Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-403/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “otaqdan əşyaların çıxarılması, qapıya kilid vurulması və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin ona ayrılmış və məhkəmə qətnaməsi ilə hüquqi qüvvəsini almış bir otaqlı mənzildən cavabdehlərin əşyalarının və avadanlıqlarının çıxarılması, otağın qapısının onun (iddiaçının) tərəfindən istifadəsi üçün bağlanıb-açılması üçün kilid vurulması və ona yaradılan süni əngəllərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 1-də ona və ailəsinə ayrılmış məhkəmə qətnaməsi ilə hüquqi qüvvəsini almış bir otaqlı mənzildən cavabdehlərin əşyalarının və avadanlıqlarının çıxarılması, otağın qapısının onun tərəfindən istifadəsi və bağlanıb açılması üçün kilid vurulması, mənzildən istifadə hüquqlarının tanınması, mətbəxdən və sanitar qovşaqdan və başqa sahələrdən istifadə edilməsi üçün şəraitin yaradılması və başqa xüsusda cavabdeh və ailəsi tərəfindən ona və ailəsinə yaradılan xüsusi əngəllərin aradan qaldırılması, onunla birlikdə mənzilə köçürülmüş azyaşlı körpə oğlu X12 anası X5 mənzilə daxil olaraq öz körpəsini görmək və qayğısına qalması üçün, cavabdeh və ailəsinin qohumlarının, tanışlarının, ailə üzvlərinin, yaxınlarının onlara qonaq gəlməsi, mənzildə müəyyən müddət qaldıqları kimi, onun da qohumlarının, yaxınlarının, ailə üzvləri olaraq qaynatası Nümayəndə, X8 da həmin mənzilə daxil olmaları, qonaq olmaları kimi istifadə hüququ haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu ildən X10 ilə ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2021-ci il tarixdə oğlu X16 dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra qanunla onlara məxsus otağın birində yaşamalarına imkan vermədikləri üçün bir ildən artıq hər ay 300 manata Yasamal rayonu ərazisində kirayə evdə yaşamış, ailə büdcəsinə böyük maddi ziyan dəymiş, cavabdehin və ailəsinin hərəkətləri nəticəsində onların bir neçə illər ərzində və hal-hazırda mənzilin bir otağında yaşamaq hüququ qanunla təsbit edildiyi halda bilərəkdən və şüurlu surətdə pozulmuşdur. Hazırda maddi ziyan bu gün də artmaqda davam edir, bu da onun və ailəsinin dövlət tərəfindən qanunla tanınmış hüquqlarını pozulmasına rəvac vermiş, maddi, mənəvi və psixoloji gərginlik keçirməyinə səbəb olmuşdur. Cavabdeh öz ailəsi ilə heç bir razılıq və kirayəçi - anası tərəfindən köçürülmə olmadan qeydiyyatsız olaraq həmin mənzildə yaşayırlar. Mübahisəli mənzilə köçürülmələri ilə əlaqədar olaraq Nizami Rayon Məhkəməsi və Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1505/2021 saylı, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-1318/2022 saylı qətnamələri ilə həyat yoldaşı və azyaşlı övladı X12 mübahisəli mənzilə köçürülməsi qət edilmiş, köçürülmə qismən təmin edilmişdir. Belə ki, bugünə qədər cavabdeh və ailəsi onlara aid bir otaqdan əşyalarını və avadanlıqlarını çıxarmamış və otağın qapısının açarını onlara verməmiş, bununla da münaqişə üçün zəmin yaratmaqla onların konstitusion hüquqlarını pozaraq mənzil toxunulmazlığı, mənzildən istifadə hüquqlarını əngəlləyirlər. Ona aid bir otaqlı mənzildən mənzil toxunulmazlığı hüququnu pozaraq istədikləri kimi istifadə edirlər. Belə ki, onun və azyaşlı oğlunun həmin mənzildən istifadə hüququ indiki zamanda imkan xaricindədir və mümkün deyildir. Bununla əlaqədar o, xx.xx.2023-cü ildə Suraxanı rayon məhkəməsinə iddia ərizəsi ilə Suraxanı rayon icra şöbəsinə, xx.xx.2023-cü il tarixdə isə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Əsas məqsəd ona və ailəsinə aid bir otaqlı mənzildən Suraxanı rayon icra məmurlarının hərəkətsizliyi və öz işlərinə səhlənkar yanaşmaları ucbatından cavabdehlərə məxsus əşyaların və avadanlıqların bu günə qədər çıxarılması prosedurunun yerinə yetirilməməsi və onun mənzildən istifadə hüququnun pozulması ilə əlaqədar olmuşdur. Mübahisəli mənzilə pasport qeydiyyatına alınmaqla əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun və azyaşlı övladı X12 ünvan 2 ünvanına qeydiyyata alınma öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinə həvalə edilmiş və qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixdə şikayətə baxmış, cavabdehin şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. X1 xx.xx.2020-ci ildə vəfat etmişdir. Anasının sağlıqında cavabdehin və onun ailəsinin məlum mübahisəli mənzilə köçürülməsi haqqında məhkəmə sənədlərində hansısa dəlil sübutlar və notarial qaydada təsdiq edilmiş sənədlər yoxdur. Cavabdeh ailəsi ilə birlikdə qeyri-qanuni olaraq mənzili zəbt edərək orada yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
4. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, xx.xx.2019-cu ildən X10 ilə ailə həyatı qurmuş və birgə nigahdan xx.xx.2021-ci il tarixdə oğlu X16 dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra qanunla onlara məxsus otağın birində yaşamalarına imkan vermədikləri üçün bir ildən artıq hər ay 300 manata Yasamal rayonu ərazisində kirayə evdə yaşamış və ailə büdcəsinə böyük maddi ziyan dəymişdir. Cavabdehin və ailə üzvlərinin hərəkətləri nəticəsində onların bir neçə illər ərzində və halhazırda mənzilin bir otağında yaşamaq hüququ qanunla təsbit edildiyi halda bilərəkdən və şüurlu surətdə pozulmuşdur. Bu da onun və ailəsinin dövlət tərəfindən qanunla tanınmış hüquqlarını pozulmasına gətirib çıxarmış, onun maddi, mənəvi və psixoloji gərginlik keçirməyinə səbəb olmuşdur. Cavabdeh öz ailəsi ilə heç bir razılıq və kirayəçi - anası tərəfindən köçürülmə olmadan qeydiyyatsız olaraq həmin mənzildə yaşayırlar. Mübahisəli mənzilə köçürülmələri ilə əlaqədar olaraq Nizami Rayon Məhkəməsi və Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1505/2021 saylı və Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)- 1318/2022 saylı qətnamələri ilə həyat yoldaşı və azyaşlı övladı X12 mübahisəli mənzilə köçürülməsi qət edilmiş, köçürülmə qismən təmin edilmişdir. Belə ki, bugünə qədər cavabdeh və ailəsi onlara aid bir otaqdan əşyalarını və avadanlıqlarını çıxarmamış və otağın qapısının açarını onlara verməmiş, bununla da münaqişə üçün zəmin yaratmaqla onların konstitusion hüquqlarını pozaraq mənzil toxunulmazlığı, mənzildən istifadə hüquqlarını əngəlləmişlər. Ona aid bir otaqlı mənzildən mənzil toxunulmazlığı hüququnu pozaraq istədikləri kimi istifadə edirlər. Belə ki, onun və azyaşlı oğlunun həmin mənzildən istifadə hüququ indiki zamanda imkan xaricindədir və mümkün deyildir. Bununla əlaqədar o, xx.xx.2023-cü ildə Suraxanı rayon məhkəməsinə iddia ərizəsi ilə Suraxanı rayon icra şöbəsinə, xx.xx.2023-cü il tarixdə isə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə şikayət ərizəsilə müraciət etmişdir. Əsas məqsəd ona və ailəsinə aid bir otaqlı mənzildən Suraxanı rayon İcra məmurlarının hərəkətsizliyi və öz işlərinə səhlənkar yanaşmaları ucbatından cavabdehlərə məxsus əşyaların və avadanlıqların bu günə qədər çıxarılması prosedurunun yerinə yetirilməməsi və onun mənzildən istifadə hüququnun pozulması ilə əlaqədar olmuşdur. Mübahisəli mənzilə pasport qeydiyyatına alınmaqla əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun və azyaşlı övladı X12 ünvan 2 ünvanına qeydiyyata alınma öhdəliyi cavabdeh Bakı Şəhəri Suraxanı Rayon Polis idarəsinə həvalə edilmiş və qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixdə şikayətə baxmış, cavabdehin şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. X1 xx.xx.2020-ci ildə vəfat etmişdir. Anasının sağlıqında cavabdehin və onun ailəsinin məlum mübahisəli mənzilə köçürülməsi haqqında məhkəmə sənədlərində hansısa dəlil sübutlar və notarial qaydada təsdiq edilmiş sənədlər yoxdur. Cavabdeh ailəsi ilə birlikdə qeyri-qanuni olaraq mənzili zəbt edərək orada yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 5.Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı azyaşlı övladı ilə birlikdə xx.xx.2022-ci ildə Suraxanı rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanında yerləşən mənzilin bir otağına köçürülmüş, bu barədə müvafiq akt tərtib edilmişdir. Suraxanı rayon İcra Şöbəsinin əməkdaşları köçürmə zamanı hər ikisinə bildirdilər ki, otağın qapısı açıq qalmalıdır. Lakin mənzilin ümumi giriş qapısının açarı iddiaçıya verilmiş və hazırda həmin açar iddiaçıdadır və istədiyi vaxt həmin otaqda azyaşlı övladı ilə birlikdə gəlib yaşaya bilər. Bundan əlavə iddiaçının özü də etiraf etmişdir ki, həmin mənzilin bir otağında azyaşlı övladı ilə birlikdə yaşaması qeyri-mümkündür. Belə ki, onun həyat yoldaşı X5 həmin mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi Suraxanı rayon məhkəməsi tərəfindən təmin edilməmişdir. Bundan əlavə İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi Nizami rayon məhkəməsi tərəfindən təmin edilməmişdir. Hal-hazırda iddiaçının məqsədi mübahisəli mənzilin bir otağını əcnəbilərə kirayəyə verməkdir. O, iddia ərizəsinin nəticə hissəsində qeyd etmişdir ki, mübahisəli mənzilin ona aid olan bir otağına kilid vurulmasına icazə verilsin. Belə ki, mübahisəli mənzilin bir otağını kirayəyə vermək qeyri-mümkündür, belə ki, otaqların biri digərinin içərisində yerləşir. Bundan əlavə o, ailəsi ilə birlikdə on bir ildir ki, həmin mənzilin bir otağında yaşayırlar. Həmin mübahiəsli mənzilin əlavə sahələri də ümumidir. Hazırda o, iddiaçının azyaşlı övladı ilə mübahisəli mənzilin ona aid otağında yaşamasına heç bir etirazı və maneçiliyi yoxdur. Mübahisəli mənzil iddiaçının şəxsi mülkiyyətində olmadığından onun həmin mənzillə əlaqədar hər hansı bir sərəncam vermək hüququ da yoxdur. İddiaçının adına hazırda anasından miras qalmış ünvan 6 ünvanda yerləşən şəxsi mülkiyyətində olan bir otaqlı mənzili vardır. O da həmin mənzildə qeydiyyatdadır və anası həmin mənzili iddiaçıya bağışlayanda o, da buna etiraz etməmişdir. Hazırda mənzilin giriş qapısında problem yarandığından məhkəmə iclasında açarın birini iddiaçıya təqdim edir. Qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.
İş materialları.
6. Asan 6 tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
7. ünvan 8 etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti) qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X16 ilə birlikdə ünvan 9 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir.
8. Suraxanı rayon Məhkəməsinin 2(010)-866/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir.
9. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, ünvan 8 etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar ünvan 1 ünvanında olmuşlar və mənzilin giriş qapısının iş üzrə borclu Cavabdeh açmışdır. İş üzrə tələbkar icra yerinə gəlmişdir. Tərəflərlə birlikdə sözügedən mənzilə daxil olmuşlar, icra sənədinin mahiyyəti və tələbi tərəflərə izah olunmuşdur. Bundan əlavə tərəflərə birgə istifadə qaydaları izah olunaraq proflaktiki söhbətlər aparılmışdır. Tələbkar İddiaçı və X16 ilə birlikdə sözügedən mənzilə köçürülmüşlər və bu barədə akt tərtib edilmişdir. 10.Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/520 saylı məktubundan görünür ki, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 103 saylı Mənzil Kommunal İstismarı Sahəsindən alınmış xx.xx.2021-ci tarixli arayışda sözü gedən ünvanda heç kəsin yaşayış üzrə qeydiyyatda olmadığı və həmin mənzilin Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 15 saylı Sərəncamına əsasən X3 adına rəsmləşdirildiyi bildirilmişdir.
11. Bakı şəhər Nizami rayonu İcra Hakimiyyəti Başçısının 15 saylı, xx.xx.2011-ci il tarixli Sərəncamın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzili üç nəfər ailə tərkibi ilə birlikdə X4 verilmişdir.
12. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 12 ünvanında qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağsahəsi 6000 saylı bağ sahəsindən ibarətdir.
İşin faktiki halları.
13. İddiaçı Vaqif oğlu və Cavabdeh qardaşdır. Onların atası X9 xx.xx.1994-cü il tarixdə X7 şəhid olmuşdur. Bundan sonra, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.85 m2, yaşayış sahəsi 41.29 m2 olan 2 otaqlı 23 saylı mənzil üç nəfər ailə tərkibi ilə birlikdə hazırkı iş üzrə tərəflərin X1nın adına rəsmiləşdirilmişdir. Həmin ailə tərkibi hazırkı iş üzrə tərəflər və anaları X2 ibarət olmuşdur. Sonradan İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və ünvan 8 etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X16 ilə birlikdə ünvan 9 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Suraxanı rayon İcra Şöbəsi tərəfindən məhkəmə qətnaməsi icra olunmuş və tələbkar İddiaçı və X16 ilə birlikdə sözügedən mənzilə köçürülmüşlər və bu barədə akt tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının həmin evdə yaşamasına etiraz etmədiyini, məhkəmə iclasında mənzilin giriş açarını dəyişdiyindən bir nüsxəsini ona verdiyini, mübahisələndirilən otaqda yalnız zəruri əşyalar olmasını, qapıya kilid vurularsa hər iki otaqdan istifadənin mümkün olmamasını və onun hüquqlarının pozulduğunu qeyd edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 43. Mənzil hüququ. I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 17. Mənzil fondu. 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi. 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Maddə 68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 70. Müvəqqəti başqa yerə getmiş yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və onun ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27. Fiziki şəxsin yaşayış yeri. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanuni: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin -müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarı:
2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “İatridis Yunanıstana qarşı” işi: Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Məhkəmənin mövqeyi.
19. Beləliklə məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçının və onun yetkinlik yaşına çatmayan azyaşlı övladının hazırkı mübahisəli mənzilə köçürülməsi təmin olunmuşdur. Hazırda iddiaçı həmin mənzildə yerləşən otaqdan cavabdehlərin əşyalarının və avadanlıqlarının çıxarılmasını, otağın qapısının onun tərəfindən istifadəsi və bağlanıb açılması üçün kilid vurulması, mənzildən istifadə hüquqlarının tanınması, mətbəxdən və sanitar qovşaqdan və başqa sahələrdən istifadə edilməsi üçün şəraitin yaradılması və başqa xüsusda cavabdeh və ailəsi tərəfindən ona və ailəsinə yaradılan xüsusi əngəllərin aradan qaldırılması, onunla birlikdə mənzilə köçürülmüş azyaşlı körpə oğlu X12 anası X5 mənzilə daxil olaraq öz körpəsini görmək və qayğısına qalması üçün, cavabdeh və ailəsinin qohumlarının, tanışlarının, ailə üzvlərinin, yaxınlarının onlara qonaq gəlməsi, mənzildə müəyyən müddət qaldıqları kimi, onun da qohumlarının, yaxınlarının, ailə üzvləri olaraq qaynatası Nümayəndə, X8 da həmin mənzilə daxil olmaları, qonaq olmaları kimi istifadə hüququ haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İşin faktiki hallarından göründüyü kimi iddiaçı hazırda həmin mənzilə köçürülmüş və orada yaşamaq hüququ əldə etməsinə baxmayaraq, hal-hazırda həmin mənzildə yaşamır. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının həmin evdə yaşamasına etiraz etmədiyini, məhkəmə iclasında mənzilin giriş açarını dəyişdiyindən bir nüsxəsini ona verdiyini, mübahisələndirilən otaqda yalnız zəruri əşyalar olmasını, hər iki otağa girişin bir qapıdan olmasını, qapıya kilid vurularsa onun hüquqlarının pozulduğunu qeyd edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
21. Beləliklə əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil şəhid ailəsi kimi tərəflərin anasının adına rəsmiləşdirilmiş, bu zaman hazırkı iş üzrə iddiaçı və cavabdehin də adı ailə üzvü kimi qeyd edilmişdir. Yəni iddiaçı və cavabdehin hər ikisi bu mənzilə münasibətdə bərabər - sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü statusundadır. Onlardan birinin digərinə münasibətdə mənzil üzərində daha üstün hüququ yoxdur. Hər ikisi sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin uşaqları olmaqla bu mənzildən istifadə etmək, mənzildə yaşamaq hüququna eyni dərəcədə malikdir və biri digərinin bu hüququnu məhdudlaşdıra bilməz.
22. Məhkəmə hesab edir ki, mənzilin giriş qapısının açarı iddiaçıya təqdim olunduğundan və o həmin mənzilə köçürüldüyündən, o cümlədən otaqlardan birinin qapısına kilid vurulması və əşyaların cıxarılması cavabdeh tərəfin hüquqlarını pozduğundan, tərəfin mənzilə köçürülməsi dedikdə-həmin şəxsin bütünlüklə mənzilin bütün otaqlarından və ümumi istifadə üçün nəzərdə tutulmuş hissələrindən istifadə hüququ nəzərdə tutulduğundan və iddiaçı tərəfindən cavabdehin ona hər hansı maneçilik yaratması barədə məhkəməyə sübut təqdim olunmadığından hazırkı iddia tələbi təmin oluna bilməz.
Məhkəmə xərcləri.
23. İş materiallarından göründüyü kimi tərəflərin hər ikisi şəhid ailəsi olmaqla dövlət rüsumunun ödənilməsindən azad olduğundan tərəflərdən heç birindən rüsum tutulmamalıdır.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı Cavabdeh qarşı “otaqdan əşyaların çıxarılması, qapıya kilid vurulması və maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “otaqdan əşyaların çıxarılması, qapıya kilid vurulması və maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Leyla Talıbova