Məhkəmə qərarları › İş №2(010)-4081/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4081/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4081/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vahiddin qızına və Cavabdeh3 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vahiddin qızına və Cavabdeh3 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan və Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10a, mənzil 105 ünvanında yerləşən mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vahiddin qızı və Cavabdeh3 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2iddia tələbini müdafiə edib, iddia ərizəsindəyazılanlara uyğun izahat verərək bildirdi ki,ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı həmin mənzili xx.xx.2014-cİ il tarixdə Cavabdeh3 alqi-satqı müqaviləsi əsasında almışdır. Müqavilə bağlanarkən cavabdeh müqavilənin tələbinə əsasən üçüncü şəxslərin hüquqlarından azad mənzili vermək və xx.xx.2014-cü il tarixədək qeydiyyatdan çıxmaq öhdəliyini üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vahiddin qızı və Cavabdeh3 iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olsada həmin evdə yaşamırlar və onların hansı ünvanda yaşaması barədə onda heç bir məlumat yoxdur. Cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda olması formal xarakter daşımaqla bərabər iddiaçının mülkiyyətçi kimi hüquqlarımı da pozur. Belə ki, iddiaçı cavabdehlərində əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur, iddiaçının mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqındaBakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10a saylı evin, 105saylı mənzilində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 Vahiddin qızı və Cavabdeh3 xəbərdar edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 103 saylı Mənzil-Kommunal İstismar Sahəsinə göndərilmiş məhkəmə bildirişləri, cavabdehlərin həmin ünvanda yaşamaması barədə müvafiq qeyd yazılaraq, ona təqdim edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinəəsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ seryalı ******* saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1-i xx.xx.2019-ce ildə satıcı Cavabdeh3 tərəfindən 54.880 manata alıcı İddiaçı satılmışdır. Həmin alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən Cavabdeh3 xx.xx.2015-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Asan 5 tərəfindən xx.xx.2020-ci il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışından görünür ki, ünvan 1-də İddiaçı, Cavabdeh1, Cavabdeh2 Vahiddin qızı, Cavabdeh3, X5 vəMustafayev Məhəmməd Elçin ğllu qeydiyyatdadırlar. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, İddiaçıünvan 1 –i xx.xx.2014--cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh3 almışdır. Alqısatqıdan sonra həmin mənzilin əvvəlki sakini olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vahiddin qızı və Cavabdeh3 həmin mənzili boşaldaraq alıcıya təhvil verib getmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüş və onlar həmin vaxtdan satdığı mənzildə yaşamırlar. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehlərin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vahiddin qızının və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 1-dən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onların həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vahiddin qızının və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1-dən istifadə hüquqları itirilmiş hesab edilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehlərin ünvan 1-dən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar