Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-41/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinin Cavabdeh, maraqlı şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Maraqlı şəxs2nə qarşı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması haqqında AR Əmlak Məsələləri DƏDRX tərəfindən verilmiş 12.04.2017-ci il tarixli RX № ******* saylı çıxarışın, torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti Cavabdeh, maraqlı şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Maraqlı şəxs2nə qarşı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması haqqında AR Əmlak Məsələləri DƏDRX tərəfindən verilmiş 12.04.2017-ci il tarixli RX № ******* saylı çıxarışın, torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX tərəfindən verilmiş 12.04.2017-ci il tarixli RX № ******* saylı çıxarış və eyni tarixli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız sayılması, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın ləğv olunması və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılmasının cavabdeh tərəfindən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinə, maraqlı şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Maraqlı şəxs2nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 məhkəməyə yazılı ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, onun baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinin Cavabdeh, maraqlı şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Maraqlı şəxs2nə qarşı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması haqqında AR Əmlak Məsələləri DƏDRX tərəfindən verilmiş 12.04.2017-ci il tarixli RX № ******* saylı çıxarışın, torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğvi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-41/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-41/2021
18.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver