Məhkəmə qərarları › İş №2(010)-4043/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4043/2025

05.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4043/2025 05.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas kаtibliyi, Cavabdehin Cavabdeh* nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh* və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh* və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşı torpaq sahəsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi, ev *2/2 ünvanında yerləşən fərdi yaşayış evinin 890 m2 torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli çoxmənzilli yaşayış binasından cavabdehlərin çıxarılması, həmin torpaq sahəsinin və yaşayış binasının boşaldılaraq iddiaçıya təhvil verilməsi, torpaq sahəsi və yaşayış binası üzərində iddiaçının sahiblik və istifadəsinə mane olan hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil* “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh* nümayəndəsi (vəkili) Vəkil3 iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş yazılı vəsatətlə razılaşmayaraq bildirdi ki, iddia ərizəsinin geri qaytarılması barədə vəsatət təmin edilməməli və işə baxılması davam etdirilməlidir. Cavabdeh* nümayəndəsi (vəkili) Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hüquq-mühafizə orqanlarında aparılan araşdırma işin baxılammış saxlanılması üçün əsas deyil. Əgər iddiaçı iddia ərizəsinin qaytarılmasını istəyirsə, bunun üçün vəsatət yox ərizə verməlidir. Qaldı ki, MPM-nin 259.0.**-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırkı iş üzrə vəsatətin təmin edilməməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş iddia ərizəsinin qaytarılması barədə ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçının nümayəndəsinin (vəkilinin) iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödədiyi *00 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, *829707086 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçının nümayəndəsinə (vəkilinə) geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə **4. Dövlət rüsumunun qaytarılması **4.*. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: **4.*.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə *70. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması. *70.*. Bu Məcəllənin 254, 255, 26*.0.*—26*.0.3 və 26*.0.6—26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. *70.3. Bu Məcəllənin *70.*-ci və *70.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3* mart 20**-ci il tarixli qərarı: Bənd 2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.* - 259.0.*0, 259.0.*2 və 259.0.*3-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin *70-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *70.*-*70.3, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh* və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, *829707086 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil* qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar