Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4030/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürmə” tələbinə dair ilkin iddia ərizəsinə və iddiaçı Cavabdeh İddiaçı və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, X5 və İddiaçı Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsi, ev 3-dən yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və Bakı şəhər Suraxanı Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadla qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. Cavabdeh-iddiaçı Cavabdeh vəkili X1 xx.xx.2020-ci il tarixli məhkəmə baxışı iclasında növbəti məhkəmə baxışı iclasının xx.xx.2020-ci il tarixə təyin edilməsi barədə məhkəmə bildirişi təqdim edilmiş, iddiaçı-cavabdehə və qarşılıqlı iddia üzrə cavabdehlərə isə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildiriş göndərilsə də, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, İddiaçı Cavabdeh qarşı “evə köçürmə” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı Cavabdeh İddiaçı və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “evə köçürmə” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı Cavabdeh İddiaçı və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-4030/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4030/2020
11.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver