Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4142/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X6 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X* iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX *942-ci il tarixində Ermənistan Amasiya rayonu, Öksüz kəndində anadan olmuş Ərizəçi doğum akt qeydinin bərpa edilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında - X4, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında isə - X7, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, XX.XX.*942-ci il tarixində Ermənistan Amasiya rayonu, Öksüz kəndində anadan olmuşdur. 29.06.*966-cı ildə Ermənistan Amasiya rayonu, Düzkənd kəndində ailə qurmuşdur. Bu nikahdan 6 uşağı doğulmuşdur. X2 oğlu o 2 yaşında olarkən - *942- ci ildə X3 həlak olub və ona aid sənədlər *988-ci ildə qaçqınlıq zamanı itib. Anası - X8 **.03.20** -ci il tarixdə Daşkəsən rayon Bayan kəndində vəfat etmişdir və barəsində ölüm haqqında şəhadətnamə Daşkəsən rayon Bayan icra nümayəndəliyində 09.06.20**-ci il tarixdə qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin itməsi səbəbindən təkrar şəhadətnamənin verilməsi ilə bağlı müraciət etdiyi zaman doğum haqqında şəhadətnamə tələb edilmişdir. Doğum haqqında şəhadətnaməni itirdiyindən Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin şöbə doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X5 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: - AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və Pasportun surətindən görünür ki, Ərizəçi xx.xx.*942-cı il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. - AZE № 08767694 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 05.02.*976-cı il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, *942-ci il təvəllüdlü Ərizəçi ilə Budaqova Tovuzxanım 29.06.*966-cı ildə Ermənistanın Amasiya rayonunun Düzkənd kəndində rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada Namazova soyadı verilmişdir. - Maraqlı şəxs *5.07.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X* müraciətinə cavab olaraq bildirilmişdir ki, doğum akt qeydinin bərpası məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir, doğum haqqında şəhadətnamənin bərpa olunması üçün məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Hazırkı işdə ərizəçinin nümayəndəsinin izahatından və işin hallarından məlum olur ki, Ərizəçi barəsində vətəndaşlıq vəziyyəti aktlarının müvafiq qeydiyyatı aparılmışdır. Ərizəçinin qeyd etdiyi tarixdə anadan olması işə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Eləcə də, ərizəçinin valideynlərinin X4 və X7 olması da işin məhkəmə tərəfindən araşdırılan halları ilə öz təsdiqini tapır. Məhkəmə, onu da nəzərə alır kı, ərizəçi Ermənistan Respublikasından qaçqın düşmüşdür və məlum səbəblərə görə arxiv məlumatlarının əldə edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi XX.XX.*942-ci ildə Ermənistanın Amasiya rayonunun Öksüz kəndində atasının X4, anasının X7 olması göstərilməklə doğumunun qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4142/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4142/2022
10.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver