Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4086/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Nurulla qızı Qafarovanın sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "əmək haqqı, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi Cavabdeh Frans Academy MMC-dən 900 (doqquz yüz) manat məbləğində əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə 1413 (bir min min dörd yüz on üç) manat pulun, mənəvi ziyana görə 1000 manat pulun tutularaq İddiaçı ödənilməsi və Frans Academy MMC ilə arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixindən Cavabdeh MMC-də koreya dili müəllimi vəzifəsində əmək müqaviləsi əsasında çalışmışdır. Müqavilə şərtlərinə əsasən, əməkhaqqı hər ayın əvvəlində ödənilməli olduğu halda, 2025ci ilin fevral və mart ayları üzrə ödənilməmişdir.Tərəfindən dəfələrlə kursun təsisçisi ilə telefon və mesaj vasitəsilə əlaqə yaratmaq cəhdləri göstərilmiş, lakin heç bir cavab alınmamışdır. Bundan əlavə, kursun qeydiyyatda olan hüquqi ünvanına getdiyi zaman müəssisənin artıq fəaliyyət göstərmədiyini müəyyən etmişdir. Nəticədə, ona 900 (doqquz yüz) manat məbləğində əməkhaqqı ödənilməmişdir. Əmək müqaviləsi elektron qaydada bağlanmışdır və aylıq əməkhaqqı 100 (yüz) manat məbləğində göstərilmiş olsa da, işəgötürənlə razılaşdırılmış qaydaya əsasən, faktiki olaraq mənə hər ay tələbələrdən toplanan ödənişlərin 40 faizi həcmində əməkhaqqı ödənilmişdir. Bu qayda əsasında əmək münasibətləri müddətində ödənişlər həyata keçirilmiş və işəgötürən tərəfindən bu mexanizm qəbul edilmişdir. Bu səbəbdən, fevral və mart ayları üzrə ödənilməmiş əməkhaqqı məbləği müqavilədə göstərilən nominal rəqəmdən artıq olmaqla, ümumilikdə 900 (doqquz yüz) manat təşkil edir. Bundan əlavə, xx.xx.2025-ci il tarixində “Sima” sistemi vasitəsilə kursun rəhbərliyinə, eyni zamanda kursun mühasibinə elektron şəkildə işdən azad olunma ilə bağlı ərizə təqdim etmişdir. Lakin bu müraciətinə baxılmamış, əmək müqaviləsinə bu günə qədər xitam verilməmişdir. Əmək münasibətləri ilə bağlı yaranmış bu problemin həlli üçün ilkin olaraq aidiyyəti dövlət orqanı olan X5 Xidmətinə yazılı şəkildə müraciət etmişdir. Lakin qarşı tərəf əmək münasibətləri və əməkhaqqı ilə bağlı suallara cavab verməkdən yayınmış, əlaqə yaratmaq cəhdləri nəticə verməmişdir. Əmək müqaviləsində iş yeri “əsas iş yeri” kimi göstərildiyindən, müqaviləyə rəsmi şəkildə xitam verilməməsi yeni işə rəsmi şəkildə qəbul olunmağını mümkünsüz etmişdir. Bu hal əmək azadlığının pozulmasına, yeni işə qəbul imkanlarının məhdudlaşmasına və nəticədə maddi itkilərə səbəb olmuşdur. Cavabdeh tərəfindən əsassız olaraq uzun müddətdir ki, iddiaçının əmək haqqı ödənilmədiyi üçün iddiaçı ailəsinin maddi tələbatlarını ödəyə bilməmişdir. Nəticədə ailəsinin minimal maddi tələbatlarının təmin edilməsi mümkün olmadığı üçün iddiaçı uzun müddətdir ki psixoloji və mənəvi sarsıntı keçirmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, 900 manat əmək haqqını və gecikmə ilə bağlı yaranmış pulu istəyir. Hal hazırda cavabdeh MMC heç bir yerdə faktiki olaraq fəaliyyət göstərmir. İşdən çıxma barədə ərizə ilə “Sima” üzərindən müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 müraciət etmiş, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Hal hazırda işləmir. Başqa yerdə işə düzələ bilmir. Müqavilə 25 fevral 2025-ci il də bağlanmış, ay sonunda maaş verilməli idi, verilmədi. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialları Əmək müqaviləsindən görünür ki, Cavabdeh adından X3 ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsi əsasında həmin tarixdən işə götürən tərəfindən hər ay 100 manat əmək haqqı verilməklə işə götürülmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixli müraciətinə cavab məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X5 Xidmətinə həvalə edilməlidir. Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixdə keçirələcək mediasiya sessiyasında iştirak etməsi üçün xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş, lakin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla).
2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əsasında xitam verilə bilər. Maddə 172. Əmək haqqının verilməsi müddətləri
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Göstərilən maddənin qeyd hissəsində izah edilmişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.. Maddə 287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. Maddə 292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ
1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalar
3. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi 3.1. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. 3.2. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. 3.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq, bu Məcəllə qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanılmış və yazılı formada tərtib edilməmiş əmək müqavilələri, onlarda şifahi formada dəyişikliklərin edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək müqaviləsi bildirişi formasında daxil edilir. 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 3.5. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. 3.6. Bir şəxsə bir neçə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət verilən şəxsə sistem vasitəsilə müəyyən edilmiş siyahıda müvafiq işəgötürəni seçdikdən sonra əmək müqaviləsi bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcəkdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdeh MMC-də koreya dili müəllimi vəzifəsində işə başlamış, işçinin əmək haqqının məbləği aylıq 100 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bir neçə ay cavabdeh təşkilatda işlədikdən sonra xx.xx.2025-ci il tarixdə iddiaçı “Sima” sistemi üzərindən elektron şəkildə işdən azad olunması barədə ərizə təqdim etmiş, lakin əmək müqaviləsinə xitam verilməmişdir. İddiaçı işə daxil olduğu, yəni xx.xx.2025-ci il tarixdən etibarən ona aylıq əmək haqları ödənilməmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırması əsasında öz təsdiqini tapmışdır. Hazırda Cavabdeh MMC-dən 900 (doqquz yüz) manat məbləğində əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə 1413 (bir min min dörd yüz on üç) manat pulun, mənəvi ziyana görə 1000 manat pulun ödənilməsi və Frans Academy MMC ilə arasında bağlanmış xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsini xahiş edir. Məhkəmə əvvəla əmək haqqının gecikdirilməsinə görə pulun tutulması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə iddia tələbi mahiyyət baxımından əsaslı olsa da, tələb olunan məbləğə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə işçiyə hər ay 100 manat məbləğində əmək haqqı ödənilməsi şərti ilə bağlanmış və cavabdeh bu şərtə əməl etməmişdir. Odur ki, müqavilə bağlandığı andan, yəni xx.xx.2025-ci il tarixdən iddiaçının cavabdehlə arasında mövcud əmək müqaviləsinin ləğv edilməsinə dair müraciət etdiyi xx.xx.2025-ci il tarixinədək ödənilməli olan 250 manat (xx.xx.2025-xx.xx.2025 = 100 manat, xx.xx.2025-xx.xx.2025= 100 manat, xx.xx.2025-xx.xx.2025=14 gün=50 manat) məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının əmək haqqının gecikdirilməsinə görə günlük 1 faiz məbləğin hesablanaraq onun xeyrinə tutulması tələbini də əsaslı hesab edir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbinə görə, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Maddənin qeyd hissəsində izah edilmişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göründüyü kimi əmək qanunvericiliyinin tələbinə görə işçi ilə əmək münasibətlərinə xitam verildiyi gün işçi ilə son haqq hesab aparılmalıdır, əks halda hər gün üçün işçiyə ödəniləcək məbləğin 1 faizi həcmində pul ödənilməsi nəzər tutulmuşdur. Hazırki iş üzrə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən məqsədli şəkildə iddiaçının əmək haqqı ödənilməmiş, işçi ilə öz ərizəsinə əsasən əmək münasibətlərnə xitam verilməsini tələb etsə də əmək münasibətlərinə qanunun tələbləri pozulmaqla xitam verilməmişdir. Bu isə məqsədli olaraq işçinin son haqq hesabının aparılmaması kimi qiymətləndirilir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı işlədiyi gündən əmək haqqı almadığını mübahisələndirmiş, gecikdirilməyə görə 1413 manat pul tələb etmişdir. Məhkəmə isə müəyyən edir ki, iddiaçıya ödənilməli olan ödənc (aylıq əmək haqqının 100 manat təşkil etdiyi məbləğ əsas götürülməklə) 540 (beş yüz qırx manat) manat təşkil edir (fevral ayının maaşı üçün 240 manat (100 manat x 1% x 240 gün); mart ayının maaşı üçün 210 manat (100 manat x 1% x 210 gün); aprel ayının maaşı üçün 90 manat (50 manat x 1% x 180 gün)). İddia tələbinin tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi hissəsinə münasibətdə məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, İddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etsə də iddiaçı ilə cavabdeh cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmiş və bu barədə müvafiq bildiriş Cavabdeh adından elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmişdir. Beləliklə də, elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müqavilə aktiv olaraq qalmışdır. Məhkəmə müəyyən edir ki, Cavabdeh təsisçisi X2r və fəaliyyət göstərdiyi yer – Bakı Şəhəri Suraxanı Rayonu, Qaraçuxur Ştq, X8. (qaraçuxur qəs.), ev 5, mənzil 2-dir. Məsələ ilə bağlı cavabdehin elektron ünvanına məhkəmə tərəfindən müvafiq məktublar göndərilmiş, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki iddia ilə bağlı qeyd edir ki, iddiaçı barəsində elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi işəgötürən Cavabdeh fəaliyyət göstərdiyi yeri aşkarlamaq mümkün olmaması səbəbindən iddiaçı həmin müqaviləyə xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırda xitam verilməyən qüvvədə olan əmək müqaviləsi mövcuddur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin, həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarını təsdiq etmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənin və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması elə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejiminə əlavə etməklə bağlı Qaydaiar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autedifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya Elektron hökümət portalında yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyata keçirilməsi» xidməti vasitəsi ilə işəgötürənin səlahiyyət verən şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə, və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X5 xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən müqavilə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədər əmək bildirişişin «Əmək və məşğulluq» altsisteminə daxil edilməsi hüququ X5 xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə müvafiq bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırkı halda isə işəgötürən Cavabdeh faktiki olaraq hüquqi ünvanında fəaliyyət göstərmədiyindən iddiaçı həmin müəssisə ilə əmək münasibətlərinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia əmək müqaviləsinə xitam verilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, İddiaçı Cavabdeh repititor müəllim vəzifəsinə qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi faktı müəyyən edilməlidir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsinin bağlanmasına dair bildirişin X1 sistemində aktiv olaraq qalması nəticəsində iddiaçının real olaraq başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq və əmək fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nədə ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə görə ödənilməmiş 250 (iki yüz əlli) manat məbləğində əmək haqqı, həmin məbləğə günlük 1 faizlə xx.xx.2025-ci il tarixindən bu qətnamənin qəbul edildiyi xx.xx.2025-ci il tarixinədək hesablanmış cəmi 540 (beş yüz qırx) manat məbləğində pul olmaqla, cəmi 790 (yeddi yüz doxsan) manat Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025ci il tarixli əmək müqaviləsinə xitam verilməli, İddiaçı xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “X1” sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə görə ödənilməmiş 250 (iki yüz əlli) manat məbləğində əmək haqqı, həmin məbləğə günlük 1 faizlə xx.xx.2025-ci il tarixindən bu qətnamənin qəbul edildiyi xx.xx.2025-ci il tarixinədək hesablanmış cəmi 540 (beş yüz qırx) manat məbləğində pul olmaqla, cəmi 790 (yeddi yüz doxsan) manat Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, İddiaçı xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “X1” sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova