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməli olması tövsiyə edilmişdir. O, artıq bir neçə vaxtdır ki, bu işdən çıxa bilmir, ona görə də başqa işə düzələ bilmir. Hətta, o, bununla əlaqədar mediasiyaya da müraciət etmiş, lakin məsələ öz həllini tapmamışdır. Cavabdeh MMC fəaliyyətdə olan hüquqi şəxs olduğuna görə və əmək müqaviləsi bildirişinin ləğv edilməsi məhz Cavabdeh MMC-nin vəzifəsi olduğuna görə o, Cavabdeh MMC-yə qarşı əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları.

3. Məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Cavabdeh MMC (İşəgötürən) və İddiaçı (İşçi) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, “İşçi” hər ay 100 manat məbləğində əmək haqqı ödənilməklə müasir tədris metodikalarına uyğun fərdi və qrup şəklində həm onlayn, həm də əyani ingilis dili dərslərinin tədrisindən ibarət əmək funksiyalarının yerinə yetirilməsi üçün “İşəgötürən” tərəfindən işə qəbul edilmişdir.

7. xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə müraciət edərək aralarında bağlanmış əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqının ödənilməsini və müvafiq əmək müqaviləsinə xitam verilməsini tələb etmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2- R-51684/2025 nömrəli cavab məktubundan görünür ki, müraciətlə əlaqədar Cavabdeh MMC-nin ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 34, mənzil 36) xx.xx.2025-ci il tarixli, 3-17-5/2-K-34515/2025 nömrəli məktub göndərilmiş və ərizəçiyə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlərin təqdim olunması Cavabdeh MMC tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasının başa çatdırılması mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış keçirilməsi zamanı Cavabdeh MMC-nin rəhbərliyi ilə ərizəçi arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin qüvvədə olması aşkar edilmiş və ərizəçiyə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydalar izah edilməklə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

9. Mediasiya Şurasının Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, MŞB/10/2025-00324 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş əmək müqaviləsinə xitam verilməsi, son haqq hesabın və təzminatın ödənilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh MMC) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun nümayəndəsinin mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) iddiaçı tərəfindən ödənilmişdir.

İşin faktiki halları.

10. İddiaçı (İşçi) və Cavabdeh MMC (İşəgötürən) arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanmış, iddiaçı işçi statusu əldə etməklə sonuncu hüquqi şəxsdə müasir tədris metodikalarına uyğun fərdi və qrup şəklində həm onlayn, həm də əyani ingilis dili dərslərinin tədrisi ilə bağlı pedaqoq vəzifəsi üzrə əmək fəaliyyətinə başlanmış hesab edilmişdir. Bir müddət sonra, müvafiq əmək müqaviləsinin şərtləri cavabdeh işəgötürən tərəfindən pozulmuş, iddiaçı bu barədə cavabdehə bildirsə də, cavabdeh tərəfindən hər hansı tədbir görülməmişdir. İddiaçı öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə cavabdehə yazılı müraciət etmək hüququnu realizə etmiş, daha sonra bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, müraciətlə əlaqədar Cavabdeh MMC-nin ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 34, mənzil 36) xx.xx.2025-ci il tarixli, 3-17-5/2- K-34515/2025 nömrəli məktub göndərilmiş və ərizəçiyə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlərin təqdim olunması Cavabdeh MMC tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasının başa çatdırılması mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış keçirilməsi zamanı Cavabdeh MMC-nin rəhbərliyi ilə ərizəçi arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin qüvvədə olması aşkar edilmiş və ərizəçiyə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydalar izah edilməklə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 35. Əmək hüququ. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar.

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları. b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; o) elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi.

1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

15. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (İşçi) və Cavabdeh MMC (İşəgötürən) arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanmış, iddiaçı işçi statusu əldə etməklə sonuncu hüquqi şəxsdə müasir tədris metodikalarına uyğun fərdi və qrup şəklində həm onlayn, həm də əyani ingilis dili dərslərinin tədrisi ilə bağlı pedaqoq vəzifəsi üzrə əmək fəaliyyətinə başlanmış hesab edilmişdir. Bir müddət sonra, müvafiq əmək müqaviləsinin şərtləri cavabdeh işəgötürən tərəfindən pozulmuş, iddiaçı bu barədə cavabdehə bildirsə də, cavabdeh tərəfindən hər hansı tədbir görülməmişdir. İddiaçı öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə cavabdehə yazılı müraciət etmək hüququnu realizə etmiş, daha sonra bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, müraciətlə əlaqədar Cavabdeh MMC-nin ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 34, mənzil 36) xx.xx.2025-ci il tarixli, 3-17-5/2-K-34515/2025 nömrəli məktub göndərilmiş və ərizəçiyə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlərin təqdim olunması Cavabdeh MMC tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasının başa çatdırılması mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış keçirilməsi zamanı Cavabdeh MMC-nin rəhbərliyi ilə ərizəçi arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin qüvvədə olması aşkar edilmiş və ərizəçiyə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydalar izah edilməklə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

16. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin məcəllənin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Qeyd edilən maddi hüquq normaları işçinin əmək hüquq qanunvericiliyi ilə müəyyən edilmiş əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etməkdən ibarət əsas hüququnun tərkib elementləri kimi çıxış edir. Göründüyü kimi, işçi işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi üçün ərizə ilə müraciət etmək qərarına gəlmiş, bu barədə yazılı ərizəni kağız daşıyıcıda tərtib etməklə cavabdehə ünvanlamış və daha sonra bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etməyə məcbur olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Həmçinin, həmin məcəllənin 12-ci maddəsinin “c” bəndinə əsasən, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biri kimi təsbit olunmuşdur. Göründüyü kimi, işçi əmək qanunvericiliyi ilə ona verilmiş əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verməkdən ibarət hüququndan qanunla müəyyən edilmiş qaydada istifadə etmiş, lakin işəgötürən tərəfindən bu müraciətə hər hansı cavab verilməmiş, bununla da imperativ olaraq işəgötürənin vəzifəsi kimi müəyyən edilmiş tələblər pozulmuşdur. Belə ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsinin mərkəzləşdirilmiş elektron informasiya sistemində aktiv olaraq qalması nəticədə iddiaçının real olaraq başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq və əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu məhdudlaşdırır.

Məhkəmə xərcləri.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olmuşdur. Belə olan halda həmin qanunun 9.4-cü maddəsinə əsasən, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməli, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar