Məhkəmə qərarları › İş №2(010)-415/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-415/2021

11.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-415/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakl ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh, X2, X11 və X6 (üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı “mənzildən çıxarılma” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dаir iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən Cavabdeh və ailə üzvləri olan X3, X11 və X5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, ev 157, 226 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək məhkəmədən X2, X11 və X5 da iş üzrə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi həmin şəxslərə qarşı da yönəlmiş olduğundan məhkəmə X2, X11 və X7 işə cavabdeh qismində cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 157, 226 saylı mənzil ona məxsusdur. Onun həmin ev üzərində olan hüququ şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiyası və qiymətləndirilməsinə aid pasportla rəsmiləşdirilmiş və həmin evi xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə aldırmaq hüququ yaranmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 157, 226 saylı mənzili məcburi köçkün olan Cavabdeh ailə üzvləri ilə birlikdə qanunsuz olaraq zəbt etmişdir. Cavabdeh digər X1nun da evini qanunsuz olaraq zəbt etmişdir. X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh və ailə üzvləri olan X3, X11 və X5 mənzildən çıxarılması ilə bağlı ərizə yazmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1511/2020 saylı qətnaməsi ilə Cavabdeh və ailə üzvləri olan X3, X11 və X5 qanunsuz olaraq zəbt etdikləri mənzildən çıxarılmaları qət edilmişdir. Hal-hazırda cavabdehlərin ona məxsus evdə yaşaması onun mənzil hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlər faktiki olaraq həmin ünvanda yaşamırlar. Hərdən biri yalnız görüntü üçün ayda 1-2 dəfə gəlib bir gecə qalıb gedir. Bununla evdə yaşadıqlarını göstərməyə çalışırlar. Əslində isə evə ehtiyacları yoxdur, yaşayış ünvanları başqadır. Bu şəxslər ondan başqa bir nəfərin də mənzilini qanunsuz zəbt etdiklərinə görə məhkəmə qətnaməsi ilə həmin mənzildən çıxarılmaları qət edilmişdir. Hazırda onun da mənzilini qanunsuz zəbt ediblər və çıxmırlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi mülkiyyət hüququnu təsdiq edən çıxarış saxta sənəddir. Belə ki, iddiaçı bu sənədi 2012-ci ildə almışdır. O və ailə üzvləri isə bu mənzildə otuz ildir ki yaşayır və iddiaçı bu mənzili öz adına keçirməzdən əvvəl bu ünvan yataqxana olmuşdur. Çıxarış verilərkən onların bu mənzildə yaşamaları nəzərə alınmamış, saxta sənəd verilmişdir. Hazırda ailə üzvləri ilə birlikdə mənzildən çıxması mümkün deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Komitə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 157, mənzil 226 ünvanında yerləşən, ümumi sahəsi 43.15 m2 olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir və mənzil üzərində mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1720 nömrəli reyestr kitabının 157987 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Suraxanı rayonu Sektoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 91 nömrəli məktubdan görünür ki, Ağdam rayonundan məcburi köçkün Cavabdeh 5 nəfərəlik ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 157, (keçmiş yataqxana) mənzil 226 ünvanında xx.xx.1998-ci il tarixdən məcburi köçkün kimi qeydiyyatdadır. Qızı ailə həyatı qurmuş və həmin ünvandan adı kommunal siyahıdan çıxarılmışdır. Hal-hazırda Cavabdeh 4 nəfərlik ailə üzvləri ilə göstərilən ünvanda məskunlaşmışdır. Onun və ailə üzvlərinin həmin ünvanda neçənci ildən məskunlaşdıqları haqqında sektorda hər hansı bir məlumat yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1511/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh, X2, X11 və X5 onlara məxsus ev əşyaları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 157, mənzil 17-dən çıxarılması qət edilmişdir. Məhkəmə araşdırması nəticəsindəə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 157, mənzil 226 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh, X2, X11 və X17 oğlu isə Ağdam rayonundan məcburi köçkündürlər və aidiyyəti dövlət orqanına məlum olmayan tarixdən bəri həmin ünvanda yaşayırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 157, mənzil 226 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olması iş materiallarında olan mülkiyyət hüququnu təsdiq edən Çıxarışla tam sübut edilir. Məhkəmə həmin Çıxarışı “saxta” hesab edən cavabdehin diqqətinə çatdırır ki, iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət adından qeydiyyata alınmış olduğundan bu qeydiyyatın etibarsızlığı məhkəmə qətnaməsi ilə müəyyən edilmədiyi müddətcə həmin sənəd tam etibarlıdır və bu etibarlılıq iddiaçının müvafiq mənzil üzərində mülkiyyət hüququna istənilən şübhəni istisna edir. Odur ki, hazırkı halda cavabdehin həmin sənədin etibarlılığını mübahisələndirməsi əsassızdır və iş üçün əhəmiyyəti yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, məcburi köçkünlər və mənzil mülkiyyətçiləri arasında olan bu tipli mübahisələr üzrə Avropa Məhkəməsinin konkret məhkəmə təcrübəsi və həmin təcrübə əsasında formalaşmış hüquqi mövqe mövcuddur. Məhkəmə xatırladır ki, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli, “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli və digər buna bənzər işlər üzrə qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarətdir ki, mənzil mülkiyyətçisinin razılığı olmadan məcburi köçkünlərin ona məxsus mənzildə yaşamağa davam etməsi, mənzil mülkiyyətçisinin «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarlarda məcburi köçkünlük amili ilə bağlı Azərbaycan Respublikasının daxili qanunvericiliyinə istinad edilərək qeyd edilir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bundan başqa, Nazirlər Kabinetinin 200 saylı xx xxxxxx 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydalarının («Məcburi köçkünlərin köçürülməsi Qaydaları») 4-cü maddəsinə əsasən, müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Ən əsası xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh və digərlərinin İddiaçı məxsus mənzildə onun razılığı olmadan yaşaması iddiaçının Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsi ilə, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, mülkiyyət hüququnu pozmuş şəxslərin məcburi köçkün statusu daşıması mülkiyyət hüququ pozuntusunu qanuniləşdirmir və ona haqq qazandırmır. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, bu Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan başqa, hazırkı işdən görünür ki, cavabdehlər Ağdam rayonundan məcburi köçkündür. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilsə də cavabdehlər dövlət rüsumundan azad olduğundan onlardan rüsum tutula bilməz. Odur ki, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа təmin edilsin. Cavabdehlər Cavabdeh, X2, Novruzov Cavid Nizami oğlu və X12 İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 157, mənzil 226 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar