Məhkəmə qərarları › İş №2(010)-4085/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4085/2022

19.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4085/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi Ərizəçi və onun nümayəndəsi və vəkili Qadaşlı Məhəmmədin iştirakı ilə Ərizəçi şəxslərin qohumluq münasibətləri faktlarının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi şəxslərin qohumluq münasibətləri faktlarının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi anası Səkinə Murtuz qızının babası X* dayısı Heybətov Hüseynbalanın 20 iyun *97*-ci ildə vəfat etmiş arvadı Xəndan Kərim qızının Ərizəçi ulu babasının dayısı arvadı olması faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi yazılı ərizə təqdim edərək, mülki iş üzrə toplanmış sübutları məhkəmənin hazırlıq iclasında təqdim edə bilmədiyini qeyd etmiş və hazırki işin baxılmamış saxlanılmaqla sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.**-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.*-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.*-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi şəxslərin qohumluq münasibətləri faktlarının müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər ərizəçiyə geri qaytarılsın. İş üzrə ödənilmiş *00 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. İzah olunsun ki, ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar