Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4070/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh8, Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X2 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X2 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh8 ailə üzvləri ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 60 saylı, 1 otaqlı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 4041-ci məhəllədə yerləşən 24 saylı binanın 60 saylı, 1 otaqlı mənzili 011913 nömrəli order əsasında gənc mütəxəssis kimi ona verilmişdir. Yeni qanunvericilik qüvvəyə minənədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə order vətəndaşın mənzildə məskunlaşmasına əsas verən yeganə sənəd olduğundan bu ünvanda pasport qeydiyyatındadır. Mənzil 17.19 m2 sahəyə malikdir. Məlum Qarabağ hadisələri ilə əlaqədar ona məxsus mənzil Laçın rayonundan olan cavabdeh və onun ailə üzvləri tərəfindən 1993-cü ildən indiyədək zəbt edilmişdir. Bu səbəbdən indiyədək ona mənsub olan mənzili özəlləşdirə bilməmişdir. “Qayıdış” proqramı çərçivəsində cavabdeh və onun ailə üzvlərinə doğulub boya başa çatdıqları Laçın şəhərinin mərkəzində fərdi yaşayış evi verilmişdir. Lakin, cavabdeh Qaçqınların işləri üzrə Dövlət Komitəsindən oğlu üçün Bakı şəhərində əlavə bir otaqlı mənzil tələb etdiyindən onun mənzilini tələb etməsinə baxmayaraq boşaltmır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh8 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, həyat yoldaşı Məhluqə ilə birlikdə həmin ünvanda yaşayır. Digər cavabdehlər isə həmin ünvanda məskunlaşmamışdır. Uşaqlarının qeydiyyat yeri həmin ünvan olsa da, qızları ailə quraraq həmin mənzildən köçmüş, oğlu isə ailə qurduqdan sonra başqa mənzildə yaşamağa başlamışdır. Belə ki, həmin ünvanda kommunal xidmətlərdən istifadə edilməsini təsdiq edən qəbzləri də məhkəməyə təqdim etmişdir. Mənzildə yerləşən bütün əşyalarını köç üçün tam hazır vəziyyətə gətirmiş, lakin başı işlərinə qarışdığı üçün köç baş tutmamışdır. O, Laçın rayonunda yerləşən evinə gedərək orada görülən işlərlə tanış olmuş, lakin ona həmin evin işıq idarəsinin binası olduğu deyilmişdir. Daha sonra oradakı şəxslərlə mübahisə yaranmış və çətinliklə ona məxsus evi öz adına keçirmişdir. Laçın rayonunda ona məxsus olan fərdi yaşayış evində hazırda müəyyən işlər görüldüyündən ora köçməsi mümkün deyil. Məhkəmədən ona növbəti ilin yanvar ayının 26-sı tarixinədək vaxt verilməsini istəyir. Həmin tarixdə qeyd olunan mənzildən köçüb gedəcəkdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etməyərək bildirdi ki, Laçın rayonunda yerləşən və onlara məxsus olan fərdi yaşayış evi yaşayış üçün tam hazır vəziyyətdə deyil. Laçın rayonu ərazisində tikinti işlərinin aparılması ilə əlaqədar yük maşınlarının küçələrdə mütəmadi olaraq hərəkətdə olması, eləcə də onlara məxsus olan evin darvazasına qədər həyətin palçıq içərisində olması azyaşlı nəvələrinin orada yaşaması üçün əlverişli deyildir. Əgər həmin ev yaşayış üçün tam hazır vəziyyətdə olsa idi, bu ilin sentyabr ayında onların köçü tam şəkildə baş tutacaqdı. Lakin, qeyd edilən səbəblərdən köç baş tutmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Yerində müayinə Məhkəmə tərkibi (Hakim Rzayeva Fəridə İslam qızı, hakim köməkçisi X8) tərəfindən ünvan 1 ünvanında yerləşən 60 saylı mənzilə xx.xx.2024-cü il tarixdə yerli baxış keçirilmişdir. Qeyd olunan ünvana gəldikdə mənzilin giriş qapısından içəri daxil olduqda qarşıda dəhliz və dəhlizin sağ tərəfində iki ağ rəngli plastik qapı müəyyən olunur. Dəhlizin sol tərəfində bir otaq müəyyən olunur və otağa daxil olduqda buranın qonaq otağı kimi istifadə olunduğu müəyyən olunur. Həmin otaqda qonaq mebeli dəsti, televizor görünür. Qapıdan otağa daxil olduqda sağ tərəfdə balkona çıxış qapısı görünür və balkona daxil olduqda orada qaz pilitəsi və su krantı olduğu və buranın mətbəx kimi istifadə olunduğu müəyyən olunur. Mənzilin giriş qapısından içəri daxil olarkən qarşıda bir qapı olduğu müəyyən olunur və həmin qapıdan içəri daxil olarkən orada yığılmış, bükülmüş, qutulara yığılmış əşyalar olduğu müəyyən olunur. Dəhlizdə içərisi əşyalarla dolu qutuların bir tərəfdən üst-üstə yığıldığı görünür. Əşyaların, xalçaların bağlanıb paketlənmiş formada olduğu müəyyən olunur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 52 nömrəli sərəncamının təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, 4041-ci məhəllədə yerləşən 24 nömrəli evin 1 otaqlı, 60 nömrəli mənzili 2 nəfər ailə tərkibi ilə İddiaçı verilmişdir. xx.xx.1993-cü il tarixli, 011913 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 1 otaqlı, 60 nömrəli, ümumi sahəsi 17.96 m2 olan mənzil İddiaçı məxsusdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən müəyyən olunur ki, aparılan araşdırma zamanı idarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı və qeyd olunan mənzildə məcburi köçkün ailəsinin məskunlaşdığı müəyyən edildiyindən ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu üzrə bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh8 ünvan 4 ünvanında müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi aşağıdakı kimidir – Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, X3, Cavabdeh3 və X6. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Laçın şəhərindən olan məcburi köçkün Cavabdeh8 qeydiyyatda olduğu, doğma yurdunda yerləşən özlərinə məxsus, 2 mərtəbəli (mansarlı), 8 otaqlı fərdi yaşayış evi 2024-cü ilin İİ rübündən yaşayışa tam hazırdır. Dövlət Proqramına uyğun olaraq, “Böyük Qayıdış”la bağlı Komitə tərəfindən Cavabdeh8 ailə üzvləri ilə birlikdə öz evinə köçməsi üçün dəfələrlə əlaqə saxlanılaraq, xəbərdarlıq edilmiş, lakin Cavabdeh8 məskunlaşdığı, başqasına məxsus mənzili boşaltmaq istəmədiyi üçün müxtəlif bəhanələr gətirərək, doğma yurdundakı hazır olan fərdi yaşayış evinə köçmək istəmir. xx.xx.2007-ci il tarixli, AA seriyalı, 165818 nömrəli və xx.xx.2007-ci il tarixli, AA seriyalı, 165817 nömrəli məcburi köçkün vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Cavabdeh8 və Cavabdeh5 Laçın rayonundan məcburi köçkündürlər. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası
4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarı.
2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, sübutları məcmu şəklində qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən 1 otaqlı, 60 nömrəli, ümumi sahəsi 17.96 m2 olan mənzil xx.xx.1993-cü il tarixli, 011913 nömrəli order əsasında İddiaçı məxsusdur. Cavabdehlər Laçın şəhərindən məcburi köçkün olmaqla 1993-cü ildən mübahisəli mənzildə məskunlaşmışlar. Məlum olduğu kimi, 1992-1993-cü illərdə ölkədə baş vermiş hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, məcburi köçkünlər və mənzil mülkiyyətçiləri arasında olan bu tipli mübahisələr üzrə Avropa Məhkəməsinin konkret məhkəmə təcrübəsi və həmin təcrübə əsasında formalaşmış hüquqi mövqe mövcuddur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli, “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli və digər buna bənzər işlər üzrə qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarətdir ki, mənzil mülkiyyətçisinin razılığı olmadan məcburi köçkünlərin ona məxsus mənzildə yaşamağa davam etməsi, mənzil mülkiyyətçisinin “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarlarda məcburi köçkünlük amili ilə bağlı Azərbaycan Respublikasının daxili qanunvericiliyinə istinad edilərək (hansı ki, hazırkı qətnamənin də tətbiq edilən hüquq hissəsində istinad olunmuşdur) qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması və mənzildən bugünədək çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqdında” Azərbaycan Respublikası Qanununun 5-cü maddəsinə istinadən Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Ən əsası nəzərə alınmalıdır ki, xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Mülkiyyətçinin razılığı olmadan başqalarının ona məxsus mənzildən istifadə etməsi mülkiyyət hüququnun pozulması deməkdir. O da qeyd edilməlidir ki, mülkiyyət hüququnu pozmuş şəxslərin məcburi köçkün statusu daşıması mülkiyyət hüququ pozuntusunu qanuniləşdirmir və ona haqq qazandırmır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, X3, Cavabdeh6, Cavabdeh7 azyaşlı uşaqları Cavabdeh4 və Cavabdeh3 ilə birlikdə ünvan 5 ünvanında yerləşən 60 nömrəli mənzildən çıxarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh8, Cavabdeh5, Cavabdeh1, X3, Cavabdeh6, Cavabdeh7 azyaşlı uşaqları Cavabdeh4 və Cavabdeh3 ilə birlikdə ünvan 5 ünvanında yerləşən 60 nömrəli mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva