Məhkəmə qərarları › İş №2(010)-4087/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4087/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4087/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxx” X11 X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilin boşaldılması və mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxx” X11 X6 Cəmiyyəti (bundan sonra mətndə “xxxxxxxxxx” BOKT MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilin boşaldılması və mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxx” BOKT MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən 10B nömrəli, 9 mərtəbəli binada 67.21 kv.m ümumi, 38,71 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilin boşaldılması, Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verərək həmin mənzildən çıxarılmaları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxx” BOKT MMC ilə X7 arasında xx xxx 2015-ci il tarixində Kredit müqaviləsi və həmin müqavilə üzrə verilmiş kreditin təminatı kimi İpoteka müqaviləsi imzalanmışdır. Qeyd olunan ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən 10B nömrəli, 9 mərtəbəli binada 67.21 kv.m ümumi, 38,71 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil ipoteka hüququ ilə yüklü edilmişdir. Borclu X1 öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün “xxxxxxxxxx” BOKT MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsi xx xxxxxx 2017-ci il tarixli 2(010)-553/2017 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş, cavabdehlərdən borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini qət etmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və müvafiq icra qurumu tərəfindən icra edilmişdir. Hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən 10B nömrəli 9 mərtəbəli binada 67.21 kv.m ümumi, 38,71 kv.m yaşayış sahəsindən ibarət 3 otaalı 14 nömrəli mənzil ƏMDK DƏDRX-nin xx.xx.2020-ci il tarixli, ********** Qeydiyyatnömrəli Çıxarışa əsasənxxxxxxxxxx” BOKT MMC-nin mülkiyyətindədir. Lakin bu günə kimi Cavabdeh2 və Cavabdeh1 yuxarıda qeyd edilən mənzili tərk etməmişlər və qeydiyatdan çıxmamışlar. Baxmayaraq ki, hər iki cavabdeh ipoteka müqaviləsi bağlanarkən müvafiq öhdəliyi notarial qaydada öz üzərlərinə götürmüşlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 553/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxxxxxxxx” BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Ramazanzadə Namik Rasim oğluna qarşı “borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası tddia qismən təmin edilmiş, cavabdehlər Ramazanov Namik Rasim oğlundan və X3 müştərək qaydada 34.063,95 (otuz dörd min altmış üç dollar 95 sent) ABŞ dollan məbləğində əsas borc, 13.257,53 (on üç min iki yüz əlli yeddi dollar 53 sent) ABŞ dollan məbləğində faiz borcu və 1.000 (min) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 48.321,48 (qırx səkkiz min üç yüz iyirmi bir dollar 48 sent) ABŞ dollan məbləğində pul vəsaitinin iddiaçı “xxxxxxxxxx X11 X6 Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti iddiaçı “xxxxxxxxxx” X11 X6 Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan cəmi 48.321,48 (qırx səkkiz min üç yüz iyirmi bir dollar 48 sent) ABŞ dolları məbləğində borc və 60 (altmış) manat məbləğində pul vəsaiti iddiaçı “xxxxxxxxxx” X11 X6 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh X5 məxsus Bakı şəhəri Hövsan qəsəbəsinin İ.Əhlimanov küçəsindəki 10b saylı evin 14 saylı mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq, iddiaçıya olan borcun ödənilməsi, iddiaçı “xxxxxxxxxx”X11 X6 Cəmiyyəti ilə cavabdeh X7 arasında bağlanılmış xx xxx 2015-ci il tarixli BAKU1-24021-H209 saylı kredit müqaviləsinə xitam verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3210/2018 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxxxxxxxx” BOKT MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-553/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsinin tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi hissəsində dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə yönəldilməsi, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7390/2018 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarına əsasən cavabdeh Ramazanzadə Namik Rasim oğlunun kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3210/2018 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b, mənzil 14 xüsusi mülkiyyət hüququ üzrə “xxxxxxxxxx” BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki,Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b ünvanında yerləşən 14 saylı mənzilin xx xxxxxx 2020-ci il tarixindən gec olmayaraq boşaldılaraq könüllü şəkildə banka təhvil verilməsi, əks təqdirdı fərdi yaşayış evinin boşaldılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* №-li arayışından görünür ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b, mənzil 14 ünvanında qeydiyyatdadırlar. xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoruna ünvanlanmış ərizədən görünür ki, Cavabdeh2 və Cavabdeh1 ipoteka predmetinə tutma yönəldiləcəyi halda məhkəmə qətnaməsini gözləmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b, mənzil 14 ünvanını tərk edəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, “xxxxxxxxxx” BOKT MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərizində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı evi qanuni əsasla əldə etmişdir və ev onun xüsusi mülkiyyətindədir. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları və həmin mənzildən istifadə etmələri mülkiyyətçi kimi onun iradəsinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəlləsinin146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qalmaları yeni mülkiyyətçiyə mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, “xxxxxxxxxx” BOKT MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b, mənzil 14 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı “xxxxxxxxxx” BOKT MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxxxxxxxx” X11 X6 Cəmiyyətinin mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b, mənzil 14 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin və onlar həmin mənzildən çıxarılsılar. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı “xxxxxxxxxx” X11 X6 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar