Məhkəmə qərarları › İş №2(010)-4089/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4089/2022

24.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4089/2022 24.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs qismində işə cəlb edilmiş Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.*984-cü il Xocavənd (keçmiş Martuni) rayonunda doğulması ilə bağlı doğum akt qeydinin bərpa edilməsi, ata qrafasında Maraqlı şəxs2, ana qrafasında Maraqlı şəxs3 kimi göstərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*984-cü il tarixdə Azərbaycan Respublikası, Xocavənd (keçmiş Martuni) rayonu, Əmirallar kəndində doğulmuşdur. İşğalçı erməni silahlılarının Xocavənd rayonuna hücumu və rayonun işğalı zamanı atababa torpaqlarından çıxarılmış, Bakı şəhərinə köçmüşlər. Sonradan ona verilmiş doğum haqqında şəhadətnamə itmişdir. Doğulduğu Xocavənd rayonu üzrə arxiv məhv edildiyindən yeni doğum haqqında şəhadətnamənin alınması qeyri-mümkün olmuş, xx.xx.*984-cü ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulması və doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Suraxanı rayon Qeydiyyat şöbəsi xx.xx.2022-ci il tarixli, 92-05/68 saylı cavab məktubunda bildirmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir və doğum haqqında şəhadətnaməni bərpa etmək üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hal-hazırda mənzilə dair sənədləşdirmə işlərinin aparılması məqsədilə doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Lakin doğum haqqında şəhadətnamə olmadığından qeyd etdiyi məsələləri həll edə bilmir. Məhz bu səbəbdən xx.xx.*984-cü il tarixdə Xocavənd rayonu, Əmirallar kəndində doğulması və doğum akt qeydinin bərpa edilməsi, ata qrafasında Maraqlı şəxs2, ana qrafasında Maraqlı şəxs3 kimi göstərilməsinə dair qətnamə qət edilməsi zəruridir. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, xx.xx.*984-cü il tarixdə Xocavənd rayonu, Əmirallar kəndində doğulmuşdur. Doğulduğu rayonda doğum haqqında akt qeydiyyatı aparılsa da uşaq vaxtı ailəsi ilə birlikdə Xocəvənd rayonundan məcburi köçkün düşdüyü vaxt doğum haqqında şəhadətnaməsi itmişdir. Sonradan rayon işğal altında qaldığında itirilmiş şəhadətnaməni tapmaq, yaxud arxivdən doğumunu təsdiq edən hər hansı sənəd almaq mümkün olmamışdır. Bu səbəbdən hazırkı tarixədək doğum haqqında şəhadətnamə ala bilməmişdir. Həmin sənəd ona tez-tez lazım olduğuna görə hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

5. Maraqlı şəxs qismində işə cəlb edilmiş Maraqlı şəxs2 bildirdi ki, Ərizəçi onun oğludur. Oğlu xx.xx.*984-cü ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulmuşdur. Həmin vaxt uşağa doğum haqqında şəhadətnamə alsalar da rayon işğal olunduqdan sonra məcburi köçkün düşmüş, uşağın doğum haqqında şəhadətnaməsini itirmişlər. Odur ki, ərizənin təmin edilməsinə etiraz etmir.

6. Maraqlı şəxs qismində işə cəlb edilmiş Maraqlı şəxs3 bildirdi ki, Ərizəçi onun oğludur. Oğlu xx.xx.*984-cü ildə Xocavənd rayonunda doğulmuşdur. Doğulan vaxt uşağa doğum haqqında şəhadətnamə alsalar da rayon işğal olunduqdan sonra məcburi köçkün düşmüş, bir müddət Beyləqan və İmişli rayonlarında yaşamış, daha sonra Bakıya köçmüşdür. Həmin ərəfədə bəzi sənədlər, eləcə də oğlu Ülvinin doğum şəhadətnaməsi itmişdir. Rayon işğal olunduğundan sənədlərin sonradan bərpası mümkün olmamışdır. Odur ki, ərizənin təmin edilməsinə etiraz etmir.

İş materialları.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 92-05/68 saylı məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olmadığı üçün doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur.

8. Qaçqınların və X* üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu üzrə yerli bölməsi tərəfindən verilmiş 0*.07.2022-ci il tarixli, *3*2 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Xocavənd rayonundan məcburi köçkündür və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacınski küçəsi, ev *0*, mənzil *4 ünvanında müvəqqəti məskunlaşmışdır.

9. AA *672493 nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, vəsiqə xx.xx.*984-cü il doğum tarixli Ərizəçi məxsusdur.

İşin faktiki halları.

*0. Ərizəçi atası və anası ilə birlikdə Xocavənd rayonundan məcburi köçkündür. Onun “Elektron məhkəmə” informasiya sistemində yoxlanılmış şəxsi məlumatlarından görünür ki, doğum tarixi xx.xx.*984-cü il, doğum yeri Xocavənd rayonu, Əmirallar kəndi kimi qeyd edilmişdir. Ərizəçi və iş üzrə maraqlı şəxs kimi işə cəlb edilmiş ata-anası bildirir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsi məcburi köçkün düşdükləri dövrdə itmiş, rayon işğal olunduğundan sonradan tapılması mümkün olmamışdır. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat orqanına müraciət etsə də doğum akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən müraciətin təmin edilməsindən imtina edilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə etmiş, maraqlı şəxs kimi işə cəlb edilmiş valideynləri isə ərizədə qeyd edilən halları təsdiq etmişdir.

Tətbiq edilən hüquq.

**. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *62. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası. *62.*. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. *62.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

*2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi. 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. *3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”.

İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası. *3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. *4. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. *6. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. *6-*. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.

*4. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi.

*5. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçi xx.xx.*984-cü il tarixdə Xocavənd rayonunda atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3 Yusid qızı olmaqla doğulması barədə aparılmış akt qeydinin bərpa edilməsini xahiş etmişdir. *6. Məhkəmə hesab edir ki, iş materiallarında ərizəçinin həqiqətən göstərilən tarixdə və göstərilən yerdə doğulması barədə qeyd aparılmasına kifayət qədər sübut vardır. Belə ki, Ərizəçi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi var. Həmin vəsiqədə olan məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, vəsiqədə doğum tarixi xx.xx.*984-cü il, doğum yeri Xocavənd rayonu, Əmirallar kəndi kimi qeyd edilmişdir. *7. Nəzərə alınmalıdır ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən tələb edilən sənədlərdən biri də onun doğum haqqında şəhadətnaməsidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin doğum aktı qeydə alınmış, lakin sonradan bu qeydiyyatı təsdiq edən sənəd itirilmişdir. *8. Digər tərəfdən, ərizəçi və ailəsinin Xocavənd rayonundan məcburi köçkün olduğu iş materiallarından görünür. Xocavənd rayonunun *992-ci ildə işğal olunduğu nəzərə alındıqda (Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, mad. 82.*) ərizəçinin doğumunu təsdiq edən sənədin işğal və məcburi köçkünlük dövründə itmiş olması ağlabatandır. *9. Bundan başqa, iş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd *.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin ərizəçinin doğumu barədə akt qeydinin aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə ərizəçinin doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır.

20. Məhkəmə araşdırması gedişində işə maraqlı şəxs qismində cəlb edilmiş ərizəçinin ata-anasının da izahatları ilə də ərizədə qeyd edilənlər təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizədə göstərilən hüquqi fakt təsdiq edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.*984-cü il tarixdə Xocavənd (Martuni) rayonunda (ata Maraqlı şəxs2, ana Maraqlı şəxs3) doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir.

22. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.*984-cü il tarixdə Xocavənd (Martuni) rayonunda (ata Maraqlı şəxs2, ana Maraqlı şəxs3) doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar