Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4169/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı Cavabdeh2 qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 arasında 2* iyul 2007-ci il tarixdə 2*67 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 arasında nikah haqqında 2* iyul 2007-ci il tarixdə 2*67 №-li akt qeydi tərtib edilmişdir. Nikahın qeydə alındığı yer isə Səadət Sarayı (Bakı nikah evi) olmuşdur. Həmçinin bildirilir ki, onun Cavabdeh2 adlı şəxslə heç bir bağlılığı yoxdur və bu şəxslə ailə qurmaq niyyətində olmayıb. Bu nikah saxta nikahdır və o, Cavabdeh2 adlı şəxsi tanımır və harda yaşadığını belə bilmir. Bu baxımdan hesab edilir ki, aralarında bağlanan nikah (saxta nikah) etibarsız sayılmalıdır.Həmçinin bildirilir ki, Dövlət Miqrasiya Xidmətinin *9.04.2024-cü il tarixli, 05/45*2/di saylı cavab məktubundan görünür ki, vətəndaş Cavabdeh2 adlı şəxslə bağlı hər hansı məlumat yoxdur. Həmçinin bildirilir ki, DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, vətəndaş Cavabdeh2 adlı şəxslə bağlı hər-hansı məlumat yoxdur. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahat verərək İddiaçı və Cavabdeh2 arasında rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsini istədiklərini, onlar arasında faktiki ailə münasibətləri olmadığını, cavabdehin Azərbaycan Respublikasına daxil olması barədə də məlumatın olmadığını bildrimişdir. Təqdim edilən sübutlarla yanaşı şahidin dindirilməsini də xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iddiaçının həmin şəxsi görmədiyini, dediyinə görə ona pul verildiyini, onun da sənədə imza çəkdiyini, nikahın Səadət Sarayında bağlanıldığını qeyd etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bakı Şəhəri Suraxanı rayon X2 rayon məhkəməsinə ərizə ilə müraciət edərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid ifadələri. Məhkəmə iclasında Şahid iddiaçının atası olduğunu, oğlunun xarici vətəndaşla nikaha girmə halının olmadığını, oğlu rəsmi evlənmək istəyəndə Qeydiyyat şöbəsinə evli olduğunu dediklərini, həmin şəxsi tanımadığını bildirmişdir. İş materialları. İş materialları Mediasiya Şurası Bakı 4 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “X* (İMS) iştirak edilməməsi barədə” MŞB/4-0*544 nömrəli arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, cavabdeh Musayeva Cavabdeh2 isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı İMS üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. Səadət Sarayı (Bakı nikah evi) tərəfindən verilmiş *8.06.2022-ci il tarixli sənəddən görünür ki, İddiaçı və Cavabdeh2 nikahı haqqında 2* iyul 2007-ci il tarixdə 2*67 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Səadət Sarayı (Bakı nikah evi)-dir. Nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 qeydiyyatda olduğu ünvan haqqında məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən 9 saylı vəkil bürosuna ünvanlanmış *9.04.2024-cü il tarixli №05/45*2/di saylı cavab məktubundan görünür ki, Dövlət Miqrasiya Xidmətinin məlumat bazasında məktubda qeyd edilən şəxs - Cavabdeh2 barəsində məlumat mövcud deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin Suraxanı Rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, İddiaçı Cavabdeh2 (Musayeva) ilə nikahının 2*.07.2007-ci ildə Səadət Sarayında (Bakı Nikah Evi) qeydə alındığı məlum olmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair verilən ilkin şəhadətnamələrin surətləri Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır. İş materiallarında olan 2* iyul 2007-ci il tarixli 2*67 saylı nikah haqqında aktın qeydindən görünür ki, xx.xx.*987-ci il təvəlllüdlü İddiaçı və 08.*0.*988-ci il təvəllüdlü Cavabdeh2 evlənmişdirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2-un ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinə göndərilmiş 03.*0.2024-cü il tarixli cavab məktubundan görünür ki, 08.*0.*988-ci il təvəllüdlü Cənubi Koreya vətəndaşı Kwon Yeseulinin dövlət sərhədindən hərəkəti barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemində qeydə alınmış məlumatlar göndərilmişdir. Bu məlumatlara əsasən, onun giriş tarixi *7.07.2007-ci il, çıxış tarixi isə xx.xx.2007-ci il olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər ...2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır... 2.5. Ailənin başqa üzvlərinin və digər vətəndaşların mənəviyyatının, sağlamlığının, hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə vətəndaşların ailədəki hüquqları yalnız qanun əsasında məhdudlaşdırıla bilər. Maddə 6. Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə yetirilməsi 6.*. Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Maddə 7. Ailə hüquqlarının müdafiəsi Ailə hüquqları məhkəmələr, bu məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş qayda müdafiə olunur. Maddə 7-*. Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 25. Nikahın etibarsız sayılması 25.*. Bu məcəllənin *0—*2-ci maddələrində və *3.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Maddə 26. Nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər 26.*. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:... ...26.*.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);... Maddə 27. Nikahın etibarsız sayılmasını aradan qaldıran hallar 27.*. Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər... 27.3. Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Maddə 28. Nikahın etibarsız sayılmasının nəticələri 28.*. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. 28.2. Nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir. 28.3. Bu Məcəllənin 38 və 39-cu maddələrinə əsasən ər və arvad arasında bağlanmış nikah müqaviləsi etibarsız sayılır. 28.4. Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir. 28.5. Nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən bu Məcəllənin 85—86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36—37ci maddələrində müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər. 28.6. Ər (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. 28.7. Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 76. Sübutlar 76.*. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *06. İşdə iştirak edən şəxslərin izahatları *06.*. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir... Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...**9.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə *24. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi *24.*. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri ...9.*-*. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir... “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: *. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: *. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər 2*.07.2007-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olsalar da, iddiaçının nümayəndəsinin izahatı, şahid ifadələri və iş materialları nikahın saxta nikah olduğunu sübut edir. İddiaçı həmçinin, qeyd etmişdir ki, cavabdehlə hər hansı bağlılığı yoxdur, harada yaşadığı ilə bağlı məlumatsızdır, tərəflərin ailə qurmaq niyyəti olmamışdır. Dövlət Miqrasiya Xidmətinin cavab məktubundan və DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından da görünür ki, Cavabdeh2 adlı şəxslə bağlı hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin cavab məktubundan görünür ki, 08.*0.*988-ci il təvəllüdlü Cənubi Koreya vətəndaşı Kwon Yeseul dövlət sərhədindən xx.xx.2007-ci il tarixində çıxış etmiş və bir də qayıtmamışdır. Belə olan halda, tərəflər arasında uzun illər ərzində nikah münasibətlərin olmaması görünür. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında 2*.07.2007-ci il tarixdə Səadət Sarayı (Bakı nikah evi)-nda bağlanmış 2*67 saylı nikah etibarsız hesab edilməlidir. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunu müəyyən hissədə ödəməkdən azad edilmiş iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə - *00 manat dövlət rüsumu ödənilməli olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında Səadət Sarayı (Bakı nikah evi) tərəfindən 2*.07.2007-ci il tarixli, 2*67 saylı nikah akt qeydi ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-4169/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4169/2024
24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver