Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4037/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi”tələbi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 16 saylı ünvandakı mənzildən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsindəyazılanlara uyğun izahat verərək bildirdi ki,Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi,ev 5B, 16 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Lakin buna baxmayaraq mənzilinə dair sərəncam vermək hüququnu məhdudlaşdırılmışdır. Onun evində qeydiyyatda olan, lakin həmin evdə yaşamayan keçmiş gəlini Cavabdeh pasport qeydiyyatında qalması ona bir çox hallarda müəyyən maneələr yaradır. Dəfələrlə cavabdehə paspoıt qeydiyyatından çıxması barədə xəbərdarlıq etsə də bu günədək heç bir nəticəsi olmamışdır. Cavabdehin onun evində pasport qeydiyyatında qalması onun artıq kommunal xərc ödəməsinə səbəb olur. Məhz buna görə də hesab edir ki, mülkiyyətində olan evdə cavabdehin pasport qeydiyyatında qalmasına heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən də mülkiyyətində olan mənzilin yaşayış sahəsindən cavabdehin istifadə hüququnun itirilməsi barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ÖM seriyalı 113780 saylı xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 5 “B”, mənzil 16 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 104 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 mənzil 16 yaşayır, qeydiyyatdadır.h/yoldaşı X1; qızı X3; X2, oğlu X6, nəvə X4və keçmiş gəlini Cavabdeh. İş materiallarına əlavə edilmiş Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-539/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh və X6 arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1029 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh arasında nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, ünvan 1 mənzil 16-nın mülkiyyətçisi İddiaçıdur. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, Cavabdeh iddiaçının oğlu X6 ilə xx.xx.2013-cü il tarixdə ailə qurmuşlar. Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X6 arasında nikah ləğv edilmişdir. Cavabdeh iddiaçıya məxsus ünvan 1 mənzil 16-da faktiki olaraq yaşamır və daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüşdür. Lakin buna baxmayaraq cavabdeh həmin mənzilin pasport qeydiyyatından çıxmamışdır. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 mənzil 16-da yaşayış yeri kimi istifadə etmədiyindən həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia əsaslı olduğuna görə təmin edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 mənzil 16- dan istifadə hüququ itirilmiş hesab edilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehin ünvan 1 mənzil 16-dan qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4037/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4037/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver